Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib.
SAMF-dan Lent.az-a verilən məlumata görə, ilk tədbir kimi reklam lövhələrinin yazılışı zamanı 30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq istiqamətində monitorinqlərə başlanılıb.
İlk monitorinq Bakı şəhərinin 10 mərkəzi küçə və prospektində mövcud olan 442 xidmət sahəsindəki reklam xarakterli lövhələri əhatə edib. Reklam xarakterli lövhələrin 52%-də Azərbaycan dili, 37%-də ingilis dili, 11%-də isə turk dilində olan sözlərdən istifadə olunub. Bununla yanaşı müşahidə aparılan lövhələrin yazılışının 23% -də qrammatik səhvlərə rast gəlinib. Lövhələrin 18% də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb.
Qeyd edək ki, reklamların yazılışı zamanı “Dövlət dili haqqında” qanunun 7.1.-ci maddəsinin nəzərdə tutduğu “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub. Azadlıq prospekti boyu sıralanan “Boçka”, “Başmaçok”, “Çudo Peçka”, İstiqlaliyyət küçəsində “Tetradka”, R.Behbudov küçəsində “Bon Apetit” şirniyyat mağazası, S.Vurğun küçəsində “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”. Bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beaty salon” ifadələri həkk olunub.
Şərhlərin sayı: 3 | |
Yazıb: AGILLI_DELI #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
yavas yavas her sey oz yerini tapacaq ama biraz zaman lazimdi....
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Yazıb: KayFAriK #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Savad sokurde))))
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|