Şou-Biznesin Diplomlu Müğənniləri Şou-Biznesin Diplomlu Müğənniləri
Şou-Biznesin Diplomlu Müğənniləri
1

...:::Şou-Biznesin Diplomlu Müğənniləri:::...

Sirr deyil ki, Azərbaycanın müasir şou-biznes ulduzlarının çoxu məhz məşhurlaşandan sonra ali təhsil almağa üstünlük verir. Onların çoxu səs, səhnə standartlarına cavab vermə göstəricilərindən daha çox məhz sonradan əldə etdikləri bu diplomları əsas gətirib "özlərinə oxumaq haqqı" tanıyırlar. Amma həqiqət həm də odur ki, məşhurların çoxu bu diplomu məhz "peşəkarlıq aləti" kimi istifadə etmək üçün əldə edir. Həqiqətdə isə onların çoxu universitet auditoriyalarında əyləşib peşəkarların mühazirələrini dinləməyi "vaxt itkisi" hesab edir.
Apardığımız kiçik araşdırmadan sonra öyrəndik ki, Faiq Ağayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları sırasındadır.Amma onun aktyorluq imkanları müğənni peşəsinin kölgəsi altında sürünür.

Brilliant Dadaşova 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya ixtisasını bititrib,Nisə Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solooxuma ixtisasını bitirib.
Ağadadaş Ağayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi və teatr kollektivlərinin rəhbəri ixtisasını bitirib. Bundan əvvəl isə o, ilk ali təhsilini Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin texniki fənlər və fizika fakültəsində alıb. Uzun müddət Cəlilabad rayonunda fizika müəllimi işləyib. Azərin Bakı Musiqi Akademiyasının solooxuma sinfini, Nəzakət TeymurovaBakı Musiqi Akademiyasında Arif Babayevin muğam sinfini bitirib.

İfaçıların bir qismi əsas peşələrindən bir qədər yayınaraq müğənnilik sənətini seçib. Digər qismi isə müğənni olandan sonra ayrı-ayrı ixtisaslara yiyələnib. Növbəti sıralamada Ədalət Şükürovun adını çəkə bilərik. Adının yanında əməkdar artist fəxri adı duran müğənni Sankt-Peterburqun İncəsənət Akademiyasını bitirib və hazırda bu universitetin elmlər namizədidir.

İradə İbrahimova Azərbaycan Milli Konservatoriyasının solooxuma fakültəsinin IV kurs tələbəsidir. İlk təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Sevda Ələkbərzadə bir az əvvəl adını çəkdiyimiz həmkarı İ.İbrahimova ilə birlikdə Azərbaycan Milli Konservatoriyasının eyni kursunda təhsil alır.

Nadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, ali təhsili yoxdur.Eyyub Yaqubov Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano sinfini bitirib. Bu müğənninin də ali təhsili yoxdur.Azərbaycanın xalq artisti adını qazananlardan biri Nazpəri Dostəliyeva Mədəniyyət və İnəsənət Universitetinin solooxuma fakültəsinin məzunudur.İzzət Bağırov da eyni universitetdə eyni fakültənin tələbəsi olub. Elariz Məmmədoğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsinin kütləvi tamaşalar rejissoru ixtisası üzrə təhsil alıb.
Vasif Məhərrəmli Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsini bitirib.Tünzalə Ağayeva Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunda oxuyub və onun da ali təhsili yoxdur.

Elnarə Azərbaycan Milli Konservatoriyasının sonuncu kurs tələbəsidir. O, ilk təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Məleykə Əsədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr aktyorluğu ixtisasına yiyələnib.

Müğənni Kərim isə Mədəni-Maarif Texnikumunun xalq çalğı alətləri orkestrinin bədii rəhbəri fakültəsini bitirib. Sabir Əhmədov Moskva Dövlət Konservatoriyasının solooxuma sinfinin, Nura isə Bakı Musiqi Akademiyasının məzunudur.
Onların gənc həmkarı Ayaz Azərbaycan Milli Konservatoriyasının solooxuma, Fidan Hacıyeva Bakı Musiqi Akademiyasının vokal sənəti.
Növbəti sıralamada adları hallandırılan Nurlan Növrəsli Bakı Musiqi Akademiyasının vokal, Rüfət Axundov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu,Lalə Məmmədova Azərbaycan Milli Konservatoriyasının solooxuma fakültəsində təhsil alıblar. Qeyd edək ki, Lalə xanım ilk təhsilini Azərbaycan Dillər Universitetində alıb.

Səhnəmizin "ağır" ulduzlarından olan Zülfiyyə Xanbabayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.

Elnur Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültələsində təhsil alıb.

Elza Seyidcahan Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfində təhsil alıb.

Cavanşir Məmmədov Asəf Zeynallı adına Musiqi Kollecinin ifaçılıq, daha sonra Azərbaycan Dövlət Texniki Universitetinin avtonəqliyyat fakültəsində təhsil alıb. Gülüstan Əliyeva Bakı Musiqi Akademiyasının solooxuma, Xuraman Şuşalı Azərbaycan Milli Konservatoriyasının solooxuma sinfində,Rahidə Baxışova Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıblar. Rəqsanə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada fakültəsinin IV kurs tələbəsidir. İlk təhsilini isə Gəncə Texnikumunda alıb.

Röya Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və bundan öncə 7 illik musiqi məktəbində fortepiano sinfində oxuyub.

Qeyd edək ki, Aygün Kazımova, Abbas Bağırov, Natəvan Həbibi kimi tanınmışların isə heç bir ali təhsili yoxdur.




Yükləyib: Administrator2010-May-01 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
mende gelecekde sou biznese qatilmagi fikirlesirem... Amma menim diplomum var... :)))))))[b]
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar