Azərbaycanda ilk kitab onlayn-mağazası açıldı Azərbaycanda ilk kitab onlayn-mağazası açıldı
Azərbaycanda ilk kitab onlayn-mağazası açıldı
1




İndi regionlardan da kitab əldə etmək imkanı yaradılıb


Azərbaycanda ilk İnternet kitab mağazası hesab olunan www.alinino.az mütaliə həvəskarlarına onlayn rejimdə kitab əldə etmələri üçün şərait yaradır. Böyük seçim imkanı olan www.alinino.az saytı vasitəsilə 4 mindən artıq klassik və müasir Azərbaycan ədəbiyyatını, həmçinin rus və ingilis dillərində yazılmış kitabları əldə etmək mümkündür.

Saytda hər bir kitab haqqında məlumat var; qısa xülasə, nəşr olunduğu il və s. Rahat axtarış və seçim sistemi ilə tez bir zamanda istənilən janrda kitabı əldə etmək mümkündür. Hər gün www.alinino.az saytında nəşrlərin onluğu yenilənir. Həmçinin saytda satışına görə “top 10”a daxil olan kitablar haqqında, kitab bazarı ilə bağlı xəbərlər də öz əksini tapır.

www.alinino.az onlayn-mağazası elektron kommersiya sisteminə qoşulub, alıcılar nəinki nəğd, hətta kredit kartı vasitəsilə də kitab əldə edə bilərlər. Məhsulu əldə etmək üçün qeydiyyatdan keçmək, lazımi kitabı seçmək, ödəmə vasitəsini müəyyənləşdirmək – kredit kartı və ya çatdırılma zamanı nəğd ödəmə, - eləcə də çatdırılacaq ünvanı göstərmək lazımdır.

www.alinino.az onlayn-mağazasının əsas üstünlüklərindən biri də odur ki, onun vasitəsilə region sakinlərinin kitab əldə etmək şansları olacaq. Heç kimə sirr deyil ki, bölgələrdə kitabsevərlər kitab mağazasının yoxluğundan əziyyət çəkirlər. Artıq onların dünya və Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək imkanları var. Az zaman içərisində seçilən kitab bir neçə gün ərzində istənilən ünvana çatdırıla bilər.

Bununla yanaşı, www.alinino.az onlayn-mağazası Azərbaycan yazıçılarının əsərlərinin dünya bazarına çıxmasını təmin edəcək. Sayta Azərbaycan ədəbiyyatının incilərindən olan görkəmli klassiklərimiz Nizaminin, Nəsiminin, Füzulinin, yazıçılarımız - Anarın, İlyas Əfəndiyevin, eləcə də gənc yazarların əsərləri yerləşdiriləcək.

“Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərlinin sözlərinə görə, artıq onlayn-mağazanın ilk iş günündə xaricdən sifarişlər edilib.

Bu layihə “Əli və Nino” kitab mağazaları tərəfindən keçirilən tədbirlərin bir hissəsidir ki, nəticədə mütaliəyə maraq oyanır, kitab oxumaq vərdişi aşılanır. Qeyd edək ki, bu layihə çərçivəsində sayta yerləşdirilmiş kitablara 20 faiz endirim olacaq.




Yükləyib: wry_yikda2010-May-01 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Pis_Oglan #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
men kitabdan ancaq tebii yuxu dermani kimi istifade edirem....
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
логин
пароль
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar