Bu barədə keçmiş tələbə Elmin Bədəlov özü məlumat verib. E.Bədəlov bildirir ki, dünən Nəsimi Rayon Məhkəməsinə işi təqdim edib: "Bir neçə gün idi ki, sənədləri toplayır və iddia ərizəsini hazırlayırdıq. Artıq ayın 17- də bütün sənədləri hazırladıqdan sonra Nəsimi Rayon Məhkəməsinə gedib işi təqdim etdim.
İddia ərizəsində hərəkətlərinə görə orqan Azərbaycan Dövlət Neft Akademiyası və ali məktəbin rektoru Siyavuş Qarayevdir. ADNA-nın rektoru Siyavuş Qarayevin 19 yanvar 2010-cu il tarixli əmrinin qanunsuz olduğunu bildirirəm. Mənə göstərilən təzyiqlərə görə ADNA rektorunun əmri ləğv edilməlidir.”
Qeyd edək ki, Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasında baş verən rüşvət halları ilə bağlı yazdığı yazısına görə akademiyadan xaric edilib. Jurnalistin hüquqlarını müdafiə etmək üçün təmin edilən vəkil Media Hüququ İnstitunundan Fariz Namazlıdır.
Xatırladaq ki, Elminin oxuduğu Neft mexanika fakültəsinin dekanı Qasım Məmmədov dekabrın 18 də (2009) telebe.az –a bildirmişdi ki, tələbənin universitetlə heç bir problemi yoxdur və onun təhsil almasına heç kəs mane olmur. "Mən məsələni araşdıraram, amma məndə olan məlumata görə, onun fakültə ilə heç bir anlaşılmazlığı yoxdur” deyə dekan bildirmişdi.
Maraqlı bir faktı da qeyd etmək yerinə düşərdi. Keçən il noyabrın 26-da Azərbaycan Dövlət Neft Akademiyasında "İtirilmiş hisslər” adlı tamaşa göstərilmişdi. Tamaşanın rejissoru isə həmin o Elmin Bədəlov idi. Qovulan tələbə tamaşada rol da ifa etmişdi. Narkomaniyaya qarşı təbliğat xarakterli tamaşa narkomanların ağrılı həyatlarından, onların düşdüyü zülümlərdən, narkotikin insan orqanizminə və cəmiyyətə gətirdiyi bəlalardan bəhs edirdi.
Material /Telebe.az/ saytından götürülüb
Şərhlərin sayı: 1 | |
Yazıb: Pis_Oglan #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Xebere gore sagol......... Amma bu rusvetden en cox sikayet eden ele rusvet verenlerin ozleridi... rusvet vermeyenler ise onsuzda rahatdilar.....
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|