Hətta aramızda toyunda yerli müğənnilərlə yanaşı, xarici ulduzları görmək istəyənlərin də sayı az deyil. Amma (imkanlılara aid deyil) nə badə bu arzuya düşəsiniz. Niyə? Araşdırma apararaq, xarici ulduzların toy qiymətləri ilə maraqlanıb. Bəlli olub ki, Cenifer Lopezi okeanın o tayından bu tayına 1.500.000 dollara gətirdə bilərsiniz. Riki Martin və Şakiranın pərəstişkarları isə 800.000 dollarlarından keçməlidirlər. Türk sənətçilərindən Mustafa Sandal 65.000 avroya, Mahsun Kırmızıgül 60.000 avroya, Sərdar Ortaç 55.000 avroya, Kənan Doğulu isə 35.000 avroya toyunuzu idarə edə bilər. Toyunuza təşrif buyurması üçün Rusiya ulduzlarından Filip Kirkorov 60.000 dollar, Valeri Məladze 30.000 avro, Jasmin 15.000 dollar, “Slivki” qrupu 10.000 dollar istəyəcək. Qeyd edək ki, Azərbaycan toylarında tez-tez olmasa da, hərdən bir xarici ulduzlar qonaq olublar. Müğənni Nüşabə Ələsgərli oğlunun kiçik toyuna İbrahim Tatlısəsi dəvət etmişdi. Bundan başqa, tanınmış biznesmenin oğlunun toyunu Eros Ramazotti, Flip Kirkorov, Tina Törner idarə ediblər. Türkiyəli ulduz Əmrah da 50 min dollara Qubada toy aparıb. Bu siyahıda Mahsun Kırmızıgülün adı isə lap çox hallanır.
Elimizin gözəl adət-ənənələrindən biri də toylarımızdır. Hər kəs bu şad gününü qeyri-adi, ürəyi istəyən kimi keçirmək istəyir. Tanınmış, sevimli ulduzlarımızın toyu idarəetməsi isə lap ürəyimizdən olur.
Şərhlərin sayı: 4 | |
Yazıb: ErasmuskA #4
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Menim toyumda İLLEGAL ile MOONLİGTH oxuyacaq diyesen Qalanlari chox bahadi :)
Yazıb: angelka #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
maraqli informasiyadi amma duzunu desem bulari devet elemeyin yeri yoxdu bizim oz BOZBAW mugennlerin yerini vermezler ))))))))))))))
Yazıb: KayFAriK #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Oz toyumda deyesen ozum oxuyacam,apteklere xeyir vermey lazimdi axi,hamina pambiq lazim olacay))
Xebere gore minnetdaram
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
MEN DE DEYIRDIM TOYUMA MAYKL CEKSONU CAGIRARAM,O DA USTUNUZE SAGLIQ...:)XEBERE GORE TSK
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|