• Page 1 of 1
  • 1
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » Dünya dinləri » İslam (Dua möminin ibadət həyatının ayrılmaz hissəsidir.)
İslam
Administrator Tarix: Cümə, 2009-Noyabr-13, 13:34 | Sıra nömrəsi: 1

Yazıları: 72
Halaldır.
30
Dualarımız bizi Allaha yaxınlaşdıran, şeytandan uzaqlaşdıran bir vasitədir. Əlbəttə, hər bir möminə dualarının qəbul olunması vacibdir.
Buna görə duanın qəbul edilməsinə yardımçı olan imkan və şəraitləri yaxşı bilməli, həm ruhən, həm cismən duaya hazır olmalıyıq.
Quranda buyurulmaqdadır: “Rəbbiniz buyurdu: “Mənə dua edin mən də dualarınızı qəbul edim.” (Mumin 60) Dua edən mömin əvvəla bu ayənin şüurunda olmalıdır. Belə ki. Allahın dua edənlərə dualarını qəbul etməsini vəd etdiyini bilməlidir. Bu əlbəttə ki. Yaradanın öz qullarına bir lütfüdür. Bu ruhu ilə dərk edən mömin eyni zamanda duasının qəbul edilməsi üçün digər şərtləri də yerinə yetirməlidir.
Rəsulullah buyurur: “Geniş vaxtlarında allahı xatırla ki Allah da səni sənin dar vaxtkarında xatırlasın.” Demək ki, dualarımızın qəbul edilməsi üçün ilk şərtlərdən biri dualarımızı qəbul edəcək Rəbbimizi hər halımızda xatırlamağımızdır. Allahı hər halımızda xatırlamaq necə olur? Bu nə deməkdir? Yəni hər hansı bir əməli etdikdə bu əməlin Allahın xoşuna gəlib gəlməyəcəyini düşünmək Allahı xatırlamaqdır.
Səlman əl-Farisi deyir: “Bir kəs ki, zəngin və nəşəli vaxtlarında Allahı zikr edər, sonra bir sıxıntıya düşdükdə Allaha dua edərsə mələklər “bu səsi tanıdıq” deyərlər və Allah qatında duasının qəbul olunması üçün vasitəçilik edərlər. Rahat və hüzur içərisində olarkən Allahı unudub, Onu zikr etməyib sıxıntıya düşüncə Allaha yalvarmağa başlayan kəsin səsin duyunca isə mələklər “bu səsə qulağımız öyrəşməyib, bizə tanış deyil”- deyərlər.
Duaların qəbul ediməsinin digər şərtlərindən biri də haramlardan əl çəkmək, halal yemək və halal olanlardan istifadə etməkdir. Allah təala Qurani-Kərimdə buyurmaqdadır: “Ey Peyğəmbərlər, təmiz şeylərdən yeyin və yaxşı əməllər edin. Şübhəsiz Mən sizin əməllərinizi bilənəm”, “Ey iman edənlər! Sizə verdiyim rtəmiz ruzilərdən yeyin”– buyurulmaqdadır.
Rəsulullah (s) bir hədisində buyurmaqdadır: “Yediyi- içdiyi haram olanın duası qəbul olmaz.” Digər bir hədisində isə Rəsulullah bir nəfəri misal göstərərək buyurur: “Uzaq yolçuluqlar edən (yolçunun duası qəbul olar) dağınıq saçlı, paltarı toz-torpaq içində əllərini göyə qaldırıb “Ey Allahım! Ey Allahım!” deyə yalvarar. Ancaq yediyi haram, içdiyi haram və daima haramla yaşamışsa onun duası necə qəbul olsun?”
Duaların qəbulunu asanlaşdıran digər şərtlərdən biri də dua edərkən Rəsulullaha səlat və səlam gətirməkdir. Bir hədisdə Allah Rəsulu (s) Allaha həmd etmədən və Rəsuluna səlatu-səlam gətirmədən dua edən birisini görərək deyir: “Bu adam tələsdi.” Sonra o adamı çağıraraq buyurdu: “Biriniz dua edərkən əvvəl Allaha həmdü-səna etsin, sonra peyğəmbərə səlatü-səlam gətirsin. Sonrada istədiyi şəkildə dua etsin”
Duanın qəbul edilməsi üçün digər şərtlərdən biri də fəqir və möhtacların dualarını da vəsilə etməkdir. Rəsulullah buyurur: “Mənə zəifləri çağırın. Çünki, siz ancaq zəiflərinizin dua və bərəkəti ilə ruziləndirilir və yardım edilirsiniz.”
 
MətnDualarımız bizi Allaha yaxınlaşdıran, şeytandan uzaqlaşdıran bir vasitədir. Əlbəttə, hər bir möminə dualarının qəbul olunması vacibdir.

Müəllifi: - Administrator
Yazılma tarixi - 2009-Noyabr-13 saat 13:34
...:::BAAU Forum:::... » ..:::Ordan Burdan:::.. » Dünya dinləri » İslam (Dua möminin ibadət həyatının ayrılmaz hissəsidir.)
  • Page 1 of 1
  • 1
Search:
Yüklənir...