Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Sayta daxil olmaqla (WwW.Dilmanc.Az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür. Bu proqram vasitəsilə istifadəçilər məktublara, xəbərlərə, kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər. Gələcəkdə bu proqram mətnin oxunuşunu həmçinin mp3 formatında yadda saxlamağa imkan verəcək ki, bununla da lazımlı informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda qulaq asmaq mümkün olacaq. Qeyd edək ki, nümayiş etdirilən proqram ilk versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir.
Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayev`in sözlərinə görə, bu proqram Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq telefon-tərcüməçi sisteminin komponentlərindən biridir. Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq. Layihə çərçivəsində həmçinin Dilmanc tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir.
Proqramın online demo versiyasına: WwW.Dilmanc.Az saytından baxa bilərsiniz.
Şərhlərin sayı: 4 | |
Yazıb: Pis_Oglan #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
amma lazimsiz...... ;))))))))
Yazıb: Pis_Oglan #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
yaxsiiiiiiiiiii..............
Yazıb: CHARMING #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bu praqrami men 1-2 hefde bundan qabaq yuklemiwem nese alinmadi?bilmirsiz niye?
Yazıb: Administrator #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Qeyd edim ki, bu yeni texnologiya MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda yaradılıb.Proqramın işləməsi üçün şəkildə də qeyd edildiy kimi, Flash Player proqramının olması mütləqdir.
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|