>“Yenə qapımıza gəlsə, Allah müsafiridir...”
Adı “Rza Zərrab ilə barışdı”, “ayrıldı”, “evlənir” kimi qalmaqallarda hallanan azərbaycanlı müğənni Günel Zeynalova dedi-qodular ətrafındakı səssizliyini pozdu.
- Günel, gəlinlik geyimi axtarırsan... Deyəsən, Rza ilə barışmısınız.
- İndi Üstəlik, Azərbaycan mətbuatı məni ərə də verib! (Gülür).
- Hə, Türkiyə mətbuatına istinadən yazılan bir xəbər idi. Jurnalistlər Rzanı sizin evdən çıxarkən görüntüləmişdi. Od olmayan yerdən tüstü çıxmazmış...
Mən cavab verim. Artıq Türkiyə mətbuatına da bu söhbətlərlə bağlı açıqlama, müsahibə vermişəm. Təxminən bilirəm ki, sənin də sualların son hadisələrlə bağlı olacaq. Bizim aramızda barışmaq söhbəti ola da bilməz. Mən başqaları kimi “qalığa möhtac” deyiləm. Bilirsən, bizim millət qonaqpərvərdi, bəli, qapıma gəlmişdi, el adəti ilə qapımı açdım, dinlədim, sonra da gəldiyi yolu göstərdim.
- Əgər bu qədər söz-söhbətdən sonra qapına gəlibsə, deməli, deyiləcək sözü, barışmaq niyyəti də var.
- Onun nə istədiyi mənim üçün maraqlı deyil. Bu qədər söz-söhbətdən sonra bu mövzunu artıq bağladım, olmayacaq.
- Gəlib qapına dayansa, əlində bir dəmət çiçək...
- Hə, elə bu mahnının da sözlərini o yazmışdı. Həqiqətən də necə yazmışdısa, o təəssüratla da gəlmişdi.
- Necə gəlmişdisə, elə də getdi...
- O, mənim uşaqlıq xatirələrimdə qaldı. Onun varlığı məni maraqlandırmır. Öz işimdə-gücümdəyəm. Həyat gözəldir.
- Torbada pişik var?
- O insan mənim uşaqlıq sevgim idi, səkkiz il ömrü oldu. Əgər qismətimdə uzunömürlü təbii sevgi olacaqsa, niyə də olmasın? Amma bundan sonra daha diqqətli olacağam. 23 yaşım var. Ailəmlə yaşayıram, haqqımda elə böhtanlar yazırlar ki, əlbəttə, məni sarsıdır. Olmayan xəbərlər, yalan məlumatlar heysiyyətimə toxunur. Belə xəbərlərə layiq olan bir insan deyiləm. Bu günə qədər şəxsi həyatımı göz önünə gətirmədim. Axı mən gənc qızam.
- Bildiyim qədər, Rza sizin ailə dostunuzun oğludur. Bu şəkildə düşmənçilik ola bilər?
- Yenə də qapımıza gəlsə, düşmənim belə olsa, Allah müsafiridir. Lakin atamı, anamı görər, mənim üzümü görə bilməz! O gedənə qədər gözünə görünmərəm.
- Bəs Rzanın sənə və sənətinə pul xərclədiyi, hətta bu səbəbdən Ebru Gündeş ilə aralarında söz-söhbət olduğu barədə xəbərlərə nə deyirsən?
- Bax, belə xəbərlər məni çox güldürür. Allaha şükür, başqasının köməyinə ehtiyacım yoxdur. Mən başqaları kimi kimsənin sərvətinə göz dikən deyiləm. Özümə inanıram, öz ehtiyaclarımı da ödəyirəm. Mənim əməyim göz önündədir.
- Hazırda Ebru Gündeşlə Rzanın münasibətləri hansı vəziyyətdədir? Bütün Türkiyə mətbuatı onun sənin qapına gəldiyini yazdı da, görüntülədi də...
- Vallah, belə məsələlər artıq məni maraqlandırmır. Bu, o insanın öz problemidir. Rzanın problemli insan olduğu birlikdə olduğu insandan bəllidir. Türklər demiş, “midesinde problem var”...
Şərhlərin sayı: 1 | |
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
I HATE HER!!!
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|