• Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Maraqlı məlumatlar (Solaxaylıq...)
Maraqlı məlumatlar
Administrator Tarix: Çərşənbə, 2009-Noyabr-11, 19:33 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
“Sağ ələ keçmə solaxay uşaqlar üçün əsl stressdir...” Hər il avqustun 13-ü dünyada solaxaylar günü kimi qeyd olunur. Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur. Bununla belə indiki cəmiyyətlərdə göstərilən normal münasibətə rəğmən, solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər.
Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Xaçpərəstlər bunu şər qüvvələrlə bağlayırdılar. Belə münasibət nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında “sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən” ifadəsinə rast gəlirik. Müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Misal üçün, Yaponiyada ər arvadının solaxay olduğunu bilsə, onu boşaya bilər.
Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır.

Psixoloq Azad İsazadə : “Tibbi-bioloji baxımdan solaxayları normal saymaq olar. Burada söhbət beyinin bir yarımkürəsinin o birinə nisbətdə yaxşı inkişaf etməsindən gedir. Amma onu da deyim ki, solaxaylıq anadangəlmə olur, onu sonradan qazanılmış vərdiş adlandırmaq olmaz. Buna baxmayaraq solaxay uşaqları hələ balaca ikən sağ ələ öyrətməyə çalışırlar. Bu gün desək ki, Azərbaycanda uşaqların 10 faizi solaxaydır, düzgün olmaz, çünki statistika daha çox solaxay olanların sağ əllə yazan kimi təqdim edildiyini göstərir”.

Solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağ vərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir.
Solaxayların bəziləri “solaxaylıq kompleksi”ndən əziyyət çəkirlər. Problem onların azlığındadır. Həyatda həqiqətin güclülər və ya çoxluğun tərəfində olması faktdır. Əgər uşağa onun əksəriyyətdən fərqləndiyi deyilməsə, problem olmaz. Psixoloqların fikrincə, solaxay uşaqlarda kompleks valideynlərin günahı ucbatından yaranır. Bəzən isə buna müəllim, məşqçi və s. diqqət edir. Belə halda həmin adamlarla söhbət aparmaq lazımdır. Əks halda uşaq özünə qapalı və qaraqabaq ola bilər.

Solaxayların sol əlini çox erkən yaşlardan inkişaf etdirmək lazımdır. Onlar adətən, şəkil çəkəndə, plastilindən nəsə yapdıqda ehtiyatsız olurlar. Buna səbirlə yanaşmaq lazımdır. Yaddan çıxarmayın ki, belə uşaqlar obrazlı fikirləşir və yaradıcı olurlar. Belə uşaqlardan biri də Hollivud aktyoru Tom Kruz olub. O, uşaq yaşından solaxay olduğundan valideynləri sol əlini arxaya bağlayırlarmış. Bunun nəticəsində Kruzun nitqində problem yaranıb. Valideynlər bundan sonra onun solaxaylığını inkişaf etdirməyə başlayıb.
Solaxaylar məişətdə digərlərindən fərqli olaraq, daha tez-tez narahatlıqlarla üzləşirlər. Çünki istifadə etdiyimiz bütün əşyalar və mexanizmlər sağ əl üçün nəzərdə tutulub. Solaxay sağ əllə işləməyi öyrənə bilər, amma dərhal reaksiya göstərmək lazım gəldikdə o, bilmədən solla hərəkət edəcək.

Solaxayların üstünlükləri də var. Məsələn, onlar çəngəl və bıçaqla yeməyə tez alışırlar. Sağ vərdişlilər üçün çəngəli sol əldə tutmaq nə qədər çətindirsə, solaxaylar üçün heç bir problem yoxdur. İdman sahəsində də üstünlük çox vaxt solaxayların tərəfində olur. Alimlərin fikrincə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsini qaldırır. Son yüz ildə Böyük Britaniyada solaxayların sayı dörd dəfə artıb. Bunun səbəbini qadınların daha yaşlı vaxtlarında ana olmaları ilə əlaqələndirirlər. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər.

Solaxaylar, əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, artistlər, siyasi xadimlər arasında onlar çoxluq təşkil edirlər. Tanınmış şəxsiyyətlər arasında Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Janna d’Ark, Napoleon, Uinston Çörçil, ingilis kraliçaları Viktoriya və Yelizaveta, şahzadə Çarlz və onun oğlu şahzadə Vilyam, tanınmış fizik Maksvell, Bill Klinton, Pele, kompüter milyarderi Bill Geyts, Merilin Monro, Pol Makkartni, Robert De Niro, Tom Kruz və Nikol Kidman solaxaydırlar. Əlbəttə ki, siyahını artırmaq da olar.

Maraqlıdır ki, solaxaylar suyun altında çox yaxşı görürlər. Onlardan ekstrasens də çıxır. Statistikaya görə, dünya əhalisinin 8 faizi solaxay, 42 faizi sağvərdişlidir. Qalan 50 faizi isə xüsusi qrup - qatışıq tipdir.

Əlavə: 3890007.jpg (1.7 Kb)
 
Mətn“Sağ ələ keçmə solaxay uşaqlar üçün əsl stressdir...” Hər il avqustun 13-ü dünyada solaxaylar günü kimi qeyd olunur. Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur. Bununla belə indiki cəmiyyətlərdə göstərilən normal münasibətə rəğmən, solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər.

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-11 saat 19:33
Pis_Oglan Tarix: Bazar günü, 2010-Fevral-28, 10:53 | Sıra nömrəsi: 2

Yazıları: 44
Aktiv olduğuna görə
10
Yaxsi melumatdi... Solaxaylar fikir bildirse daha yaxsi olar.........

Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????
 
MətnYaxsi melumatdi... Solaxaylar fikir bildirse daha yaxsi olar.........

Müəllifi: - Pis_Oglan
Yazılma tarixi - 2010-Fevral-28 saat 10:53
...:::BAAU Forum:::... » ..:::WwW.BAAU.Clan.Su:::.. » BAAU » Maraqlı məlumatlar (Solaxaylıq...)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...