Stressi azaltmaq üçün gülümsəyin | Cəmiyyət | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Stressi azaltmaq üçün gülümsəyin Stressi azaltmaq üçün gülümsəyin
Stressi azaltmaq üçün gülümsəyin
0
Psixoloqlar təbəssümün stress hallarını bilməsi ilə bağlı xalq hikmətini təsdiq ediblər. Aparılmış tədqiqatlara görə istənilən, hətta qeyri-səmimi mimika belə, stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər.

Xalq hikməti hər bir xoşagəlməz hadisəyə təbəssümlə qatlaşmağı tövsiyə edir. Bunun hər hansı bir faydası varmı? Doğrudanmı, təbəssüm pis ovqatı aradan qaldırmağa və stressin qarşını almağa kömək edir?

Bunu aydınlaşdırmaq üçün ABŞ-ın Kanzas Universitetinin psixoloqları yüzdən çox könüllü üzərində təcrübə aparıblar. Onların hər birinə iki cür gülümsəmə öyrədiblər- yalnız ağız əzələlərinin iştirak etdiyi standart gülümsəmə və ağız əzələləri ilə yanaşı, ğözətrafı əzələlərin də iştirak etdiyi "əsl”, yaxud "səmimi” və ya "Dyuşen təbəssümü”.

Məşqlərin əsas xüsusiyyəti ondan ibarət olub ki, iştirakçılar qida çöplərinin köməyi ilə gülümsər üz ifadəsi almağa məcbur ediliblər. İlk baxışdan qəribə görünən bu şərt psixoloqlara "təbəssüm” sözündən qurtulmağa imkan verib: təcrübədə iştirak edənlərdən bəziləri nəticənin necə olacağını bilmədən, sifətlərində sadəcə olaraq, hər hansı bir ifadə yaradıblar.

İştirakçıların hamısı sifətlərini manipulyasiya etməyi öyrəndikdən sonra testlərə başlanılıb. Tapşırıq stresslə bağlı olub və bu barədə iştirakçılara əvvəlcədən heç nə deyilməyib. Testlər çoxlu tapşırıqdan ibarət olub və onların birində hətta əlləri buzlu suya salmaq da lazım gəlin.

Tapşırıqları yerinə yetirərkən iştirakçıların üzlərində müxtəlif ifadələr yaranmışdır: neytral, standart təbəssüm, səmimi gülümsəmə. Eyni zamanda, onların ürək ritmlərini ölçmüş və hər birinin stress hiss edib-etmədiyi ilə maraqlanmışlar.

Məlum olmuşdur ki, təbəssüm doğrudan da bizim fiziki vəziyyətimizi yaxşılaşdırır: səmimiyyətlə gülümsəyənlər üzlərində süni təbəssüm yaradanlarla müqayisədə stressdən daha az əziyyət çəkmişlər. Lakin əslində daha maraqlısı digər bir məsələ olmuşdur: üzləri ilə sadəcə olaraq, hər hansı bir manipulyasiyanı yerinə yetirən və sonda təbəssümlərinin qeydə alınacağı ilə bağlı məlumatlandırılmamış insanlar bu barədə məlumatı olanlara nisbətən stressdən daha artıq əziyyət çəkmişlər. Bununla belə, fərq o qədər də böyük olmamışdır.
Başqa sözlə, üzdəki təbəssüm ifadəsi həqiqətən çətinliklərdən qurtulmağa kömək edir. Elə buna görə də, mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə, gülümsəyin. Üzünüzdə təbəssüm yaratmağa cəhd edin. Bu sizə xoşbəxtlik bəxş edəcəkdir.



Yükləyib: ADMIN2012-Avqust-04 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 343-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar