![](http://baau.clan.su/_nw/4/02207731.jpg)
Həkimlər araşdırmaya başlayıblar
70 ildir yemək yemədiyini, su içmədiyini söyləyən 83 yaşlı hindli, yoqa ilə məşğul olan Prahlad Jani hamını şoka salıb. Bu insanın yemək yemədən, su içmədən necə yaşadığını araşdırmaq üçün həkimlər onu Ahmedabad xəstəxanasında bəzi testlərdən keçirməyə qərar veriblər. Testləri Hindistan Müdafiə Nazirliyinə bağlı Beynəlxalq Fiziologiya İnstitutu aparacaq. İnstitutun direktoru, professor G. İlavazahagan deyib ki, təbii şəraitdə, çətin şərtlərdə, yaxud Ay və Marsa səyahət kimi uzun kosmik səfərlərdə sağ qalmaq strategiyasının hazırlanmasında bu testin nəticələrindən istifadə edəcəklər. Testlər 3 həftə davam edəcək. G. İlavazahagan bildirib ki, 83 yaşlı insan xəstəxanada yerləşdirildikdən sonra nə bir damla su içib, nə də bir şey yeyib, bu səbəbdən tualetə də getməyib. O, hindli yoqonun həyatda qalmasına səbəb olan enerji mənbəyini üzə çıxarmağa çalışacaqlarını söyləyib.
Şərhlərin sayı: 4 | |
![]()
Yazıb: ErasmuskA #4
![]() ![]() oldur inanmaram:))
![]()
Yazıb: CHARMING #3
![]() ![]() hec vax inanmaram.ama yenede maraqli melumata gore cox sag ol
![]()
Yazıb: Pis_Oglan #2
![]() ![]() hec olmasa melikmemmedin fayllarini qarisdir da...
![]()
Yazıb: Pis_Oglan #1
![]() ![]() besdide bu cirtdanin kamputerini eseledin....
| |
![]()
|
|
![](/images/1px.gif)
![](/images/1px.gif)