Məşhur alim bəşəriyyəti silkələyəcək proqnoz verdi
Məşhur ingilis fiziki Stephen Hawking kosmik gəmilərlə gələcəyə səyahətin başlayacağı barədə müjdə verib.O bəşəriyyətin 6 il ərzində saatda 1 milyard kilometr sürətlə hərəkət edə biləcək kosmik gəmi hazırlayacağını bildirib. İndiyə qədər onu “dəli” adlandıracaqları üçün zaman yolçuluğu barədə danışmadığını deyən alimin sözlərinə görə, bu sürətli gəmi zamanın sürətini 98 faiz üstələyəcək. O, bu gəmidəki 1 günün dünyanın 1 ilinə bərabər olacağını dilə gətirib. Bununla belə, Stephen Hawking onu da qeyd edib ki, dünya belə sürətli kosmik gəmilərə malik olsa da, qalaktikanın sonuna səyahət etmək üçün ən azı 80 il lazım olacaq.
İngilis alim onu da nəzərə çatdırıb ki, bu gəmi ilə yalnız gələcəyə səfər etmək olar, keçmişə yox.