Telman Adıgözəlov Vəfat Etdi Telman Adıgözəlov Vəfat Etdi
Telman Adıgözəlov Vəfat Etdi
6

Teatrın direktoru Maqbet Bünyadovun dediyinə görə, görkəmli aktyor aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib.

Telman Adıgözəlovun dünən bütün gün teatrda olduğunu deyən Maqbet Bünyadovun sözlərinə görə, aktyor gecə saat 01.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Az sonra atasının vəziyyətinin pisləşdiyini görən qızı təcili yardıma zəng edib. Lakin həkimlər onu xilas edə bilməyiblər. Telman Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.


Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub.
1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C.Məmmədquluzadənin «Dəli yığıncağı»nda Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, Şekspirin «Maqbet»ində Flins, M.İbrahimovun «Közərən ocaqlar»ında Xanəhməd, H.Cavidin «İblis»ində Şeypurçu, S.Vurğunun «Vaqif»ində Təlxək, S.Rəhmanın «Nişanlı qız»ında Çeşməkli kişi, E.Baxışın «Qədr gecəsi»ndə Oyunbaz, Elçinin «Ah Paris...Paris!..»ində Əhməd, «Mənim sevimli dəlim»də Professor, R.Novruzun «Hələ «sevirəm» deməmişdilər»ində Qumarbaz obrazlarını göstərmək olar.


İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam», «Ordan-burdan»,«Qonşular», "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm» kimi filmlərdə xarakterik rollar oynayıb.


Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident mükafatçısı idi.

Allah rəhmət eləsin!!!




Yükləyib: Administrator2010-Aprel-15 Çap Etmək
Şərhlərin sayı: 5
Yazıb: angelka #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ALLAH rehmet elesin
Yazıb: Moonlight #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
BOYUK ITKIDI,ALLAH REHMET ELESIN!AMIN! ILLEGAL,YADINDADI,TEATRA GETMISDIK,O DA VARDI,TEXELLUSUMUZ DE O VAXTDAN "SUZIK"QALIB...
Yazıb: iLLeGaL #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ALLAH ReHMeT eLeSiN
Yazıb: KayFAriK #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Allah rehmet elesin!
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Allah rehmet elesin..... encil yarpaqlari yiyesiz qaldi
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar