“Business Insight” şirkəti apardığı sorğunun nəticəsi əsasında belə iddia edir
“Business Insight” (BI) beynəlxalq tədqiqat şirkətinin 734 respondent arasında apardığı sorğu çərçivəsində Azərbaycan paytaxtı Bakı şəhərində personal kompüteri olan və internetdən istifadə edən əhali sayının xeyli artdığı müəyyən olunub. Araşdırmanın yekunları üzrə BI tərəfindən təqdim olunan hesabata əsasən, Bakı əhalisinin 81 faizi internet istifadəçisidir. Ötən il bu rəqəm 41 faiz olub. Tədqiqat onu göstərir ki, bu cür artım ölkədə internet tariflərinin azalması ilə bağlıdır. Hesabatda qeyd olunur ki, əhalinin 61,7 faizinin isə evlərində personal kompüterləri var. Paytaxtın internet-istifadəçilərinin əksər hissəsi - 13,9 faizi “Adanet” provayderinin xidmətlərindən istifadə edir. “Adanet”dən sonra Bakıda istifadə olunan provayderlər siyahısında “Azeronline” (13,8%), “Connect” (8,2%) və digər şirkətlər gəlir. Bakı istifadəçisinin orta yaş həddi 33-dür. Qeyd edək ki, Bakı əhalisinin 81 faizinin İnternet istifadəçisi olması barədə açıqlanan hesabat bir çox suallar doğurur. Çünki bu kimi məsələlər adətən, sorğu yolu ilə müəyyənləşdirilmir.
Şərhlərin sayı: 1 | |
Yazıb: ErasmuskA #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
81 %den biri de menem:)))
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|