Üçrəngli Şanlı Bayrağımız | Azərbaycan | ๑۩۩๑ Made in BAAU ๑۩۩๑ Üçrəngli Şanlı Bayrağımız Üçrəngli Şanlı Bayrağımız
Üçrəngli Şanlı Bayrağımız
0
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlalının ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə olunan bayraq türk bayrağına oxşar qırmızı rəngdə olub. Azərbaycanda üçrəngli dövlət bayrağı isə ilk dəfə 90 il əvvəl - 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib.

Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov APA-ya bildirib ki, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, C. Bəhramovun sözlərinə bu, "Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan” sözü səkkiz hərflə yazılır.

Tarixçi alim Nəsib Nəsibli isə APA-ya deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb: ""Türk qanlı, islam imanlı, Avropa qiyafəli olalım” şüarı üç rəngin açmasıdır. Bu açmanı ilk dəfə Əli bəy Hüseynzadə 1895-ci ildə verib. Ay isə orta əsrlərdən bir sıra müsəlman dövlətlərində İslamın rəmzi kimi qəbul olunub. Ayla-ulduzun bir yerdə olması xoşbəxtlik rəmzi sayılır”. N. Nəsiblinin sözlərinə görə, ulduzun səkkizguşəli olması ilə bağlı da müxtəlif versiyalar var: "Səkkizguşəli ulduz "cənnətin səkkiz qapısı” anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır. Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı yeddi ulduzlu idi”.

N. Nəsiblinin sözlərinə görə, Cümhuriyyət qurucularının məhz bu ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və risk tələb edir: "Bu, ehtimallardan yalnız biridir. Beş guşəli ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam”.

Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur: "Bu məsələyə münasibətdə vahid fikir yoxdur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”. C. Həsənlinin sözlərinə görə, Xalq Cümhuriyyəti dövründə bayraq qəbul olunarkən üç rəngin mənası göstərilsə də, ay-ulduzla bağlı izah verilməyib.



Yükləyib: ADMIN2012-Avqust-11 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 343-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar