Ümumdünya Yalançılar Müsabiqəsi keçirilib
İngiltərənin Sentron Bric şəhərində ənənəvi Ümumdünya Yalançılar Müsabiqəsi keçirilib. Britaniyalı yalan ustası Con Qrem artıq 7-ci dəfə müsabiqədə qalib gəlib...
Yarışın şərtlərinə görə, mübarizə aparan iştrakçılardan hər biri yalan əhvalat danışmalı idi. Danışanları mütəxəsislərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Yarış 19-cu əsrdə yerli əyyaşları meyxanada yalan əhvalatlarla əyləndirən mülkədar Uill Ritsonun xatirəsinə həsr olunub.
Müsabiqə “Breadge İnn” restoranında keçirilib. Hər iştirakçıya həqiqətə maksimum dərəcədə bənzəyən yalan danışmağa 5 dəqiqə vaxt verilir. Müsabiqənin qaydalarında qeyd olunur ki, siyasətçilər və vəkillər yarışa buraxılmır, çünki bu şəxslərin yalan danışmaqla bağlı böyük iş təcrübəsi var.
Builki qalibə kubok, üzərində “Dünyanın ən böyük yalançısı” yazılmış qalstuk və pul mükafatı təqdim olunub.
Şərhlərin sayı: 2 | |
Yazıb: DAYI #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Con Qrem-in qaninda azerbaycan qani var 100 faiz
Yazıb: BAU #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bu musabiqede bizim rehberlik danissaydi birinci yeri tutardilar.Cunki biz birinci kursda oxuyandan universitetimizin binasinin yanindaki binani tez bir zamanda tehvil vereceklerini demisdiler,biz artiq axirinci kursdayiq amma ne olen var.....ne dee
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|