Bölmə» Cəmiyyət
Allahsız Professor Və Ağıllı Tələbə
1
Professor dərsdə tələbənin birinə sual verir:
- Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:
- Professor, sizə sual vermək olar?
-Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcüddür?
-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?
Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.
Tələbə davam etdi:
-Professor, bəs qaranlıq mövcuddur?
-Əlbəttə mövcuddur.
- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.
Sonda tələbə bir daha sual verdi:
- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?
- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.
Buna cavab olaraq tələbə:
- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!
Bu tələbənin adı Albert Eynşteyn idi!
Yükləyib: Administrator2010-Aprel-28
Çap Etmək
Şərhlərin sayı: 1 | |
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bravo !!!
| |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar