Bölmə» Bəşəriyyət
DÜnyanın 7 möcüzəsi
1
Misir ehramları
Dünyanın 7 möcüzesinden biri daşdan düzeldilmiş bu neheng tikililer - Misir fironlarının sərdabelerı təqriben 5 min il evvel Qedim Misirde yaradılmışdır. Bu zaman fironların hakimiyyeti hedsiz hüdudsuz idi, onları allahlara beraber tuturdular. Möhteşem serdabelar fironların ölümünden sonra da onların hakimiyyetinin ezemetini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ile ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan evvel 28-ci əsrdə tikilmişdir. Misirin qızmar güneşi altında minlerle qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular. Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda serdabe qane etmemiş ve o, serdabenın yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı emr etmişdir. "Keşikçi" insanbaşlı ve aslanbdenlidir. O, Sfinks adlanır.
Semiramidanın Asma Bağları
Dünyanın ikinci "möcüzəsi" - Semiramidanın asma bağları - Qədim Şərqin böyük və zəngin şəheri olan Babildə yerləşmişdi. Əfsanəyə görə bu bağlar Assuriya malikəsi Semiramidanin əmri ilə yaradılmışdı. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydançada tikilmişdi. Bu meydançada 6 cərgə pilləvari terras (səki) qalxirdi. Kərpicd?n tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan her birinin ustune torpaq tikilmisj ve burada bag salinmishdi. Pillevari baglari emele getiren bu terraslar yuxaridaki sarayla birlikde neheng bir daga benzeyirdi.Yuzlerle qul gece-gunduz deri tuluqlar asilmish neheng charxlari firladaraq, Ferat chayindan asma baglara su qaldirirdi.
Artemidanın Efes şəhərindəki məbədi
Qədim yunan ilahəsi Artemidanın Kiçik Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və çoxlu qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.
Olimpiyadakı məbəddə Zevsin heykəli
Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü "möcüzə" idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, çiyinləri, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Sol çiyninə saldığı bürüncəyi (plaşı), saçları və saqqalı isə qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı və qıvrım saçlarla haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.
Halikarnasda Mavsolun məqbərəsi
Beşinci "möcüzə" Kiçik Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Üçyaruslu məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. Ikinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dördatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Mavsolun adından "mavzoley" sözü yaranmışdı.
Rodos Nəhəngi
Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlinin qoymağa qərara aldılar.Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl altıncı "möcüzə" idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tünc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.
İsgəndəriyyə mayakı
Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında(Isgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanının ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci "möcüzəsi" sayılan üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatır. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.
Şərhlərin sayı: 1 | |
Yazıb: Tapdiq #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Maraqlıdır.Əməyə hörmət.İnsan zəkası nə möcüzələr yaratmır?!
| |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar