Chrome bazar payını artırır
0
Net Applications şirkəti fərdi kompüter və mobil qurğular üçün dünya brauzer bazarının avqust statistikasını açıqlayıb.
Fərdi kompüterlər üçün ən çox yayılan brauzer Internet Explorer olaraq qalır. Ötən ay onun payı iyulda qeydə alınan 53,93 və bir il əvvəlki 55,31 faizə nisbətdə 53,60 faiz təşkil edib. İkinci yerdə bazarın 20,05 faizinə sahib olan Firefox brauzeri qərarlaşıb. Bir ay əvvəl bu brauzer 20,16, 2011-ci ilin avqustunda isə 22,57 faizə malik olub.
Ən çox yayılan brauzerlər reytinqində üçüncü yeri 19,13 faiz bazar payı ilə Chrome tutub. Ötən ay Chrome-un payı 18,88, bir il əvvəl 15,51 faizə bərabər olub.
Sonrakı yerləri 5,10 və 1,58 faizlik nəticə ilə müvafiq olaraq Safari və Opera brauzerləri bölüşür. 2011-ci ilin avqustunda bu brauzerlərin payı 4,64 və 1,168 faiz təşkil edib.
Mobil seqmentdə mütləq lider 66,43 faizlə Safari-dir. Sonrakı yerdə 19,97 və 8,59 faiz bazar payı ilə Android platforması üçün brauzer və Opera Mini qərarlaşıb.
Şərhlərin sayı: 0 | |
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış
Bir az Sualımızda...
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|
Statistika və dost saytlar
İstifadəçilər
Qonaqlar