Ermənilər faşistdir, terrorçudurlar, onlar Azərbaycanın 20 faiz torpaqlarını işğal ediblər. 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakini, uşaq, qoca və qadını qətlə yetirməklə azərbaycanlılara qarşı soyqrım ediblər. Siz, ermənilər bütün bunların hesabını ödəyəcəksiniz». Bu sözləri «Bacıoğlu» ləqəbi ilə tanınmış azərbaycanlı xaker dağıtdığı Ermənistan Vəkillər Kolleqyasının və İrəvan Vəkillər Kollegyasının (www.yerevanlawoffice.com) saytında yerləşdirib. Millətinə və xalqına ürəkdən bağlı olduğunu bəyan edən «Bacıoğlu» daha sonra yazır ki, o sıravi Azərbaycan vətəndaşı olaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri unutmur. "Hər dəfə azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin lentə aldığı kadrlara baxdıqca intiqam hissi ilə alışıb yanır, düşmənə nifrətim daha da artır», - deyə bacıoğlu yazır. Xatırladaq ki, "Bacıoğlu" ləqəbi ilə tanınan azərbaycanlı xaker son bir ay ərzində təxminən 10 erməni saytı dağıdıb. Hətta buna görə erməni xüsusi xidmət orqanları tərəfindən fiziki məhv ediləcəyi haqqında hədələrə də məruz qalıb.
Şərhlərin sayı: 3 | |
Yazıb: DAYI #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Yazıb: DAYI #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
OGUL DAYIYA OXŞUYAR
Yazıb: admiral-0111 #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
halaldi.......
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|