Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu.O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı.Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi.Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu.Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı.Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər,ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da,dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı.O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.O cəbhədə bir əskər,zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər,bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu.1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya,Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir.
Şərhlərin sayı: 3 | |
Yazıb: ErasmuskA #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Allah rehmet elesin:((
Yazıb: CHARMING #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
ALLAH REHMET ELESIN.DOGURDANDA COX CESUR VE VETENPERVER BIRI IDI. VETENE OLAN BORCUNU LAYIQINCE YERINE YETIRDI.
Yazıb: Tapdiq #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Operator,jurnalist,telereportyor,həkim,Azərbaycanın ilk dj-i,ilk reperi,novator gənc,vətənpərvər və sadə oğlan.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! | |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|