Bölmə» Cəmiyyət
Bakıda evdar qadınlar arasında «çatlaşmaq xəstəliyi» yayılır.
4
Apardığımız araşdırma zamanı məlum oldu ki,tanışlıq saytlarından,çatdan istifadə edənlərin müəyyən bir qismini evdar qadınlar,qızlar,müxtəlif sənətlə məşğul olan,yaxud işsiz kişilər təşkil edir.Özü də ki,Gəncədən tutmuş Tovuza,Qazaxa,Yevlaxa,Ağcabədiyə qədər əksər bölgələrdən olan qadınlar çatda oğlanlarla,kişilərlə tanış olmaqda maraqlıdır.Bu günlərdə qəzetimizin daimi oxucularından biri bizimlə əlaqə saxalayaraq,çatın ailələrə gətirdiyi fəlakət haqda məlumat verməyimizi xahiş elədi.Qaraçuxur sakini olan bu xanımın verdiyi məlumata görə,əri uzun müddətdir ki,"çat xəstəliyi"nə tutulub.Bu adam olub-qalan pulunu kontura verib bütün günü qadınlarla,qızlarla telefon vasitəsilə yazışır.Həmin oxucunun dediyinə görə,nə qədər cəhd etsə də,həyat yoldaşı bu vərdişin daşını ata bilmir.O bildirdi ki,ərinin yazışdığı qızların heç də hamısı Bakı sakini deyil,onun tanışları arasında Gəncədə,Mingəçevirdə,Yevlaxda yaşayanlar da var.Ona da məlum olub ki,bu xanımların əksəriyyəti heç bir yerdə işləmir,ərləri evdən getdikdən sonra telefon vasitəsilə çata girib onun ərilə yazışırlar.Evdar qadınların bu sahədə xüsusi fəallaşdığını biz də müşahidə etmişik.
Bu yaxınlarda qəsəbələrdən birində hətta "çat" sevgisi üzündən qətl hadisəsi də baş vermişdi.Belə ki, birinin həyat yoldaşı mobil telefon vasitəsilə bilmədən ərinin dostlarından birilə yazışırmış.Bir gün əri qadının kiminləsə yazışdığından şübhələnib telefonunu ələ keçirir və başlayır arvadının adından o şəxslə yazışmağa.Sonra da oğlanı görüşə çağırır,o görüşə gələndə baxıb görür ki,öz yaxın dostudur.Qadının əri "namusunu təmizləmək" məqsədilə həmin oğlanı bıçaqlayır.Belə hadisələr bəlkə də hər gün ölkə ərazisində baş verir.Bəzi evdar qadınlar,hətta virtual tanışlıq üzündən,qadın alveri qurbanına çevrilir.Sosioloqlar problemin bu tərəfini daha çox qabardır.Çatın vurduğu digər zərərlər isə onların diqqətini cəlb eləmir.
Sosioloq Əhməd Qəşəmoğlu "Bakı Xəbər" qəzetinə açıqlamasında deyib ki,çata girən qadınların əksəriyyəti xoş güzəran,əyləncə axtaranlardır.Onlar günlərini şən keçirmək üçün bu yola əl atır.Virtual tanışlığın,çatın ailələr dağıtdığını deyən sosioloqun fikrincə,bu pis vərdişdən insanları çəkindirmək üçün xüsusi tədbirlər görülməlidir.Evində ərindən qılıq,şirin dil görməyən qadınların bu təsirə daha tez düşdüyünü deyən ekspert onların özləri də bilmədən fəlakətə yuvarlandığını bildirir.Digər bir sosioloqun sözlərinə görə isə,indi çox qadında mobil telefon var,onlar da bu telefon vasitəsilə müxtəlif əməllərə əl atır.Çata girənlərin bəzilərinin az savadlı qadın və qızlar olduğunu deyən sosioloq bildirir ki,bu qızlar rayonlardan şəhərə gəlmək üçün bu tanışlıqdan bəhrələnmək istəyir.Onların bəzilərinin yüngül həyat tərzi keçirdiyini düşünən sosioloq hesab edir ki,onlarla yazışan kişilər də ağlı başında olan normal adamlar deyil./telebe.az/
Şərhlərin sayı: 4 | |
Yazıb: Moonlight #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Aaaaaaa Menzer,ilk defedi ki,seninle razilawmaga mecburam:)) .
P.S. kstati,vinetkalar hazirdi:) slayd da supppper alinib.
Yazıb: ErasmuskA #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bir ara menim de hevesim varidi chata amma 2-3 il olar daha girmirem.evli qadinlarin chata girmesi vaapshe absurddu
Yazıb: Tapdiq #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Mənim bildiyim qədər,normal,sivil ölkələrdə insanlar 2 məqsədlə çata girirlər: 1)öz tanışlarını,qohumlarını tapmaq üçün, 2)hər hansı bir xarici dili,daha çox danışıq dilini öyrənmək üçün.Misal üçün,italyan dilini öyrənmək istəyən ingilis İtaliyanın çatlarında "oturur".
Bizdəki vəziyyətə gələndə onu deyə bilərəm ki,çata görə tez-tez soldan-sağdan bıçaqlanma söhbətlərini eşidirəm.Bunun səbəbi budur ki,bəzi dalbayov administratorlar özləri kimi olan bəzi userlərə xüsusi status verirlər.Bu statusdan istifadə edən istifadəçilər(adətən,adminin tanışları olur) çatda kimi gəldi söyüb biabır eləyirlər.Administator isə heç nə eləmir. Yadıma gəlir,internetə qoşulduğum ilk vaxtlarda(3-4 il əvvəl) çata marağım çox idi.Bir dəfə bakililar.az saytında çata qonaq qismində girdim.İki nəfər,oğlanla qız bir-biri ilə söhbət eləyən vaxtı bir istifadəçi peyda oldu və oğlanın anasını,bacısını,nəslini söyməyə başladı.Özü də heç nədən.Bir xeyli belə davam etdi.İstər-istəməz əsəbiləşdim.Bu hadisədən sonra çata girdiyim yadıma gəlmir. Evli qadınların çatda yazışmağını bu xəbərdən bildim.Ümumiyyətlə,bizim çatlarda mədəni,səviyyəli adam tapmaq çətin məsələdir.
Yazıb: CHARMING #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
men vobwem evli qadinlarin catlawmasina yaxwi baxmiramONDANSA UWAGLARININ TERBIYESI ILE MEWGUL OLSA DAHA YAXWIDI.DUZU SAATLARNNAN KOMPYUTER BAWINDA OLAN ANA NECE TERBIYE VERER BILMIREM.VAXTDA TAPILLAREEEEE EVLI EVLI.
| |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar