Deyilənə görə, Novruz bayramında tonqal üstündən tullanmaq zərdüştilikdən qalma adətdir.Namaz qılan şəxsə tonqalın üstündən tullanmaq olar?
-Tonqalın üstündən tullanmağın zərdüştiliklə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq, Novruz bayramının adət-ənənələrindən biridir.
-Adətən gənc qızlar bayram axşamı duzlu kökə yeyib yatır, yaxud qapı ağzında başmaq atıb niyyət edirlər. İslamda bu kimi adət-ənənələrə münasibət necədir?
-Bu kimi adət-ənənələrin İslamla heç bir əlaqəsi yoxdur. Bunun yerinə iki rükət hacət namazı qılıb Allahdan xoşbəxt ailə diləsələr, bəlkə bəxtləri açılar.
-İslama görə, Novruzda niyyət edərək qulaq falına çıxmaq olar?
-Xeyr, dinimizə görə, başqasının qapısını kəsdirib şəxsi söhbətlərinə qulaq asmaq düzgün hərəkət deyil.
-Yumurta döyüşdürmək, şam yandırmaq kimi adət-ənənələrə dinimizdə münasibət necədir?
-Dinimiz yumurta döyüşdürməyə, şam yandırmağa normal münasibət bəsləyir.
-Novruzda il təhvil olanda xüsusi dua oxunur. Bu hansı duadır?
-Novruzda ilin təhvil olma duası var. Dua aşağıdakı kimidir:
Ey qəlbləri və gözləri haldan-hala salan Allah! Ey gecə ilə gündüzü tədbirlə nizamlayan Rəbbimiz! Ey ili dolandıran və əhvallara yaxşılıq, pislik verən! Bizim əhvalımızı yaxşılığa doğru dəyiş!..
-Novruzda adətən süfrəyə «s» hərfi ilə başlayan 7 nemət qoyulur. Bunun dinimizlə əlaqəsi var?
-Bəli, adətə görə, süfrəyə 7 nemət qoyulur. Bunun dinimizlə əlaqəsi olmasa da, heç bir haramlığı yoxdur.
Şərhlərin sayı: 0 | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|