ABŞ-ın Yuta ştatında qətldə günahlandırılan Ronn Li Qardner məhkəmədən xeyirxahlıq göstərməsini və güllələnmə cəzasına məhkum olunmasını xahiş edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, ABŞ-ın 35 ştatında ölüm cəzasına qanunvericiliklə icazə verilib, Yuta isə ABŞ-ın yeganə ştatıdır ki, edama məhkum olunan şəxs güllələnmə cəzası seçə bilər.
Ancaq bir şərt var. Məsələ ondadır ki, 2004-cü ildə ştatın qanunverici orqanı güllələnmə cəzasını ləğv edib və edama məhkum edilənlərin yalnız iynə ilə öldürülə biləcəyi barədə qərar çıxarıb. Bununla belə, əlavə edilən düzəlişə görə, 2004-cü ilə qədər məhkum olunanlar güllələnmə cəzası seçə bilərlər. Ronn Li Qardnerin də bu baxımdan “bəxti gətirib”.
Solt-Leyk-Siti Məhkəməsi Ronn Li Qardnerin güllələnmə tarixini iyunun 18-ə təyin edib. Ancaq məhkumun vəkili yuxarı məhkəmə instansiyasına apelyasiya şikayəti verəcəyini söyləyib. O, Ronn Li Qardnerin ömürlük həbs cəzasına məhkum olunmasını istəyir.
Ronn Li Qardner Yuta ştatında güllələnmə cəzasına məhkum edilmiş üçüncü şəxsdir. O, 1985-ci ildə məhkəmə zalından qaçmağa cəhd göstərərkən vəkili öldürüb.
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|