QaraQan`la Yeni Müsahibə | Şou Biznes | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ QaraQan`la Yeni Müsahibə QaraQan`la Yeni Müsahibə
QaraQan`la Yeni Müsahibə
0

QaraQan`a 10 Sual

1.QaraQan Qayıtdı?
(Gülür) Hə, qayıtdı. Nə qədər pisləsəmdə hamı bilir vətənimi sevirəm.

2.Bilirsən ki, saysıb-hesabsız dinləyici və oxucuların var.. Sən bu məsuliyyəti öz üzərində necə hiss edirsən? Gələndən dəyişiklik hiss etmisən?
Düzdü məni dəstəkləyən adam çoxdu. Bunu elə əsgərlikdə də hiss edirdim. Amma Bakıya qayıdanda daha bir xoş hadisənin şahidi oldum. Bir vaxtlar fanat kütləsində çox qəribə adamlar var idi. Adam lap təəccüblənirdi ki, axı bu adam nə qanır bizim mahnılardan? Bu niyə bizi dinləyir ki? İndi üstündən iki il keçib və ətrafimda çox savadlı və dünyagörüşlü uşaqların dinləyicilərin olduğunu hiss edirəm. Bu insana güc verir və eyni zamanda məsuliyyəti artırır. Axı bu yeni nəsil artıq Nitşedən Kafkaya kimi hamını tanıyır. Və onlara daha güclü şeylər vermək lazımdı.

3.Xaricdə oldun? Bu barədə nə deyə bilərsən?
Əsgərlikdən sonra qaçdım Avropaya ki, bir az beynim dincəlsin. Özünüz bilirsiz, əsgərlik elə yerdir ki, yeni hadisə çox az hallarda baş verir və beyin haradasa yatır. Və birdən Bakıya qayıdanda intervyular, proektlər, şayələr, sözlər.. Müxtəlif insanlar.. Bunları görüb hiss etdim ki, hələ hazır deyiləm. Dincəlmək lazımdı. Azərbaycan dilində bir dənə də kəlmə işlətməyib yad yerlərdə tanımadığın küçələrdə sadəcə bilmədiyin yerlərə doğru addımlamaq çox gözəldi. Özünü dünyanın sahibi hiss edirsən. Ya da dünyanın qonağı.

4.İndi hal-hazirda iş görürsən, yeni planlar necədi?
Hal-hazırda bütün qüvvəm ilə konsertə hazırlaşıram. Azərbaycanda heç vaxt olmayan bir konsert etmək istəyirəm. Düzdü hələ bilmirəm dinləyicilərin reaksiyası necə olacaq. Yəqin ki, oktyabr ayına təsadüf edəcək. Həm özüm də mikrofon üçün çox darıxmışam.

5.Bəs sənin üçün darıxanlar var?
Hə, elə bu da maraqlıdı. Bunu da konsertdə biləcəm. Yəni o yazılan smslər, məktublar nə dərəcədə doğrudur. Yəni görəsən bu adamlar yalandan yazır, yoxsa doğrudan dəstəkləməyə hazırdılar? Bunu konsertə gələnlərin sayı ilə biləcəm. Yəni doğrudan bu millətə Qaraqan lazımdı, yoxsa elə Yeni ulduzlarla kifayətlənirlər.

6.Yəni demək istəyirsən ki, məsələ səndə deyil, xalqdadı?
Əlbəttə, biz əslində kimi ki, xalqın güzgüsü. Yəni biz insanları dəyişmirik. İnsanlar öz səhnəsini dəyişir. Və millət inkişaf etdikcə onun mənəviyyatı genişləndikcə ona daha artıq mənəvi qida lazım olur. Yəni hardasa yüz il əvvəl bir “Hind filmi” bütün Azərbaycanı ağlada bilərdi. Amma bu gün, insanlar daha gözü açıqdı. Və onların hisslərinə toxuna bilmək üçün çox keyfiyyətli çox dərin şeylər düşünmək lazım olur. Əslində buna sevinirəm ki, gənclərimiz öz dünya görmüş babalarından qat-qat ağıllıdılar.

7.Qısa Qapanma çıxandan sən bu haqda heç nə demədin..bəlkə nəsə deyəsən?
Qısa Qapanma albomu əslində mənim öz şəxsi, çox intim hisslərimdən bəhs edir. Bu albomu yazarkən də anlayırdım ki, çox adam bunu başa düşməyəcək. Və gördüyünüz kimi albom çıxanda heç bir partlayış və sensasiya baş vermədi. Sadəcə sakit, anlaşılmaz mahnıların toplusu. Amma camaat bir şeyin şahidi olacaq. Qısa Qapanmanın yenidən dirilişinin. Yəni adım kimi əminəm ki, bu treklər bir neçə müddətdən sonra eyni dinləyicilərə tam yeni treklər kimi gələcək. Elə bil heç vaxt o mahnıları dinləməmiş kimi olacaqlar. Çünki hər trek bir neçə qatdan ibarətdi. Mən özüm də dinləyəndə hər dəfə başqa hisslər keçirə bilirəm. Niyəsə bu albomu “Yüz ilin tənhalığı” əsərinə bənzədirəm. O əsəri neçə dəfə oxusan hər dəfə yeni hisslər keçirirsən.

8.Şayələr haqda nə deyə bilərsən?
Buna çox normal baxıram. Yəni bizi Satanist, Yalançı, Mason, Vahabi, Nurçu, Anarxist, Yad Planetli və.s adlandırdılar. Bu çox adi haldır. İnsanlar həmişə yeni çıxan, tanış gəlməyən şeylərə daha qorxunc və nəhəng mənalar verirlər. Yəni bu insanın qanında və genindədir. Həmişə üzdə olan adi hadisənin çox dərin alt qatını və əfsanəsini qurular. Lap qədim zamanlarda insanlar Şimşəyə baxıb uydurmuşdular ki, bu buludların üstündə uzun saqqallı Zevsdir. O yuxarıdan qılınclarını atanda burada şimşək çaxır.
Yəni adi təbiət hadisələrindən poemalar, dastanlar yaradan insanlar bizi də hansısa bir qeyri adi qüvvəyə çevirməli idi. Və əslində bu şayələri eşidəndə sevinirəm. Deməli millətimizin yaradıcılıq qabiliyyəti hələ də var. Və çox istedadlı dedilər-qodularla şifahi xalq ədəbiyyatımız inkişaf edir.

9.Yeni albom gözlənilirmi? Ya yeni roman?

Əlbətdə, yeni albom üzərində işləməyə başlamışam. Amma yenə də dediyim kimi bu bir ay sonra olacaq Konsertdən çox asıllıdır. Yəni insan bir şeydən stimul, həvəs almalıdır. Alqışlara və sevgiyə ehtiyacım var. Yalnız onlardan sonra biləcəm ki, gənclərin yeni alboma və ya kitaba ehtiyacları varmı. İndi isə var gücümlə Konsertin üzərində çalışıram. Gənclərə layiq olduqlarını vermək lazımdı.

10.Yaxşı bəs sonda nə demək istəyirsən? Bizə son sözün...

Son sözüm “To be continued” .. )




Yükləyib: Administrator2010-Sentyabr-17 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 580-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar