Bölmə» Bəşəriyyət
Amerikada 1 dollara ev satildi
2
Amerikanın Miçiqan ştatının Detroyt şəhərində ikimərtəbəli ev 1 dollara satılıb. Maraqlıdır ki, bu qədər gülünc səviyyədə ucuz olan evə müştəri tapmaq üçün satıcılar 19 gün gözləməli olublar. Detroyt Amerikanın ən kasıb şəhərlərindən hesab edilsə də, cəmi 1 dollara ev satılması insanların təəccübünə səbəb olub. Bir qədər araşdırma apardıqdan sonra məlum olub ki, evin bu qədər ucuz satılmasına səbəb ev sahibinin kredit borcunu ödəyə bilməməsidir. Əmlak bazarında yaşanan böhran isə bankın evi qısa müddət ərzində hərraca çıxarması və ucuz qiymətə satması ilə nəticələnib. Qeyd edək ki, ev 2006-cı ilin noyabrında alınıbmış. Tikildiyi əraziyə görə ən bahalı evlərdən hesab edilsə də, o vaxt ev sahibinin 65 min dollar xərci çıxıb. Hava limanının yaxınlığında yerləşən evin sahibi ötən yay kredit borcunu gecikdirdiyindən ev onun əlindən alınıb. Əvvəlcə malikanədəki mebellər, qapı və pəncərələr hərrac vasitəsilə satılıb. Bu ilin yanvarında isə bank tikilini satışa çıxarıb. İlkin məbləğ kimi isə 1100 dollar müəyyənləşdirilib. Amma bu qiymət alıcıları cəlb etməyib və nəticədə bank evi 1 dollara satmaq qərarına gəlib. Bunun üçünsə bank satış xərcini və vergiləri ödəməyi - ümumilikdə 10 min dollar - öz öhdəsinə götürüb. Evi alan qadın isə alğı-satqı zamanı bankın qarşısına şərt qoyub. Belə ki, o, bankdan komisyon haqqı tələb edilməyəcəyi ilə bağlı yazılı iltizam alıb. Qeyd edək ki, Detroytda bu cür malikanələrin qiyməti bir neçə yüz min dollarlarla ölçülür.
Şərhlərin sayı: 2 | |
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
inanmadim....
Yazıb: Tapdiq #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Belə ki,hərrac deyilən dəyərləndirmə və alqı-satqı əməliyyatı zamanı hər hansı əşya,obyekt qiymətindən 5,10,100 dəfə baha satıla bilər.Adətən,bu proses zamanı başlanğıc qiymət olur.Bir neçə il bundan qabaq Rusiyada yayımlanan Pole Çudes verilişinin aparıcısı Yakuboviç Bakıya gələrkən özü ilə çaxır gətirmişdi.Əyləncə və istirahət mərkəzlərinin birində şou proqram aparan vaxtı o,2 manat qiyməti olan bu çaxırı 8000 $-a hansısa "ağıllı"-ya satdı.
Burda situasiya başqadır.Görünür evi əldə saxlamaq riskli olduğundan bank gözləməkdənsə evi dəyər dəyməzinə satmağı üstün tutub. | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar