Siz Hələ Də Siqaret Çəkirsiniz? | Cəmiyyət | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Siz Hələ Də Siqaret Çəkirsiniz? Siz Hələ Də Siqaret Çəkirsiniz?
Siz Hələ Də Siqaret Çəkirsiniz?
8

Siqaretin insan orqanlarına necə mənfi təsir etdiyinə diqqətlə baxaq: İlkin olaraq, hər şey nəfəsdən başlayır. Siqaret, çəkilən andan etibarən, orqanizmə öz mənfi təsirini göstərməyə başlayır. Nəbz daha tez-tez vurur və insan daha sürətli nəfəs almağa başlayır. Qan dövranı pozulur. Tütünün tərkibində 3.700 zəhərli maddə var ki, bunların böyük qismi kansoregen maddələrdir. Ən zərərlisi isə karbon monoksid (CO), hidrogen siyonid (HCn) və amonyakdır(NH4). Təsəvvür edin ki, yalnız bir nəfəslə bu zəhərli maddələr birbaşa qana qarışıb bütün orqanizmə yayılır. Bunun nəticəsində astma, ciyər yanğısı, döş qəfəsində ağrılar başlayır, immun sistemi zəifləyir və insan digər xəstəliklərə (qrip, soyuqdəymə və s.) daha tez tutulur. Hər 13 saniyədə, 1 insan siqaretlə bağlı xəstəlikdən həyatını itirir. Bu ölümlərin birinci əsas səbəbi ağ ciyər xərçəngi, ikinci əsas səbəbi isə ürək qan-damar və digər xərçəng xəstəlikləridir. Siqaret çəkən insanın orqanizmində elə bir orqan yoxdur ki, siqaretdə olan zərərli maddələrdən zərər görməsin. Bu cür vücuda nəzər yetirək:
Baş və üz
Siqaret çəkən insanda ağız xərçənginin yaranma riski daha çoxdur. Bundan başqa, tütün dumanı diş əti və diş daşı xəstəliklərinə, ağızdan pis qoxunun gəlməsinə səbəb olur. Beyinə gedən oksigenin azalmasına görə, beyin damarlarında daralma baş verir ki, bu da iflic olma riskini daha da artırır.
Ağ ciyər və bronxlar
Tənəffüs borusundan və bronxlardan keçən duman ağ ciyərlərə enir. Adını çəkdiyimiz siyanid bronxların divarını yandırır və xroniki öskürək ortaya çıxır. Bronxlar zəiflədikcə bu nahiyədə xəstəliklər meydana çıxır. Bunun nəticəsidir ki, siqaret çəkənlər çəkməyənlərə nisbətən 10 dəfə çox ağ ciyər xərçənginə tutulma riski daşıyırlar.
Ürək
Siqaretin ürək üçün zərərləri daha çoxdur desək, yanılmarıq. Tərkibində olan nikotin qan təzyiqini yüksəldir, qanda laxtalanmanı artırır. Normal qan dövranı pozulduğuna görə, yüksək xolesterolun toplanması, iflic, barmaqlarda qanqrena, insanda gücsüzlük yaranır. Bunu törədən səbəb isə əsasən tütündə olan karbon monoksidin qanda oksigeni yox etməsidir ki, bunun nəticəsində də "Miokard" riski artır.
Digər orqanlar
Siqaret həzm orqanlarına daha çox pis təsir göstərir. Bu zərərli vərdişlə əlaqədar olaraq, mədədə xlorid turşusunun ifrazı artır və mədə yanması və xoraları başlayır. Bu zaman "Pankreas" xərçəngi ortaya çıxır və böyük ölçüdə ölümlə nəticələnir. Tütündə olan və adını çəkdiyimiz kanserogen maddələr, sidiklə orqanizmdən atılsa da bu, sidik kisəsində sidik xərçənginin əmələ gəlməsinə yol açır. Siqaret üzündən meydana çıxan qan təzyiqi böyrəklərimizə də ciddi zərər vurur. Siqaretin bizim həyatımız üçün zərərləri saysız-hesabsızdır. Siqareti birdəfəlik atmaq çoxlarına mümkün olmayan bir şey kimi görünür. Lakin, siqareti atan kimi xərçəng xəstəliyinin yaranma ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etmə riski siqaret çəkən adamla müqayisədə yarıya enir. Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik materialı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan məhsulları çeynəyə də bilərlər. Siqaret çəkməyi dayandırmaq üçün başqa yollar da var. Burada bəzən eyni zamanda bir neçə vasitədən istifadər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bəzən stress keçirdiklərini söyləyirlər. Bəzi adamlarda bu, baş ağrıları və mədədə ağrılarla müşaiyət olunur. Hər şey sizin psixoloji hazırlığınızdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünü təlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağını özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Bir gün gələcək və siz siqareti tamamilə atmış olacaqsınız. Unutmayın ki, siqaret nəinki onu çəkənlər üçün, hətta onun sadəcə tüstüsünü nəfəsinə çəkənlər üçün də eyni təhlükəni yaradır. Əgər sizinlə bərabər ailənizdə, ətrafınızda uşaq və digər sevdiyiniz insanlar varsa, onların həyatına nə qədər zərər verdiyinizi düşünün.



Yükləyib: Administrator2010-Aprel-13 Çap Etmək
Şərhlərin sayı: 8
Yazıb: wry_yikda #8 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
egip dogurrrrrrr.....ne vaxt lazim oldu denen tewkil eliyek
Yazıb: Pis_Oglan #7 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
oz aramizdi Nahid... sizin tereflerdeki kanaplyali levnginin heqiqeten yeri var ha !!!
Yazıb: wry_yikda #6 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
ade bu bilirsen nediiiii...bu levengidi levengi
Yazıb: KayFAriK #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Qardash coreyde ziyandi,onda gelin ac qalaq
Yazıb: Tapdiq #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Ala,sən Səhiyyə Nazirliyində işləyirsən?!Yoxsa,ekalogiya həftəsinə qoşulmusan???
P.S. Sən bunun kayfını bilmirsən.Yeməmisən qaz ətini,bilmirsən ləzzətini.
Yazıb: Pis_Oglan #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
menim bele seylerle aram yoxdu......... kanaplyani bele seylere deyismerem
Yazıb: ErasmuskA #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Vse, daha chekmeyecem:)
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike? Spam
Ele ona gore cekmirem de :)))
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1001-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar