Mağaza işçisi ilk növbədə kommunal xərclərini ödəmək barədə düşünür
ABŞ-ın Missuri ştatında bütün gecə işləyən mağazanın işçisi Kris Şou lotereyada 258,5 milyon dollar udub. Fox.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, o, buna qədər saatda 7 dollara çalışırmış. Onun aylıq qazancı təxminən 1.5 min dollar təşkil edib.
Elton şəhərinin 28 yaşlı sakini udduğu pulu ilk növbədə kreditlə aldığı maşına görə 1000 dollar borcunu, kommunal xərcləri ödəməyə sərf edəcək. Bundan əlavə o, 3 uşağı və rəfiqəsinin 2 uşağı ilə bir yerdə Floridadakı “Disneylend”ə getməyə hazırlaşır: «Mən varlı ailədən deyiləm. Ona görə də, qaz və elektrikə görə borcumu ödəyə biləcəyim mənə çox böyük hədiyyə oldu”.
Şou lotereya biletini aprelin 21-də işlədiyi mağazadan 5 dollara alıb. Artıq ertəsi gün ona verilən milyonlarla dollarlıq çeklə bir yerdə fotoqraf və jurnalistlərin qarşısına çıxıb: “Bu məbləğ mənim üçün nağıldır. Mən məvacibdən məvacibə kimi yaşayan adi oğlanam. Düzdür, bu, artıq keçmişdədir”.
Lotereyanın qaydalarına görə, o, məbləği 30 il ərzində və ya dərhal g0türə bilər. Birinci halda pul ona hissələrlə veriləcək. İkinci halda isə Şou pulun yarısını itirəcək. Yeni milyonçu bununla bağlı hələlik qərar qəbul etmədiyini söyləyib.
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|