Əsrlər boyu 13 rəqəmi bədbəxt hesab olunmuşdur. Alimlər həmin gün baş verən bədbəxt hadisələrin və faciələrin bu rəqəmlə heç bir əlaqəsi olmadığını bildirirlər. Onların fikrincə, bu inam özü uğursuzluğa səbəb olur. Almaniyada keçirilən sorğuya əsasən, almanların əksəriyyəti təqvimdə həmin gündən qorxurlar. Hansı ayda olmasında asılı olmayaraq, ayın 13-ü hamı özünü pis hiss edir, hipertoniklərdə təzyiq qalxır, xəstəxanalarda həmin günü daha çox xəstə gəlir.Qərb aviakompaniyalarının bəzilərində 13-cü yer yoxdur, mehmanxanalarda 13-cü otağa rast gəlmək olmur. Liftlərdə də 13 rəqəmi olmur.Heç bir sağlam düşüncəli amerikalı işgüzar görüşü saat 13-ə, xüsusi ilə də ayın 13-nə təyin etmirlər. Bu faciəli rəqəmin hadisələrin gedişinə mənfi təsir etməsinə inam həm də onunla bağlıdır ki, bu gün hansısa fövqəltəbii şəkildə kəskin ictimai münaqişələr, təbii fəlakətlər, avariyalar, fəlakətlər baş verir. Nümunə üçün hər cür mistikadan uzaq olan kosmonavtika sahəsindən nümunə gətirək. Astronovatlar C. Lovella, C. Svayqerta, F Xeyzanın daxil olduqları ?Apollon” gəmisinin göyə uçusu vaxtı bu rəqəmin mənfi təsiri nəzərə alınmamışdır. Ona görə də gəminin aya enməsini nəzərə alaraq uçuş vaxtını 13.13 dəqiqəyə təyin etdilər. Gəmi ayın 13-də 13 nömrə ilə uçdu.?Bədbəxt rəqəm”in bu qədər çoxluğu ona gətirib çıxardı ki, az qala ekspedisiya fəlakətlə üzləşəcəkdi.