Qadınlarda depressiya: səbəbləri və fəsadları | Ordan-Burdan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Qadınlarda depressiya: səbəbləri və fəsadları Qadınlarda depressiya: səbəbləri və fəsadları
Qadınlarda depressiya: səbəbləri və fəsadları
0


Qadınlarda depressiya: səbəbləri və fəsadları


Qadın psixologiyasına dair aparılan araşdırmalar həmişə öz aktuallığı ilə fərqlənmişdir. Axı, qadınların daxili aləmi çox zəngin və eyni zamanda çox sirlidir; araşdırdıqca, dərinləşdikcə yeni və daha maraqlı məqamlar ortaya çıxır.

Qadın və kişi arasında olan hisslərin fərqinə, psixoloji və mənəvi dəyişikliklərə aydınlıq gətirmək heç də asan deyil. Həmişə deyirlər ki, kişi qadından daha ağıllı, daha bacarıqlı və daha çevik olur. Doğrudur, kişi beyninin qadın beynindən həcmcə böyük və ağır olması sübut olunub. Amma bu, kişinin qadından daha ağıllı və bacarlıqlı olmasının göstəricisi deyildir. Çünki bir çox araşdırma və elmi tədqiqat qadınların daha çevik və müxtəlif problemlərə daha tez həll yolu tapma qabliyyətinə malik olduqlarını göstərib.

Deyirlər ki, qadınlar daha kinlidirlər və daha uzun müddət kinli qala bilirlər. Bu məsələdə xüsusən də ərlər öz xanımlarından şikayət edirlər ki, guya onlar bir məsələni çox qabardır və uzadırlar. Mütəxəssislərdən biri bu məsələni belə izah edir ki, bu, heç də qadının şəxsiyyəti və ya psixologiyası ilə bağlı bir şey deyildir. Sadəcə olaraq qadınların müəyyən bir hadisəyə və problemə olan sərt reaksiyası daha uzun müddətlidir və onlar kişilərdən fərqli olaraq belə bir sərt ovqata daha uzun müddətə sahib olurlar. Bu isə həmin hadisələr zamanı psixoloji təzyiqlər nəticəsində müəyyən hormonların qadınlarda kişilərə nisbətən daha çox ifraz olunması və uzun müddət ifraz olunmaqda davam etməsi ilə əlaqədardır. Bəzən də hadisənin nəticələri və əlamətləri bitdikdən sonra belə qadınların sərt münasibəti bitmir.

Sözügedən mütəxəssis onu da əlavə edir ki, müəyyən yaş dövrlərində qadınlar fərqli psixoloji təzyiqlərlə üzləşirlər ki, bu da onların psixoloji xəstəliklərə daha çox məruz qalmaları ilə nəticələnir. Bütün qadınlarda psixoloji gərginliklər yaranan, ömrün ən əsas dövrləri və ya məqamları bunlar sayılır: a) “Yeniyetməlik (həddi-büluğ yaşı) - evlənmə və ana olma dövrü, v) aybaşının kəsilməsi – qocalıq, yaşlılıq dövrü.

Fikir verin, qadınlarda ilk psixoloji gərginliklər yeniyetməlik dövründə başlayır ki, bu da onlardakı fizioloji dəyişikliklərlə bağlıdır. Müasir dövrdə media və reklam vasitələrinin yeniyetmələr üzərində böyük psixoloji təsiri vardır; Gənc qızları çox cəlbedici göstərib gözəlliyin müxtəlif meyarlarından, gözəllik “ölçü”sü və “çəki”si kimi şeylərdən danışırlar. Yeniyetmə qızlar da təcrübəsizlik ucbatından bunlara inanır, bu kimi şeylər üzərində həyatlarını qurmağa çalışır, ya alınmadığına ya da çox çətinliklə, uzun müddətə başa gəldiyinə görə depressiyaya düşürlər. Hətta onlar həmin meyarlara “uyğun gəlsələr” də sonradan iştahasızlıq, anareksiya, mensturasiyanın dayanması kimi müxtəlif fizioloji xəstəliklərlə üzləşirlər. Bu problemlər çox zaman yeniyetmə dövrü bitdikdən sonra da davam edir. Bəzən də yeniyetmə qızlarda həddindən artıq utancaqlıq, çəkinmə problemləri yaranır ki, bu da sonradan yaşlandıqca cəmiyyət içinə çıxmaqdan, məharət və bacarığın göstərilməsindən insanı məhrum edir. Yaxud da onlar təmizliyə, səliqəliyə, dəqiqliyə həddindən artıq o dərəcədə önəm verirlər ki, nəticədə el arasında adı “vasvasalıq” olan xəstəliyə tutulurlar. İlkin yaşlarında valideynlər uşaqlarında olan bu halı müdafiə edərək, bildirirlər ki, övladları çox təmizkardırlar, səliqəlidirlər. Bu utancaqlıq və vasvasalıq problemi isə cəmiyyətdə olan mentalitet və bəzi əsassız adətlər təsiri altında yaranır.

Növbəti mərhələ isə evlilik, ailə həyatı və ana olmaq mərhələsidir və bu, çox çətin bir dövrdür. Bu dövrdə cütlüyün (ər və arvadın) ikisinin də böyük rolu var və bu, ailə həyatını xoş və stabil saxlamaqdır. Yəni, ailə həyatının, bu xırda yaranan cəmiyyətin müvəffəqiyyətli və uğurla davam etməsi üçün ər və arvad fədakarlıq göstərməli, müəyyən problemlər zamanı səbr göstərməlidirlər. Əgər kişi problemlərdən qaçarsa, qadına əhəmiyyət verməzsə, ailədəki baş verən narazılıqları soyuqqanlıqla qarşılayarsa, daxilən qadında boşluq yaranır və o, özünü əhəmiyyətsiz və qiymətsiz hesab edir və özünü sanki boşanmış kimi hiss edir. Evlilik həyatı üçün qurduğu xəyallar və planlar mənasız gəlir qadına. Bu zaman qadın çox ağır psixoloji təzyiq və stress altına düşür, həyat onun üçün dözülməz hala gəlir. Buna baxmayaraq, o, ya övladlarının xətrinə, ya başqa yaşayış yeri olmadığından, ya da hər hansı ailəvi bir problem səbəbindən evliliyini davam etdirmək məcburiyyətində qalır. Beləliklə, o, evi və ailəsi üçün gördüyü işləri istəksiz, arzusuz, həvəssiz şəkildə edən kəsə çevrilir. Səhər durub uşaqları oyatmaq, səhər yeməyi hazırlamaq, uşaqları geyindirib yola salmaq, sonra işə getmək, işdən yorğun gəlib yenə yemək hazırlamaq, ev işləri, uşaqların dərsləri və sairə kimi bütün işləri böyük hüzn və kədər içində görür, çünki o, həyatından məmnun deyildir.

Bizim mütəxəssisimiz (yeri gəlmişkən, qeyd edək ki, onun adı Əbdünnasir Ömərdir və o, Eyn-Şəms Universitetinin psixoloji və əsəbi xəstəliklər üzrə professorudur) sözünə belə davam edir: “Araşdırmalar göstərir ki, mensturasiya dövrünə yaxın qadınların 40%-nin halı dəyişir, sərtləşir və onlar stress keçirirlər. Eləcə də doğuş zamanı bəzi analar stress keçirir, psixoloji gərginliklərlə üzləşirlər. Əlbəttə, bu hallar o biri hallara nisbətən daha az olur. Doğumdan sonra anada bir soyuqluq, quruluq, məyusluq, kədər kimi daxili hisslər yaranır. Bu da həm ananın özünə ziyandır, həm də körpəyə zərər verir. Belə ki, bu analar uşaqlarını əmizdirməkdən imtina edir, onların qayğısına qala bilmirlər, bəzən isə yeni doğulmuş körpəni öldürüb sonra da özləri intihar etmək istəyirlər. Bu hala daha çox uşaq doğulandan sonra ilk 3 ay ərzində rast gəlinir. Belə qadınlar xəstəxanada saxlanılmalı, 3 aylıq müalicə və terapiyadan sonra evə yazılmalıdırlar. Çünki 3 aydan sonra onlar təbii hallarına qayıdırlar.

Doktor Əbdünnasir deyir ki, qadınlar yaşlanandan sonra da psixoloji gərginlikləri və problemləri azalmır, hətta bəzən daha da ağırlaşır. Belə ki, adətən qadın 50-55 yaşına çatdıqda tədricən mensturasiya halları azalmağa başlayır və sonra tam kəsilir. Kəsilmə qadının halını çox pisləşdirir. Qadının daxili aləmi dəyişdiyindən o, sərtləşir, davranışı və rəftarı dəyişir və o, bir çox şeyə əvvəlkindən fərqli münasibət bəsləyir. Eləcə də bu yaşdan başlayaraq artıq qadın özünü tənha da hiss etməyə başlayır. Xüsusilə də həyat yoldaşını itirmiş qadınlar, 55-60 yaşlarında tənhalıq hisslərindən çox ağır və şiddətli hallar keçirir və xəstəliklər ortaya çıxır. Bir tərəfdən, ərin yoxluğu, digər tərəfdən isə qohum-əqrabanın uzaqlaşması və ya azalması, övladların yeni həyat qurub ayrılması, dost-tanışın azalması və ya əlaqələrin seyrəlməsi qadında tənhalıq hissini dərinləşdirir və bəzi hallarda da bu, intiharla nəticələnir. Elə bilməyin ki, yaşlandıqda qadınlar yalnız yuxarıda qeyd olunan səbəblərdən tənhalıq hissi keçirirlər. Çünki bəzən qadının ətrafında yuxarıda qeyd olunan şəxslər olur, amma onlar arasında anlaşılmazlıq, problemlər, intriqalar və ya ədavət olduğundan o, yenə də özünü tək hiss edir. Onun ətrafında kiminsə olub-olmaması heç nəyi dəyişmir. Qadın özünü əhəmiyyətsiz və tənha hiss edir, daim kədərlənir, üzülür və həmişə də elə bil nə isə pis bir şeyin baş verəcəyini gözləyir. Bu cür halları isə daha çox şərq qadınları keçirirlər; o qadınlar ki, ailədən daha çox asılıdırlar, həyat yoldaşına, övladlara daha çox bağlıdırlar, onlara daha çox etimad edirlər. Bu insanların yoxluğu nəticəsində də psixoloji gərginlik artır. Halbuki qadınlar yaşlandıqca dərk etməlidir ki, ətrafındakı insanlar onların həyatının 50%-ni təşkil edir, qalan 50%-ni isə onlar özləri yaşamalıdırlar, özləri qurub müstəqil davam etdirməyi bacarmalıdır. Məhz bu səbəbdən Qərb qadınlarının yaşlandıqca psixoloji hallarla və ya tənhalıq hisslərilə üzləşməsi daha azdır. Onlar yaşlandıqca kimdənsə asılılıqlarını azaltmağa çalışır, bir çox işi özləri görürlər. Çünki onsuz da lap qocalandan sonra ətrafında heç kimin olmayacağını gözəl bilirlər, o zaman çox kədərlənməyib həyatlarını təbii davam etdirmələri üçün əvvəlcədən hazırlaşırlar. Qərb qadını ilə şərq qadını arasında fizioloji olaraq heç bir fərq yoxdur; ikisi də qadındır. Fərq sadəcə onların təlimində, təhsilində, həyata fərqli baxışlarındadır.

Ümumiyyətlə, yalnız qadınlar deyil, kişilər də psixoloji gərginlik keçirirlər. Vaxt ötdükcə, yaşlandıqca hər iki cinsin nümayəndələrində müxtəlif psixoloji hallar - həvəssizlik, tənbəllik, unutqanlıq, diqqətsizlik, qamətin əyilməsi, yuxusuzluq, yatarkən pis yuxu görmə, yuxudan tez-tez ayılma, yaxud yuxudan səbəbsiz yerə tezdən durmaq, həddindən artıq çox yemək, iştahasızlıq, cinsi zəiflik və bütün xoşbəxtedici anlardan və hisslərdən məhrum olma halları baş verir. Təbii ki, bunlar özünü fizioloi olaraq da biruzə verir: ağrılar, sancılar və sairə kimi hallar yaranır. Əslində isə bu halların çoxunun səbəbi daxili aləmdə yaranan problemlərdə gizlənir.




Yükləyib: wry_yikda2010-Aprel-29 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 343-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar