Arıqlamaq istəyən insanların yol verdikləri 20 səhv!
Arıqlamaq üçün yaxınlarınızdan eşitdiyiniz metodların nə qədər doğru və yanlış olduğunu bilirsinizmi?
Türkiyəli professor Səlahəddin Dönməz arıqlamaq üçün istifadə edilən bəzi metodların nə qədər səhv olduğunu rəqəmlərlər sübut etməyə çalışıb. O, bir il ərzində orta və ali təhsilli 1500-ə yaxın qadın və kişi ilə görüşərək istifadə edilən 20 arıqlama metodunun doğru olmadığı haqda seminarlar verib. 1500 nəfər arasında aparılan sorğu nəticəsində neçə faiz insanın göstərilən 20 pəhriz metoduna inandıqları aşağıda öz əksini tapıb: 1. Su içsəm, hökmən arıqlayacağam: 63 %
2. İstifadə etdiyim əsas qidalardan birini yeməsəm, istədiyimə nail olaram: 96 %
3. Az yatsam, tez bir zamanda artıq çəkilərdən xilas olaram: 40 %
4. Siqareti tərgitsəm, arıqlamağa nail olaram: 57 %
5. Saat 19:00-dan sonra bir şey yesəm, kökələrəm: 37 %
6. Kalorisi az olan qidalar qəbul etsəm, tez arıqlayaram: 58 %
7. Meyvə yeməkdən iki saat sonra yeyiməlidir: 70 %
8. Ac olduğumu müddətdə fiziki hərəkətdə olsam, arıqlamaq mümkündür: 74 %
9. Səhər tezdən limon suyu və ya qreyfurt yemək eyni nəticəni verə bilər: 76 %
10. Zəifləmək və toksin maddələrindən xilas olmaq üçün detoks pəhrizi saxlamaq məcburiyyətindəyəm: 40 %
11. Televizorda göstərilən bütün pəhriz üsulları doğrudur: 96 %
12. Arıqlamaq üçün “üç ağı” həyatından çıxarmalısan: 72 %
13. Yüngül qidalar kalorisizdir, istədiyin qədər yeyə bilərsən: 95 %
14. Sağlam qidalanmada qırmızı ətə yer yoxdur: 95 %
15. Cəfəri suyu arıqlamaq üçün ideal vasitədir: 83 %
16. Hansı metoddan istifadə edirsənsə et, itirdiyin artıq çəki yenidən bərpa olunacaq: 83 %
17. Kələm maddələr mübadiləsinin gücləndirərək, arqılamanı sürətləndirir: 66 %
18. Protein pəhrizi arıqlamaq üçün gözəl metoddur: 79 %
19. Arıqlamaq üçün dərmanlardan istifadə etsəm, tez bir zamanda kökələrəm: 95 %
20. Alma sirkəsi içsən, artıq piyləri əridə bilərəm: 88 %
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.