Ümid və Ümidsizlik Ümid və Ümidsizlik
Ümid və Ümidsizlik
1
Ümid, yaşadığımız həyatın kənarından göbəyinə doğru zövq içində getməkdir. Ümidsizlik, yaşadığın həyatın içindən kənara doğru qaçmaqdır.

Onun üçün anam oğulum, sevgi və eşqdə əsla ümidsizlik yoxdur. Çünki sevgi ürəyi, ürək könülü, könüldə ağılı bəsləyər. Bəslənən ağıl insana həmişə doğru yolu göstərib xoşbəxtliyə aparar demişdi.

Onun üçün ağılı bəslənən insan heç bir zaman ümidsiz olmaz. Mələklər kimi gözəl düşünər. Gözəl yaşar. Yaşayarkən də davamlı eşqinə xidmət edər.

Sağlam fikirli bir ağıl sahibi çox yaxşı bilər ki, ümidsizlik şeytan işidir. İnsana pislik etdirər.

Bir insanın bunu anlayıb ümid içində doğru bir həyat yaşaya bilməsi üçün heç olmazsa ömründə bir dəfə də olsa, günəşin doğulub batışını seyr etməli ki, günəş ona qarşısında yaşayacağı böyük bir həyatın ümid dolu dərsini versin. Çünki günəş ümiddir, həyatdır.

Onun üçün günəşin doğuşunu gözləmək ümiddir. Doğulması xoşbəxtlikdir. O hər axşam batar. Hər səhər yenidən doğular. Demək ki, dünyadakı həyat gecə ilə gündüz arasındakı növbələşməsində yaradılıb yaşanar. Səbəbi də günəş batdığında doyuma çatan dünyamızın yuxuya çəkilməsi. Doğulduğunda da aclıqla ümidə qaçıb doyması təmin edilər.

Bu şəkildə gecə ilə gündüz arasında ilahi bir ölçüyə bağlı yaradılmış bir nizam, bir ahəng mövcuddur ki, bu həyatın davamlı axışını təmin edər. Onun üçün həyatdakı hər şey bir-birinin əleyhdarıyla yaradılmışdır. Gecə - gündüz, uzun - qısa, böyük - kiçik, yumşaq - sərt, acı - şirin, hüzn - sevinc - eşq - meşk vs. kimi təbii həyat içindəki hər şey bu şəkildə bir-biriylə iç içə keçmiş olaraq yaradılıb yaşandığından hər şey bir-birinin əleyhdarıyla ortaya çıxarılıb yaşanar.

Yaşadığımız həyat içində bu şəkildə hər şey içimizdə gizlidir. Zamanı gəlincə içimizdə gizli olan müsbət - mənfi hər şey həyatın axışı içərisində ortaya çıxar və yaşanar.

Doğru olanı seçib yaşamamız insanın ağıl, məlumat və idrakına bağlı olduğundan hər şey ürəyin əldə etdiyi vərdişlərlə yaşanar. Onun üçün seçim çətindir. Doğru olan hər vaxt seçilib yaşanmaz.

Bəzən səhvdə edilə bilər. Əhəmiyyətli olan səhvdən dərs çıxarıb kaşkilərlə yaşayarkən peşman olub davamlı geviş gətirmədən yaşamağı bacarmaqdır. Bu bizə verilən ağılın vəzifəsi ürəyimizin məsuliyyətindədir.

Həyat sürprizlərlə dolu olduğundan heç bir zaman ümidsizliyə yer yoxdur. Nə vaxt nə yaşanılacağını əvvəldən heç kim bilə bilməz. Əgər bilinmiş olsaydı, o zamanda həyat çəkilib yaşanmaz bir hal alardı

Elə buna görə də yaşadığımız həyatda heç bir şey sonsuz yaşanmaz. Bu istər zövq verən xoşbəxtlik olsun. İstər acı sonunda çəkilən bədbəxtlik olsun. Hər şey gəlib keçicidir.

Bu səbəbdən gəlib keçici olan hər şeyin mütləq bir sonu vardır.

Onun üçün davamlı hüzndən yana ibarət yaranan bir artım ümidsizliyi, davamlı xoşbəxtlikdən yana ibarət yaranan bir artımda insanı qəflətə salar. Onun üçün həyatda hər şeyi at başı fərqiylə meydana gətirib yaşamaq lazımdır.

Buda eynilə hər axşam batan günəşin, hər səhər geri doğulub bizə ümid olmasında olduğu kimi bir şeydir. Onun üçün təbii həyat içində yaşayarkən Allah bizləri davamlı dəyişdirib çevirərək yetkinləşdirər. Həyatı yaşayarkən öyrənməmizi, öyrəndikcə ağıllanmamızı, ağıllandıqca fərqindəliyimizi inkişaf etdirib sevgimizi artırmamızı, artan sevgimizlədə eşqlərimizi böyüdüb daha insancıl bir həyat yaşamamızı təmin edər. Demişdi.

Yaşadığımız həyat içində daha çox xoşbəxtlik istəyənlər, ekonomiğe söykənən arzu və istəklərini azaldarkən duyğulara yönəlik arzu və istəklərini çoxaltsınlar.

İnsanlar, insanlıq adına davamlı sevgilərini artırıb eşqlərini böyüdərək yaşasınlar ki, cəmiyyət içində dostluqlar meydana gəlsin.

Hec bir vaxt umudsuz olmamagi arzu edirem!!!



Yükləyib: KayFAriK2010-Fevral-24 Çap Etmək
Şərhlərin sayı: 0
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar