Ayıblarımız... 2. Həyatımızın hər bir sahəsində əsas işimizi-gücümüzü, problemlərimizi, prioritetlərimizi bir kənara qoyaraq, əhəmiyyətsiz məsələlərlə məşğul olur, lüzumsuz şeylərin ardınca düşürük. Hələ bu azmış kimi, ortaya çıxardığımız saxta problemlərin müzakirəsi ilə həm bu problemləri böyüdür, həm də vaxtımızı boş-boş işlərlə keçiririk. 3. Elə bir zamanda yaşayırıq ki, demək olar ki, hər bir kəs gündə bir dəfə də olsun şou-bizneslə bağlı “problemlər”imizi müzakirə edir. Əsas problemlərimizin müzakirəsini isə unudur, başlıca mövzuların üzərində baş sındırmırıq. Bəlkə də ağlımız, mədəniyyətimiz və səviyyəmiz bunları düşünməyə, müzakirə etməyə vaxt tapmır. Digər tərəfdən, gələcəyimiz üçün bədbin “qeyd”lərdən biri də bugün mövcud olan və sabah da davam edəcəyi gözlənilən təhsil böhranıdır. Ancaq biz heç bu barədə fikirləşmək belə istəmirik. Çünki yüzlərlə məktəbimiz, parta arxasında outran, kitab oxuyan, imtahan verən övladlarımız vardır. Maşallah, işlərimizin ipə düzülmüş kimi getdiyini hesab edirik. 4. Yazılı və ədəbi mədəniyyətimiz olan dilimiz əldən gedir. Bəlkə də artıq getmişdir… Hətta bu məsələyə belə laqeyd münasibət bəsləyirik. 5. Memarlıq və şəhərsalma xüsusunda olduqca böyük problemlərimiz mövcuddur. 6. Sanballı, qiymətli və faydalı kitabları oxumuruq. Əlbəttə, bir sıra kitablar nəşr olunur. Ancaq bunların faydalı olanları neçə faizdir? Belə kitabları alanlar bunlardan nə qədər faydalana bilirlər? Ümumiyyətlə, faydalana bilirlərmi? Digər bir mühüm məsələ isə bundan ibarətdir: Bu kitabları oxuyub dərk edənlərdən neçə faizi öyrəndikləri bilikləri həyata keçirirlər? 7. Özümüzü və cəmiyyətmizi islah edə bilirikmi? Yaxud buna cəhd göstəririkmi? 8. Gələcəkdə bizi gözləyən fəlakətlərə, təhlükələrə, xoşagəlməz hadisələrə qarşı tədbir görürükmü? Tədbir görmək bir yana dursun, heç bu fəlakətlərdən xəbərimiz varmı?
Heç fərqinə varırsınızmı ki, bu cəmiyyətin fərdləri olaraq biz bir çox ayıb, qüsur və qəbahətlərdən uzaq deyilik? Gəlin, bunlardan bir neçəsi ilə tanış olaq:
1. Əvvəla, ondan başlayaq ki, biz doğru-düzgün şəkildə düşünə bilmir və bir sıra şüarların arxasında gizlənirik. Cəmiyyətimizin dinsizi, laiqi, sağçısı, solçusu – bir sözlə hər bir “məzhəbə qulluq edəni” şüarlara sarılıblar. Futbolçuların topun arxasınca qaçması kimi xalq da şüarların arxasınca qaçır. Çox təəssüf ki, biz adam kimi ipə-sapa yataraq, düşünə və həqiqətləri hayqıra bilmirik.
Şərhlərin sayı: 2 | |
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Duzdu Nahid .. coxlu problem var... xususilede internetin suretinde.. :)
Yazıb: KayFAriK #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Tesufki NAhid dediylerinin hamisi dogrudur,cox tesuf!(
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|