Qeydlərə görə, siqaret çəkdiyi bilinən ilk qadın,İngiltərənin Warwickshire şəhərində yaşayan dul Leydi Caroline Mordaunt'dur.Leydi Mordaunt,yalnız özü üçün xüsusi olaraq məşhur tütünçü Nicholas Contoupolis tərəfindən xarmanlanılan siqaretləri çəkirdi. 1858-ci ildə Contoupolisin ən yaxşı müştərilərindən biri Leydi Mordaunt idi.....
Cəmiyyət içində siqaret çəkən ilk qadın isə Clenmont-Tonnerre Düşəsi idi. 1896-cı ildə Savoy Otelinin yemək salonunda siqaretini
yandırdığında qonaqlan dəhşətə düşdülər. O dövrdə çox az sayda qadın, böyük bir gizlilik
içərisində siqaret çəkirdi, 1897-ci ildə xüsusilə orta sinif evdar qadınlar tərəfindən çox
oxunan Home Companion qəzeti, ən az altı Avropalı kraliçanın bu pis vərdişin
pəncəsinə düşdüyünü eşitdirirdi. Bu xəbəri reaksiyayla qarşılayan İngilis xanımlar, öz
kraliçaları Victorianın bu altılıya daxil olmadığını daha alt sətirlərdə oxuyunca rahat bir
nəfəs götürdülər. Eyni il, Amerikanın Richmond şəhərində nəşr olunan Southern Tobacco
Journal adlı qəzet, bir siqaret reklamında ilk dəfə siqaret çəkən bir qadın rəsmi istifadə edincə
yer yerindən oynadı. Amerika, hələ bu cür azadlıqlara hazır deyildi və eyni elanın bir
bənzəri ancaq 1919-cu ildə nəşr oluna bildi. Yenə də gərək ABŞda, gərək İngiltərədə, qadınların
küçədə siqaret çəkmələrinin yayılması çox sonraları reallaşdı. 1919-cu ildə,
London restoranlarından birində, yeməkdən sonra bir siqaret tüstülətdirmək istəyən gənc bir qadın, siqaretini ağızına qoyar qoymaz, dərhal yanındakı qarsondan yumruğu yemiş idi.
Şərhlərin sayı: 1 | |
Yazıb: admiral-0111 #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bilmirdim,oyrendim...saq ol FATYA
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|