Fransanın liman şəhəri Nitsada ölkənin ən böyük kitab və multimedia aparatları satan mağazalar şəbəkəsi FNAC-ın təşkilatçısı olduğu sərgi-müsabiqə qalmaqalla yekunlaşıb. BBC-yə istinadən verdiyim məlumata görə, münsiflər heyəti 25 yaşlı bir gəncin Fransa bayrağı ilə arxasını sildiyini əks etdirən “Siyasi baxımdan xətalı” adlı fotoqrafa özəl mükafat verib. Ölkə mətbuatı bu fotonu səhifələrində əks etdirəndən sonra isə aləm qarışıb. Ölkə ictimaiyyəti belə bir fotonun sərgi-müsabiqədə nümayişinə və mükafatlandırılmasına etiraz edib. Etirazlardan sonra həmin foto mükafat verilənlər sırasından çıxarılıb. Ədliyyə naziri Alliot Marie də məsuliyyət daşıyanlarla bağlı araşdırmalara başlandığını bildirib. Ədliyyə naziri deyib ki, əgər cəzalandırma üçün qanunlar yetərli deyilsə, qanunlara dəyişiklik edilməyə də gediləcək. Fransa qanunlarına görə bayrağa və milli marşa həqarətə görə həmin şəxs 10 ay həbsə və 7 min 500 avro cərimə verməyə məhkum edilir.
Şərhlərin sayı: 4 | |
Yazıb: wry_yikda #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
hmmm....
Yazıb: Pis_Oglan #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bagisla Exi..... men usaq vavti nenem Xiyar turshusu tutanda turshsu qazanina yixilmisam bir de 2 gunden sonra tapiblar.... ve neticede bu duzlu sohbetlerimi neneme borcluyam.....
Yazıb: wry_yikda #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
:))))))))))))) ay duzsuz
Yazıb: Pis_Oglan #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
qaqash haqqin yolunu tapib.......
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|