Bukmekerlere meslehet Bukmekerlere meslehet
Bukmekerlere meslehet
1


BUKMEKERLƏRƏ MƏSLƏHƏT

Hər gün və ya mütəmadi olaraq idmanın müxtəlif növlərinə, xüsusilə də futbola pul qoyuluşu edən şəxslərin bu yazını oxumasını tövsiyə edirəm.

ƏVVƏLCƏ DÜŞÜN  

Bir bukmeker şirkətinə pul qoymadan əvvəlcə düşünün. Bukmeker şirkətləri sizin uduzduğunuz pullardan xeyir götürürlər. Sadəcə professional qumarbazlar pul qazanarkən, hər gün bukmeker şirkətləri və növləri artmaqdadır. İdmana pul qoyuluşu, qumardan fərqli olaraq öncədən təxmin edilə bilən kimi görünsə də, tərsi də düşünülə bilər. Nəticələr hər zaman fərqli ola bilər. Oyun nəticələri milyonlarla səbəbin toqquşmasıdır. Oynayan futbolçular, onların yaxınları və ailələri, 3 hakim, 2 məşqçi, həkimlər, azarkeşlər, mətbuat və s. və i. Hətta meydan və hava. Hər iki komandanın o oyuna verdikləri dəyər: biri alt liqaya düşməmək üçün oynayarkən digəri çempionluğa tərəf irəliləyir kimi şeyləri uzun-uzun yazmaq mümkündür. Deməli bir oyunun nəticəsini dəqiq olaraq demək mümkün deyil, ancaq təxmin etmək mümkündür. Bəzən udar, bəzən isə uduzarsınız. Pulunuzu artırmaq istəyirsinizsə bukmekerliklə məşğul olmayın.

ÖZÜNÜ TANI

Həyatın digər sahələrində olduğu kimi bukemerlikdə də sizin konkret hədəfiniz olmalıdır. Əgər bir hədəfiniz yoxdursa, əlinizdəki pul da uça bilər. Hər gün buk etməyə başlaya bilər, daha çətin oyunlardan pul qazanmağa çalışa bilər, daha böyük miqdarda pul qoyuluşu ilə oynaya bilərsiniz. Ona görə də hər şeyə başlamadan öncə biraz düşünməkdə fayda var..

RİSK PROFİLİ

Sizə hansı növ pul qoyuluşunu mən deyə bilmərəm. Buna sizin istəkləriniz qərar verəcəkdir. Əgər bir anda böyük məbləğdə pullar qazanmaq istəyirsinizsə, böyük pullarla riskli oyunlar üçün pul qoyuluşu etməlisiniz. Yox əgər az pul qazanmaq istəyirsinizsə onda favorit komandalara az miqdarda pul qoyuluşu edəcəksiniz.

UZUN MÜDDƏT/QISA MÜDDƏT

Bu qərar verməniz lazım olan önəmli məsələlərdən biridir. Uzun müddəti seçsəniz gərək sürpriz komandalara pul qoyuluşu edəsiniz. Əksər vaxtı uduzarsınız, amma udanda ciddi məbləğlər udarsınız. Burda önəmli sual budur: Udana qədər yetərli səbriniz varmı? Səbriniz tükənib strategiyanızı dəyişəcəksinizmi? Qısa müddəti seçsəniz favorit komandalara böyük miqdarda pul qoyuluşu etməlisiniz. Əksər vaxt udduğunuzda görə, xeyiriniz çox olmasa da, özünüzü rahat hiss edərsiniz. Lakin, bir dəfə uduzmaq böyük uduzmaq demək olacaq sizə. Hər şeyə başdan başlaya bilərsiniz. Üstəlik bukmeker şirkətləri hər dəfə favorit komandalara oynayanları qazandırmazlar. Təbii ki, əmsalları da buna görə hesablamışdırlar.

İNSAN MARAĞI

Bəziləri sadəcə zövq almaq üçün pul qoyuluşu edərlər. Bir oyunu televizorda izləyərkən özlərinə biraz daha həyəcan qatmış olarlar. Hərgün oynamazlar. Udub uduzmaqları o qədər də önəmli deyil. Onlar üçün önəmli olan həyəcan və zövqdür. Bəs əgər zövq üçün oynadığınz halda birdən birə qazanmağa başlarsanız nə olar? Bəli, təxmin etdiyiniz kimi daha tez-tez və daha böyük pullarla oynamağa başlarsınız. Çünki, özünüzü daha şanslı və daha ağıllı hiss edərsiniz. Amma sonunda bütün qazandıqları uçub gedər. Bu insanın içindən gələn təbii hissidir. Qazanarkən əsla dayanmaq bilmərik. Kimsə "bu qədər bəsdi" deməz və uduzmağa başlayınca bu səfər uduzduqlarımızı geri qaytarmaq üçün cəhd edərik. 100$ ilə başlayıb 500$ qazanmışsaq, bu çox ciddi bir xeyirdir. Amma bu işi tərgitməyə səy göstərəndə 200$'a enmişsək özümüzü 300$ uduzmuş kimi hiss edərik. Uduzduğumuzu geri qaytarmağa davam edərik, baxmayaraq ki 100$ xeyirdəyik.

ÖZÜNƏ HAKİM OL

Qazanmağa başladığınız zaman, başladığınız nöqtədən davam edin. Qazanmaq əslində asandır. Həmişə bunu düşünün. Qazanmağın çətin bir şey olduğunu düşünüb özünüzü sıxmayın. Əlbəttə, eyni şəkildə uduzmağınız da asan bir şeydir. Uduzduğunuz zaman daha çox pulla oynamaq, daha çox oyuna pul qoyuluşu etmək kimi tələyə düşməyin. Özünüzə hakim ola bilmirsinizsə, bir iki həftə ara verin. Başqa işlərlə məşğul olun və geri döndüyünüzdə yenidən qaldığınız yerdən davam edin. Strategiyanızı dəyişdirməyin. Bir dəfə uddunuzsa yenə qazana bilərsiniz.

ZAMAN

Pul qoyuluşuna sərf edəcəyiniz zamanı əvvəlcədən qərar verin.

PUL

Boş yerə xərcləyəcəyiniz nə qədər pulunuz var? Bu pulu uduzmağa hazırsınız? Əsla borc pulla oynamayın. Kredit, kirayə haqqı və s. üçün ayırdığınız pulla oynamayın.. Hər zaman ağlınızda bütün pulunuzu uduzacağınızı düşünün. Bir hədəf bəlirləyin və o hədəfə çatınca pulunuzu götürün. Sonra təkrardan başlayın. Bukmeker şirkətlərinin hesablarındakı virtual pulunuza güvənməyin. Pul yalnız cibinizdə olanda sizindir.

TƏBİİ MARAQ

İdman ilə ciddi maraqlanırsınızmı yoxsa bir qumar kimi oynayırsınız? Əgər idmanla maraqlanırsınızsa bu sizin üçün idman sahəsindəki biliklərinizi artırmaqda kömək ola bilər. Hər şey bir anlıq sıxıcı olmağa başladısa buraxın bu işi. Motivasiyanızı itirdinizsə siz özünüzün və ailənizin pullarını bukmeker şirkətlərinə uduzmağa başlayaqcsınız.

UNUTMA

Uduzacağın zaman peşman olacağın pul ilə oynama. Hər hansı bir oyuna pul qoyuluşu etmədən əvvəl həmin pulu uduzacağınızda özünüzü necə hiss edəcəyinizi düşünün. Əgər o anı yaşamağı gözə ala bilirsinizsə o zaman pul qoyuluşu edə bilərsiniz. Qətiyyən hisslərinizə qapılıb, özünüzün azarkeşlik etdiyiniz komandaya pul qoyuluşu etməyin. Heç vaxt bütün pulunuzu bir oyuna qoymayın. Hər nə qədər udmaq ehtimalınız yüksək olsa da, hər zaman uduzmaq ehtimalınızın da az olmadığını unutmayın! Dostunuzdan borc alaraq və ya sizin üçün çox önəmli olduğunu düşündüyünüz pulla oynamayın! Nə qədər müvəffəqiyyətli olsanız da, birgün mütləq uduzacağınızı unutmayın ! Eyni gündə pulunuzu qurtaracaq qədər ard-arda pul qoyuluşu etməyin. Pul qoyuluşu edərkən yaxşıca düşünün, tələsməyin. Düşündüyünüzdən də yaxşı fürsətlər hər zaman qarşınıza çıxacaqdır. Pul qoyuluşu etdiyiniz pulun üzərinə pul gəldisə ilk pul qoyuluşu etdiyiniz pulunuzu geri götürün. Beləliklə, uduzduğunuz zaman bu sizə daha az təsir edəcək. Pul qoyuluşu etməyi pul qazanmaq vasitəsi kimi deyil, əyləncəli bir hobbi kimi düşünün! Əgər pul qoyuluşu edərkən zövq ala bilmirsinizsə, oynamayın. Ən çox pulu tanıdığınız liqalar və ya komandalar ilə qazana bilərsiniz. Heç tanımadığınız liqalardakı heç tanımadığınız komandalara pul qoyuluşu etməkdən çəkinin. Heç kimdən pul qarşılığında oyun variantı almayın. Əgər variantları doğru çıxsaydı çoxdan zəngin olar və sizə variant satmaq kimi kiçik bizneslə məşğul olmazdıar. Dostlarınızın və ya tanışlarınızın təklif etdiyi variantları yazmağa tələsməyin. Heç kəs oyunun nəticəsini əvvəlcədən bilmir. Son qərarı verəcək olan sizsiniz. Əmsalı 50 olan sürpriz oyuna pul qoymaq qazanacağınız pulu düşündükdə ağıllı görünə bilər. Amma unutmayın ki, bukmeker şirkətləri axmaq deyil. Əlbəttə, bu cür əmsalın düz gəlməsi mümkündür, lakin bu 40 ildə bir dəfə olur. Qazanmaq şansınızı artırmaq üçün futbol və pul qoyuluşu haqqında biliyə ehtiyyacınız olacaq. Bu cür məlumatları qəzetlərdən və internetdən əldə edə bilərsiniz. Bəzi günlər pul qoyuluşu etmək üçün az oyun ola bilər. Özünü pul qoyuluşu etməyə məcbur etmə. 27 avropa liqasında son üç ildir aparılan araşdırmalara görə ev sahibi komandaların udmaq şansı 46 faizdir. Bərabərlik və rəqib komandanın qalibiyyəti isə 27% və 27% olaraq bərabərdir. Bəzən "komanda sadəcə 2 oyun uduzdu" şəklində şərhlər oxuya bilərsən. Bir an üçün düzgün görünə bilər. Əgər komanda 5 qalibiyyəti, 6 bərabərliyi və 2 məğlubiyyəti varsa, bu komanda oynadığı oyunların 62 faizini udmamışdır deməkdir. Derbilərin bərabər qurtarmaq ehtimalı böyükdür. Yenə də şərhlərə inanıb, bu cür oyunlara böyük miqdarda pul qoyuluşu etməyin. Ümumiyyətlə, derbilərə pul qoyuluşu etmək məsləhət deyil. İki dəfə oynanılan kubok oyunlarında favorit komanda ilk oyunu səfərdə oynayırsa, əksər hallarda bərabərliklə və ya az fərqlə məğlubiyyətlə razılaşar. Çünki, ev oyununda lazım olanı edib, turu keçəcəklər. Və ya komandalardan biri ilk oyunda böyük hesabla qalib gəlibsə, cavab oyununa çox da fikir verməzlər və bəzən də ilk oyunda böyük hesabla qalib gəlmiş komanda ikinci oyuna ikinci heyətlə çıxar. Əhəmiyyətsiz kubok oyunlarında güclü komandalar fikir verməzlər. Belə kuboklarda həmin kuboku heç vaxt qazanmayan komandalar daha həvəslə oynayarlar. Alt liqalardan gələn komanda ilə kubok oyunu oynanılırsa: statistikalar alt liqadan gəlmiş komandaların normal oyunlarından çox daha üstün oyun göstərdiyini bildirir. Bunun müxtəlif səbəbləri vardır. Əsas səbəblərdən biri oyunçuların özlərini göstərmək istəməsidir. Yeni bir məşqçi gəlmişsə oyunçular ilk bir-iki oyun yaxşı oyun göstərə bilərlər. Pul qoyuluşu edərkən nə qədər pulun geri dönəcəyini deyil, nə qədər qazanacağınızı düşünün.



Yükləyib: KayFAriK2010-May-13 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: Tapdiq #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Bu yazılar bir növ psixoloq məsləhətini xatırladır.Ümumiyyətlə,bukmeyker oyunları:futbola stavka qoymaq qumarın virtual formasıdır.Qumar isə kasıbın əlindəki bir tikə çörəyi də alır.Bu tipli qumar oyunlarına görə varını,yoxunu itirən adamlar var.Əsas məqsəd asan yolla pul qazanmaqdır.Məncə,bizdə kayf üçün oynayanların sayı azdır.Azərbaycanda işsizliyin kütləvi bir hal aldığı vaxtda bu oyun insanları,xüsusən də cavanları özünə cəlb edir.Ciddi bir işlə məşğul olmayan gənclər meylini futbola pul qoyuluşlarına,lotereyalara salırlar.Elələri olur ki,bankdan kredit götürüb hamısını stavkaya qoyur.Hər halda,ağıllı oyun oynayanlar azdır.Bir dəfə,bir qrup uşağı ilə bu haqda söhbət edəndə dedi ki,"Xaricilər bunu əyləncə üçün eləyir,bizimkilər isə maddiyyat güdürlər".Bu həqiqətəndə belədir.
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı növ failları siz daha çox yükləyirsiniz?
  
  

Səs verib: 346-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 2
Qonaq: 2
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar