Çin tələbələrində artıq Yerin peyki var.
Bu gün "Çançjen-4B” raketi ("Böyük yürüş”) orbitə "Sivan-1” ("Ümid-1”) aparatını buraxıb. Beləliklə, Çin Xalq Respublikasının tələbələri öz peyklərinin köməyilə kosmik proqramlarla məşğul olmaq imkanını qazanıblar.
"Sivan-1”-lə birgə "Tayuan” kosmodromundan (Şansi bölgəsindən) yeni distansion zondlaşdırma "Yaoqan-8” peyki də buraxılıb.
Daha əvvəl - martda Çinin tələbələri "Çanye-1” peykinin Ay səthinə buraxılışını həyata keçirmişdilər. Bununla da 16 aylıq tədqiqat proqramı başa çatmışdı. Peyk bir neçə min dəfə Ayı dövr etmişdi və Çin elmi tarixində ilk olaraq bu göy cisminin səthinin ətraflı topoqrafik xəritəsi yaradılmışdı. O, Yerə 1400 giqabayt elmi məlumat ötürmüşdü.
"Çanye-1”-in missiyası Çin alimlərinin həyata keçirmək istədiyi böyükmiqyaslı Ay epopeyasının yalnız başlanğıcıdır. 2012-ci ildə isə Çində Ayda hərəkət edən qurğu yaratmaq istəyirlər. Elə "Çanye-1”-in Aya enişi zamanı da həmin uçan aparatın enməsinin bəzi aspektləri ilə bağlı tədqiqatlar aparılmışdı.
2017-ci ildə Pekin yenə uçuşa Ayda hərəkət edən maşın göndərəcək. Həmin maşın Aydakı süxurlardan nümunələr götürəcək və onları xüsusi modulda Yerə göndərəck. Və nəhayət, 2020-ci ildə Çin öz taykonavtının Aya enişinə nail olacaq.
Telebe.az
Şərhlərin sayı: 2 | |
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Yaziya gore sagol... kayfarik qardasimizlada 100 % raziyam,,,,, :)))
Yazıb: KayFAriK #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
1 Like!
Qaqashim xeyr ola bizim telebelere ne gelibki,olar gelib hele qiz firladmay uzre bizim telebeler catsinlar)))gizi goren kimi sikund nomresin,adresin,heyatinin anketin tapirlar)Axi bura Azerbaycandi((
Movzuya gore twk,arzu edirem yaxshi cehetden bizim genclerimiz ferqlensinler | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|