“Bardaq olmağa deyil, göl olmağa çalış!” Bir gün şagirdini duz almağa göndərir. Heç vaxt özünü xoşbəxt hesab etməyən şagird duzu alıb qayıtdığı zaman ustası bir ovuc duzu bardaqdakı suya tökərək, hər şeydən narazı şagirdindən suyu içməsini istəyir. Şagird yaşlı ustasının dediyini edərək, bardaqdakı suyu içir. Elə içər-içməz də çox duzlu olmasından dolayı suyu geri qaytarır. Usta isə buna məhəl qoymayaraq: “Dadı necədir?” - deyə qəzəblə soruşur. Şagird suyun çox duzlu və acı olduğunu deyir. Şagirdinin cavabından sonra usta onun qolundan tutaraq, emalatxanadan çıxarır və sakitcə yaxınlıqdakı gölə aparır. Bu dəfə o, bir ovuc duzu gölə tökdükdən sonra şagirdinə deyir ki, göldən su içsin. Ustasının dediyini qeyd-şərtsiz yerinə yetirən şagird ağzından axan suyu sildiyi zaman ustası eyni sualı yenidən təkrarlayır: - Dadı necədir? - Əladır! - Duzun dadını hiss elədinmi?” - Xeyir. “Yox” cavabından sonra usta suyun yanında diziüstə çökmüş şagirdinin yanında əyləşərək, ona aşağıkıları tövsiyə edir: “Həyatdakı iztirablar və acılar da duz kimidir – nə azdır, nə çox. İztirab iztirabdır, dərəcəsi olmaz. Ancaq bu iztirabın ağrılılığı onun nəyə, kimə tuş gəlməsindən asılıdır. İztirab çəkdiyin zaman etməli olduğun yeganə şey iztirabın mənbəyinə geniş və bəsirətli baxmağındır. Odur ki, bardaq olmağa deyil, göl olmağa çalış!”
Yaşlı hindli usta şagirdinin mütəmadi olaraq hər şeydən şikayət etməsindən bezmişdi...
Şərhlərin sayı: 3 | |
Yazıb: wry_yikda #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Tapdiq mene chox maraqlidi niye mehz Islamla bagli oldugunu iddia edirsen bu yazinin?
Yazıb: KayFAriK #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Twk terbiyevi hekayedi
Yazıb: Tapdiq #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Maraqlı hekayədir.Burdakı söhbət bir növ şükranlığı,İslamı xatırladır.Şükür-aza qane olmaq deməkdir.Hekayədə usta həm də onu demək istəyir ki,həyata açıq gözlə,hərtərəfli baxmaq lazımdır.Dünyəvi düşünmək gərəkdir.Fikirləşmək lazımdır ki,səndən pis vəziyyətdə olan nə qədər insan var.Hər halda,onlar sənin yerində olmaq istəyərdilər....
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|