Adminlə musahibə Adminlə musahibə
Adminlə musahibə
7

Başdadıme Elvin mənnən günah getdi....Deməli 12-i 4-cü ay 2010-cu ildə universitetə gəlirdim Elvinə zəng elədim (vzv atdım özü zəng elədi sağolsun)...Nə isə görüşdük və getdik internet cafeyə...Bir saata yaxın oturduq və saytımızın yeni admini olan Zeynal4iknən bir az mırtdaşdıq....  bu bir zarafatdır ərk eliyib yüklüyürəm yəqin xətrivə dəyməz...


Nə isə keçək söhbətimizə...Bu duzsuz hadisədən sonra yol aldlq Elvingilə..
Elvinin mənin qarşılaması..


Qaynanan səni sevir deyib məni yeməyə dəvət elədi..Məndə el arasında tox evin ac pişiyi olduğumdan razılıq eliyər eləməz cumdum yeməyə

günorta yeməyimiz


Yemək yeyəndən sonra birdən adminimiz Elvin qışqıraraq dedi "Evrika"


Və başladıq

Wry_Yikda: Salam.Məni xoş qarşıladığın üçün təşəkkürümü bildirirəm.

Admin: Mənim üçün xoşdu.

Wry_Yikda: Sənə necə muraciət edim?
a)Admin  b)Elvin  c)Elvin bəy  d)Admin bəy  e)Mr.Elvin  f)Mr.Admin ?

Admin: Sadəcə Elvin desən şad olara...

Wry_Yikda: Özün haqqında qısa məlumat ver..

Admin: Artıq məni universitetdə bir çoxları tanıyır və düşünürəm ki,bizim istifadəçilərimizdə şəkillərdən anlayacaq mənim kim olduğumu.Mən əslən Azərbaycanın ən gözəl güşələrindən biri olan Lənkəranda dünyaya gəlmişəm..

Wry_Yikda: Orta təhsili harda bitirmisən??

Admin: Mənə doğma olan Lənkəran şəhərində 4 saylı orta məktəbdə..

Wry_Yikda: Məktəb illəri dedikdə nə yadıva düşür...

Admin: Ehhhh...(Adminimiz bir az xəyala getdi...) Məktəb illərindən çox danışmaq olar...Ama qısaca çox yaxşı sinif yoldaşlarım olub və indidə əlaqələrimiz kəsilməyi və ümid edirəm ki,sonsuza qədər davam edəcək....

Qeyd: Bu arada Kayfarik ləqəbli istifadəçimizdə Evlinlə bir sinifdə oxuyublar...

Wry_Yikda: Necə oldu BAAU-nu seçdin?

Admin: Sözün doğrusu mən dövlət universitetlərinin birində oxumaq istiyərdim..Ama həyat elə gətirdi ki mən bura qəbul oldum..Və düşünürəm bu yalnış addım deyildi

Wry_Yikda: Məktəb yoxsa universitet?

Admin: Hər ikisi mənim üçün əzizdir.Məktəbdə uşaqlığım,Universitetdə isə gəncliyim keçib..

Wry_Yikda: Uşaq olarkən hansı peşənin sahibi olmaq istəmisən?

Admin: Hüquqşunas olmaq istəyirdim..Məncə bu fikir atamlnda bu peşədə olmasından irəli gəlirdi...çoxlu hüquqi kitablar oxumaq.....Amma həyarın axarı məni tarcüməçiliyə apardı..

Bu suallardan sonra çay fasiləsi verdik..Bu arada kartla duraka oynunu oynadıq və mən bir sırtıq qonaq kimi Elvini 3-0 məğlubiyyətə uğratdım...Ola bilsin həyəcanlı idi,ona görə gəldiyim paçkaları görmədi :))))


Davam edək

Wry_Yikda: Necə olduki sayt qurmaq qərarına gəldin?

Admin: Oktyabrın 23-ü 2006-cı il.Həmin gün dərsə getməmişdim..İnternetə girib universitetimiz haqqında maraqlandım..Efsuzlar olsun heç bir şey tapmadım...Və qərara gəldim ki,üeb dünyasında universitetimizi tanıdım və gördüyünüz saytı qurdum...

Wry_Yikda: Saytın qurulmasını ilk kimə demisən?

Admin: Mən o zaman 1-ci kursdaydım və 4-cü kursdan olan tələbələrə dedim..İlk istifadəçimdə "Tərlan" niki olmuşdur...

Wry_Yikda: Bu 4 il ərzində ən yadda qalan istifadəçilər??

Admin: Mən bu 4 ili 2 yerə bölmək istəyirəm ...1-ci hissə Fatishka,X-girl və b. istifadəçilər saytda daha aktiv idilər...2-ci hissə kəxərub bunu yazmamışam özün yazarsan ətraflı!!!

Wry_Yikda: Saytın açılmağı barədə ilk dəfə universitet heyətinə nə vaxt demisən?

Admin: Düz bir ay texniki işlər davam etdi...Və bir müddətdən sonra ilk öncə əvvəlki TGT-nin sədri olmuş İlkinə dedim və daha sonra daha yüksək instansiyaları məlumatlandırdım...Onuda qeyd edim ki,saytın ilk materiali mənim müəlliməm olan Fidan xanımın ingilis dilində bir materialı olmuşdur...

Wry_Yikda: Hal-Hazırda universitetimiz başqa saytı varmı?

Admin: Var bildiyimə görə rəsmidir..Bizim sayt isə qeyri-rəsmidir...Ancaq biz rəsmiyyətə deyil,səmimiyyətə üstünlük veririk...

Və sonda adminlə suallardan sonra yenə məni kart oynamağa dəvət elədi və hesab ya 3-2 yada 3-3 oldu dəqiq yadımda qalmadı....

Məndən bu qədər..Jurnalist olmadığıma görə material ola bilsin yaxşı alınmasın ama əlimdən gələni eləyəcəm...Sizin nə suallarını olsa elə şərhlərdə yazın Admin cavablasın....

Söhətdən sonra )))





Yükləyib: wry_yikda2010-May-03 Çap Etmək
Şərhlərin sayı: 7
Yazıb: AGILLI_DELI #7 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
zuhahahah
Yazıb: Pis_Oglan #6 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Sagol Nahid.... menden musahibe ne vaxt alacaqsan... :))
Yazıb: Moonlight #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
MATERIALA GORE TSKR,WRY-YIKDA. MEN DE ELVINI "BIRAZ" TANIYIRAM :)))) EVVEL-EVVEL ZEHLEM GEDIRDI,CUNKI MENDEN DAHA AGILLI OLAN INSANLARI SEVMIREM... INDI ARTIQ "OZUMUZKU" STATUSUNU ALIB:))
P.S.UWAQLIQ ARZUSU HUQUQWUNAS OLMAQ IMIW,AMMA BOYUYUB ADMIN OLUB:)
Yazıb: angelka #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
ooooooo wad oldumki dunya wohretli avrasiyanin telebesiyle taniw olduq hec tanimirdim tewekkur wry yikda bey ............
Yazıb: KayFAriK #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
HALALDI NAHID,bu xeber gore opurem seni!
1men Eli bala haqda danishim.5-ci sinifden 1yerde oxumushuq,sinifimizin elacisisi olub(menden ferqli),agil cehetden haminnan sinifde secilirdi,1dene riyaziyatda onan kelle-kelle gelirdik,cunki bildiyim 2shey varsa 1de odu)))Hazirliqlarada 1yerde gedmishuy,duzdu 1yerde gedmishuy yalniz o oturub ders oxuyurdu mense muellimnen salamlashib cixib gedmirdim)))mekteb vaxti ona "Qush'adi qoymushdum umud edirem incimez mennen,cunki o vaxtlar sacini hemishe yuxari qaldirirdi,qushun bashina oxshayirdi,duzdu indide arada bele edir,hec 07ye o qeder peredok vermirler)))Uzune teriflemey olmasin cannara deyen,mehriban oglandi,1de pishiy heveskaridi)Nese 1azda danishsam Eli meni oldurecey,cunki 1azdan onan gorushecem,canimnan bezmemishem)
Yazıb: Tapdiq #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
Haqqında söhbət gedən Admin(eks,vitse) Elvin mənim də dostumdur.Kənardan Harri Potterə oxşayan bu oğlan mehriban və ünsiyyətcildir.Amma,Harri Potterdən fərqli olaraq onun nə sehrli süpürgəsi,nə də sehrli üzüyü var.Harri Potter kimi bir neçə milyon pulu da yoxdur.Həm Baau.clan.su saytı,həm də universitetdə dərslərində göstərdiyi nəticələr onun əziyyətinin bəhrəsidir.Saytın 1-ci vəziyyəti,görüntüsü ilə bu günkü vəziyyəti arasında yerlə göy qədər fərq var.Ən böyük gördüyü işlərdən biri də odur ki,o saytı mobil telefon vasitəsilə idarə edir.Komputeri olmasına baxmayaraq saytda bir xeyli iş görə bilib.Necə deyərlər,"Uşaqlar var,şərait yoxdur".Mən şəxsən,bunu bacarmazdım.Hər oğulun işi deyil.Böyük maraq,həvəs,səbir lazımdır...
Nahid,material yaxşı alınıb.Zəhmətə hörmət.
P.S. Dada,Lankaranda borani var?
Yazıb: ErasmuskA #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
:))))))))))))))
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar