Uğur hekayələri - Fərhad Əhmədov Uğur hekayələri - Fərhad Əhmədov
Uğur hekayələri - Fərhad Əhmədov
0
Fərhad Əhmədov

 Fərhad Əhmədov 1955-ci il, sentyabr ayının 15-də Bakıda anadan olub. 
15 yaşında Moskvaya gələrək texniki-peşə məktəbində ilk peşə ixtisasına yiyələnib. Əsgəri xidmətini başa vurduqdan sonra Skryabin adına Moskva Baytarlıq Akademiyasında ali təhsil alan Əhmədov Sovetlər İttifaqının Xarici İqtisadi Əlaqələr Birliyi vasitəsilə Qərb ölkələrinə xəz ixracı ilə məşğul olmağa başlayır.

1986-cı ildən Londona köçən F. Əhmədovun həyata baxışı, dünyagörüşü tamamilə dəyişdi.

Dumanlı Albionda da bir müddət xəz satışı üzrə menecment kimi fəaliyyət göstərdi.

Sonradan xəz satışı biznesində müəyyən problemlər yarandığından gənc sahibkar özünün Tansley Trading Limited firması vasitəsilə SSRİ-dən neft və neft məhsulları ixrac etməyə başladı.

1989-cu ildə Xəzər dənizi şelfində neft-qaz yataqlarının işlənməsi məqsədilə beynəlxalq konsorsium yaranmağa başlayanda F.Əhmədov 1990-cı illərin əvvəllərində Qərb investorları və sovet hökuməti arasında vasitəçi oldu.

Bu, onun işgüzar həyatında ilk ciddi layihə idi. F.Əhmədov konsorsiuma Amoco Eurasia və McDermott mühəndis kompaniyasını cəlb edə bildi. Həmin ilin yanvar-may aylarında konsorsium (Azerbaijan International Operating Company) Azərbaycan şelfindən 3,9 miyoln ton neft çıxardı.

1991-ci il Tansley "Qazprom"un törəmə müəssisələrinə xarici avadanlıqlar göndərməyə başladı. Həmin vaxt keçmiş təsərrüfat əlaqələri dağıdıldığından, yeni əlaqələr isə təzəcə yaranmağa başladığından "Qazprom" əməkdaşlığa həvəslə gedirdi.

F.Əhmədovun firmasının müştəriləri arasında "Urenqoyqazprom" (UQP) konserninin əsas qazçıxarma bölməsi də vardı. İki il sonra iri Amerika tikinti-mühəndis kompaniyası Bechtel Energy və UQP 353 milyard kubmetr qaz ehtiyatına malik perspektivli Şimali-Urenqoy yataqlarının işlənməsi üçün "Nortqaz" birgə müəssisəsini yaratdılar.

İraqla birinci müharibədən sonra amerikalılar Rusiyada neft və qaz istehsalı ilə maraqlanmağa başladılar. Lakin "Qazprom"un yeni yataqların işlənməsi üçün maliyyə vəsaiti çatışmırdı. "Bechtel"də F. Əhmədovun şirkətini etibarlı və stabil firma kimi tanıyırdılar.

Yeni yaradılan birgə müəssisənin 5%-lik aksiyaları ona təklif olundu. "Nortqaz"ın qalan aksiyalarının 44%-ni amerikalılar özlərində saxladılar, 51%-inə isə UQP nəzarət etməyə başladı.

Çox çəkmədi ki, "Bechtel" buradakı qaz biznesindən peşman oldu. Rusiyada heç kəs qaz üçün nəqd pul ödəmirdi. İxrac "Qazprom"un inhisarında idi, seçkilərlə əlaqədar siyasi vəziyyət yaxşı deyildi və s. Ona görə də "Bechtel" "Nortqaz"dakı səhmlərini satmaq məcburiyyətində qaldı.

Qərb menecerləri və "Qazprom" onun bununla əlaqədar təklifini rədd etdi. 1998-ci ildə F. Əhmədov həmin paketi aldı. (Paketin nominal sahibi Britaniyanın "Farco Group"u idi).

Deyilənlərə görə o illərdə Fərhad Əhmədovun ümumi biznes dövriyyəsi 10 milyonlarla dollarla ölçülürdü. Azərbaycanlı biznesmen Rusiyanın fond bazarında pis qazanmırdı. Kompaniya qaz çıxarılmasına təyin edilmiş vaxtda başlaya bilmədiyinə görə 1999-cu ilin payızında Ekologiya Nazirliyi "Nortqaz"ın lisenziyasını geri götürmək məsələsini qaldırdı.

Bu vəziyyət "Qazprom"un yataqların istismarına investisiya qoymaması və kreditlərə zəmanət durmaması üzündən yaranmışdı. Məhz bu vaxt Əhmədov "Nortqaz"ı öz vəsaiti hesabına dirçəltmək qərarına gəldi. Avadanlıqlar aldı, borcları və büdcə xərclərini ödədi. Yataqların işlənməsi üçün 200-dən çox əməkdaş işə götürüldü.

1999-cu ildə "Nortqaz" aksiyalarının əlavə emissiyasını keçirmişdir. Əhmədov aksiyaların dəyərini nəğd pulla, UQP isə iki quyu ilə ödədi. 2001-ci ildə "Nortqaz" hasilata başladı və üç il sonra isə layihə gücündə - ildə 5 milyard kubmetr qaz çıxarılmasına nail oldu.

F. Əhmədov "Nortqaz"da öz investisiyasını 162 milyon dollar həcmində dəyərləndirir. Bu pulların bir hissəsi kapital şəklində qoyulmuş, bir hissəsi kreditlər şəklində verilmişdi. Nə qədər ki, "Nortqaz" qaz hasil etmirdi, "Qazprom" öz törəmə müəssisəsi ilə maraqlanmırdı. Ancaq qaz hasil edildikdən iki ay sonra "Qazprom" "Nortqaz"ın menecmentini dəyişmək qərarına gəldi və bu, Əhmədovun etirazı ilə qarşılandı: "Bütün bunları kim qurubsa, o da idarə etməlidir".

Beləliklə Əhmədov öz aksiyalarını qorumaq üçün məhkəməyə müraciət etdi. Məhkəmə çəkişmələri zamanı UQP "Nortqaz"ın aksiyalarındakı payını nəğd pulla ödəməkdən imtina etdiyindən bu pay F.Əhmədovun digər ingilis kompaniyası REDI (UK) Limited tərəfindən alındı.

Bundan sonra, "Qazprom"un törəmə müəssisələrində nəzarət paketi əvəzində "Nortqaz"ın səhmlərinin cəmi 0,5%-i qaldı.

Əhmədov "Qazprom"la problemlərini sülh yolu ilə həll etməyə çalışsa da, uzun müddət razılığa gələ bilmədilər. Lakin 2005-ci ilin iyun ayında senator F. Əhmədovla "Qazprom"un idarə heyətinin sədr müavini Aleksandr Ananenkov münaqişənin nizamlanması barədə müqavilə imzaladılar. Müqaviləyə əsasən "Qazprom" özünün müstəqil hasilat müəssisələri qrupu statusunu qazanan "Nortqaz"ın səhmlərinin 51%-nə yenidən sahib oldu.

Qərara alındı ki, "Nortqaz" istehsal etdiyi məhsulu "Qazprom"a dövlət tarifləri əsasında satacaq. Müqavilədə həmçinin nəzarət paketinin qaytarıldığına görə Əhmədova pul kompensasiyası ödənilməsi nəzərdə tutulmamışdı. Bununla belə F.Əhmədov bütün hallarda barışığın daha sərfəli olduğu haqqında düşünür. Belə ki, böyük layihələrdə 49% pay heç də az deyil. Xüsusən, daşınmadan tutmuş satışa qədər hər şeyin "Qazprom"un inhisarında olduğu bir şəraitdə.

Hazırda "Nortqaz" "Qazprom"la birlikdə indəyədək UQP "Açimneftqaz"ın nəzarətində olan Urenqoy yataqlarındakı sahəni istismar etməyi planlaşdırır. Bu, "Nortqaz" üçün sərfəlidir. Həmin yataqda illik istehsal həcmi 8-10 milyard kubmetr təşkil edir ki, bu da "Nortqaz"ın indiki hasilatından iki dəfə çoxdur. "Nortqaz" "Qazprom" ilə birlikdə Şərqi Sibir yataqlarını da istismar edəcək. "MİNFİN" kompaniyasının prezidenti Aleksandr Volkov deyir ki, Rusiyadakı korporativ müharibələr bu cür sivil şəraitdə qurtarsaydı çox gözəl olardı. Müstəqil qaz istehsalçılar şurasının prezidenti Viktor Baranov isə hesab edir ki, F.Əhmədovu heç kəslə müqayisə etmək düzgün deyil. O, "Nortqaz"ı öz maddi vəsaiti və əməyi hesabına dirçəldib və onun partnyorları bunu nəzərə almaya bilməzdilər.

Onun təşəbbüsü ilə 2005-ci il üçün Federal büdcədən Krasnodar vilayətində yolların və yeni tikintilərin inşa edilməsi və rekonstruksiyası üçün 250 milyon rubl həcmində əlavə vəsait ayrılıb. F. Əhmədov bu gün ikiqat məsuliyyət hissi keçirir: Həm senatda təmsil elədiyi vilayətin ictimaiyyəti, həm də Azərbaycan xalqı qarşısında. Axı o, RF-nin Federal Şurasında millətimizi təmsil edən ilk və yeganə azərbaycanlı senatordur.

Onu Rusiyada həm də bir xeyriyyəçi kimi tanıyırlar. Ayrı-ayrı illərdə bir çox xeyriyyə aksiyları və mədəni tədbirlərə sponsorluq edən "Nortqaz" uşaq bağçalarına, məktəblərə, xəstəxanalara, Yeni Urenqoyun idman təşkilatlarına və s. maddi yardım göstərməklə yanaşı Böyük Vətən müharibəsi veteranlarının də qayğısına qalır. F. Əhmədov gələcəkdə Azərbaycanda da bir sıra layihələr həyata keçirmək arzusundadır. Hələlik onun köməyi ilə bir vaxtlar təhsil aldığı Göyçay şəhər məktəb təmir edilib və orada hər cür texniki avadanlıqla təchiz olunmuş sinif yaradılıb.



Yükləyib: ADMIN2012-Avqust-08 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar