Haker müdaxilələrinin əksər hallarda zərərsiz olmasına baxmayaraq, hər 4,5 saniyədə bu hücumların biri ciddi xətər yetirir
Qlobal Şəbəkədə hər saniyə ərzində orta hesabla 100 haker hücumu həyata keçirilir. Hesabatda təqdim olunan məlumata görə, 2009-cu ildə internetdə qanunsuz müdaxilələrin sayı 2008-ci illə müqayisədə 71 faiz artıb. Haker müdaxilələrinin əksər hallarda zərərsiz olmasına baxmayaraq, hər 4,5 saniyədə bu hücumların biri ciddi xətər yetirir. Ötən il ərzində “Symantec” tərəfindən internetdə 2,9 milyon virus, “troyan” və digər zərərli proqram qeydə alınıb ki, bunlardan 51 faizi tamamilə yeni virus proqramları olub. Hesabatda qeyd olunur ki, son zamanlar kibercinayətkarlar daha tez-tez istifadəçi kompüterlərindən bot-şəbəkələri yaradır ki, bu cür maşınları onların sahiblərinin xəbəri olmadan spam yayımı və ya şəxsi məlumatların oğurlanması üçün istifadə etmək olur. “Symantec” ekspertləri qeyd edir ki, ötən il internetdə yeddi milyona yaxın personal kompüter bot-şəbəkələrə qoşulub. “Symantec”in eksperti Toni Osbornun sözlərinə görə, kompüterlərdən şəxsi informasiyanın mənimsənilməsi bir çox istifadəçi üçün gündəlik məşğuliyyətə çevrilib. Korporativ əməkdaşlar və şirkətlər haqqında informasiya əldə etmək istəyən kibercinayətkarlar sosial şəbəkə və poçt xidmətlərinə də diqqət yetirməyə başlayıb. Kompüter cinayətinin artımı inkişaf edən ölkələrdə də qeydə alınır. Xüsusən də bu cür halların çoxalması əhalinin əksər hissəsinin gündəlik işlər üçün internetdən istifadə etdiyi Hindistan və Braziliyada müşahidə olunur.
Bu barədə kompüter təhlükəsizliyi üzrə dünyanın ən iri proqram təminatı istehsalçısı “Symantec” şirkətinin bu yaxınlarda açıqladığı hesabatda qeyd olunur.
Şərhlərin sayı: 3 | |
Yazıb: Pis_Oglan #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
bu xakerlik yaman yaxsi seydi. herden 1 men de edirem oz bacardiqlarimdan ......
Yazıb: wry_yikda #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Menimde bir ara hevesim qalxmiwdi xaker olmaq arzusuylar...komputerlerimin qi4lari qalxannan sonra qelet eledim
Yazıb: AGILLI_DELI #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Hacker olmaq arzusuyla olecem diyesen birce bildiyim iki hack programi var onuda kimi dindirsen deyir get hele yasin azdiii ))))))))))))
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|