Almaniyanın “Porsche” avtomobil istehsalçısı 2007-ci ildə mobil istehsalına girişmişdi. Lent.az-ın “eparsa.fr” saytına istinadən verdiyi xəbərə görə, indi də italyan istehsalçısı “Lamborghini” mobil telefon sahəsində özünü sınamaq istəyir. Əslində firmanın bu sahədə kütləvi istehsala başlamaq niyyəti yoxdur. “Tag Heuer” saat firması ilə birlikdə hazırlanan bu telefon “Lamborghini” firmasının yarandığı ilin şərəfinə cəmi 1963 ədəd istehsal ediləcək. Dizayn etibarilə “Lamborghini” avtomobillərini xatırladan “Meridiist Lamborghini”ni yalnız “Lamborghini” və “Tag Heuer” firmalarının nümayəndəliklərindən almaq mümkün olacaq. Paslanmaz polad və titan ərintisi ilə örtülmüş telefonun kütləsi cəmi 150 qramdır. Ekran isə sapfir kristalları ilə işlənib. Lakin yeni telefon digərləri ilə rəqabət apara biləcək texniki göstəricilərə malik deyil. Telefon 3G kateqoriyasına uyğun deyil, yalnız GSM/GPRS sistemini dəstəkləyir. Daxili yaddaş kartı 2 Gb olan telefon 2 meqapiksel kamera ilə təchiz olunub. Telefonun sabit satış qiyməti 6400 avro müəyyən edilib
Here oz isi ile mesgul olsa nece de gozel olar......... Hec kim meni basa dusmuur.... Hec basa da duse bilmezler.... Ne de men kimsenin meni basa dusmesini gozleyirem... Meni bsa dusen olsaydi Men olmazdim... Meni basa dusmek ucun Men olmaq lazimdi.... Bes sen bunu basa dusdun..?????