Alimlərin apardıqları araşdırmalar belə deməyə əsas verir.
Belə ki, aparılan araşdırmalar sübut edir ki, avtomobildən daha çox istifadə edən şəxslərdə dəri xərçənginin əmələ gəlmə riski daha çox olur. Aparılan araşdırmaların nəticələri “Ze Journal of ze Akademi of Dermatologiya” jurnalında dərc edilib. Saint Luis Universitetinin Tibb Fakultəsində 50 nəfər üzərində aparılan araşdırma zamanı üzdə əmələ gələn dəri xərçənginin daha çox son nahiyədə yarandığı bildirilib. Buna səbəb isə avtomobil sürərkən üzün sol tərəfinin günəş şüalarına daha çox məruz qalmasıdır. “Bu problemvaxt getdikcə özünü daha açıq biruzə verir. Sürücülər avtomobildən istifadə edərkən günəş şüalarının təsirinə nə qədər məruz qaldıqlarını bilməlidirlər. Təcrübəli sürücülər əlcək, gözlük kimi təhlükəsizlik vasitələrindən istifadə edirlər. Bunula yanaşı günəş şüalarına qarşı kremlərin də istifadə edilməsi məqsədə uyğundur”, - mütəxəssislər belə deyiblər.
Şərhlərin sayı: 1 | |
Yazıb: KayFAriK #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
1dene bu catmirdi hele(
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|