2005-ci il 30 iyun tarixdən Azərbaycan hökümətinin qərarı ilə adı dəyiştirilmiş və Baki Diplomatiya Universiteti adı ilə yenidən dovlət qeydiyyatına alınmışdır. 26 may 2006-cı ildə Azərbaycan hökümətinin qərarı ilə yenidən adi dəyiştirilmiş və Bakı Avrasiya Universiteti adi altında dovlət qeydiyyatından keçmişdir.
SSRİ dağıldıqdan sonra təzəcə müstəqillik qaznmış Azərbaycan Respublikasının Beynəlxalq təşkilatarda təmsil olunması, dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin surətlə qurulması zərurəti yarandı və bu şəraitdə, diplomatik və beynəlxalq münasibətlər sahəsində kadrlara kəskin ehtiyac duyulmağa başlandı. Universitet də bu zərurətdən yarandı və bu sahədə öz töhfəsini verən ilk təhsil ocaqlarından biri oldu. Universitet yarandığı gündən qarşısına qoyduğu əsas məqsəd Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcək müasir standatrlara uyğun ali təhsillli mütəxəssislərin hazırlanması idi. Bu məqsədlə universitetdə diplomatiya, Regionşünaslıq, Sinxron tərcümə, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və.s ixtisaslar üzrə ali təhsilli kadr hazırlığı aparılmışdır.
Yarandığı gündən Universitetdə tələbələrə münasibət demokratik prinsiplər əsasında qurulmuş, onlara müəllim və ixtisas seçimində müstəqillik verilmışdir. Burada tələbələr tədrislə yanaşı elmi-tədqiqat işlərinə, ictimai sosial fəaliyyətə, digər yaradıcılıq sahələrinə cəlb ediliblər və universitetin həyatında aktiv iştirak edirlər. Universitetin tələbələri xarici ölkələrin təşkil etdiyi müxtəlif xarakterli təhsil proqramlarında iştirak edir və uğurlar qazanırlar, 11 - beynəlxalq, 6 - respublika konfranslarında iştirak və çıxış etmişlər.
Universitetin əsas fəaliyyət sahələrindən biri elmi-tədqiqat işləridir. Bu işlərin əsas məqsədi universitetin istiqamət və ixtisaslarına uyğun tədqiqatlar apararaq, təhsilin keyfiyyətini artırmaq, müasir tələblərə cavab verən təhsil təşkil etmək, onu elmi əsaslar üzərində qurmaqdır.
Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda müzakirə olunub və yaxud onlara belə konfranslar həsr edilib. BAAU-da müxtəlif sahələr, o cümlədən beynəlxalq münasibətlərlə bağlı - 6 - beynəlxalq konfrans, 23 respublika elmi-praktik konfransları keçirilmişdir. Universitetin professor və müəllimləri 25 – beynəlxalq konfransın və simpoziumun, 10 - ümumrespublika, 11 - elmi-praktik konfranslarda iştirakçısı olmuş və məruzələrlə çıxış etmişlər.
BAAU nüfuzlu təhsil ocaqları, elmi mərkəzləri ilə, elm, təhsil sahəsində, tələbə və müəllim mübadiləsi sahəsində əlaqələrə xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl təhsil ocaqlarının praktikasından nümunə götürərək keyfiyyətli təhsil sistemi yaratmaq, müştərək proqramalr hazırlamaq, elmi-konfranslar keçirmək üçün BAAU xarici ölkələrin təhsil mərkəzləri ilə, o cümlədən Rusiyanın Ali İqtisadiyyat və Mədəniyyət məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Girne Amerika Universiteti, Ukraynanın Diplomatiya Akademiyası, Gürcüstanın Müstəqil Diplomatiya Akademiyası, Budapeşt Korvinus Universiteti ilə əməkdaşlıq edir.
BAAU 4 beynəlxalq təşkilatın - Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Birliyi Türkdilli Dövlətlər Universitetləri Birliyinin üzvüdür.
Şərhlərin sayı: 4 | |
Yazıb: Pis_Oglan #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Heee........ tebrik edirem...... axir ki.... hami ucun olsun......
Yazıb: wry_yikda #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
aşıldı he :)))))))))
Yazıb: KayFAriK #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Tebrikler,Xeyirli olsun!
Yazıb: AGILLI_DELI #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
daxil oldu baxdim ve hec sevmedim HECNEYE DEYISMEREM BAAU.CLAN.SU-nu
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|