Dostunu Tənha Qoyanların Dostunu Tənha Qoyanların
Dostunu Tənha Qoyanların "Cənnət"i
2
Bir kişi və həyatdakı tək dostu olan iti bir qəzada birlikdə ölmüşdülər. Səmaya qalxdıqdan sonra dümağ buludların arasında gəzməyə başladılar. Kişi çox susamışdı. Bir az su tapa bilmək ümidiylə getməyə davam edərkən, birdən özlərini möhtəşəm bir mənzərənin qarşısında gördülər.

Rəngarəng çiçəklərlə bəzəkli bir bağça, qızıldan düzəldilmiş bir qapı və onları qarşılayan bəmbəyaz geyimdə bir qadın.

Adam itiylə birlikdə qadına yaxınlaşdı və soruşdu:

"Üzr istəyirəm... bura haradır?"

Qadın ona gülümsədi:

"Bura Cənnətdir."

Adam sevinclə "Möcüzə!" - dedi

"Yaxşı mənə bir az su verə bilərsinizmi, həqiqətən çox susadım..."

Qadın cavab verdi:

"Əlbəttə, içəri girin... İçəridə dilədiyiniz qədər su tapa bilərsiniz..."

Beləcə adam itinə baxıb:

"Haydı, içəri giririk" - deyərək qapıya getdi...

Amma qadın onu birdən dayandırdı:

"Təəssüf edirəm, itiniz sizinlə gələ bilməz... Heyvanları içəri qoymuruq..."

Kişi bir an dayandı... Düşündü... Və geri dönüb itiylə birlikdə gəldikləri yolun tam tərs istiqamətində getməyə başladı...

Bir müddət keçdikdən sonra özlərini bu dəfə tozlu palçıqlı bir yolda gördülər və yolun sonunda qarşılarına ferma girişini xatırladan bir qapıyla nimdaş paltarlı bir baba çıxdı... Adam soruşdu:

"Üzr istəyirəm... Mənə bir az su verə bilərsinizmi?"

Baba "İçəri gəl" dedi.

"Qapıdan girdikdən sonra sağ tərəfdə bir bulaq var..."

Adam soruşdu:

"Yaxşı, yoldaşım da mənimlə gəlib oradan su içə bilərmi?"

Baba "Əlbəttə..." dedi.. "Bulağın yanında itinin də su içə biləcəyi bir kasa tapacaqsan..."

Bunun üzərinə kişi qapıdan girdi... Bir az getdikdən sonra sağ tərəfdə bulağı tapdı... Adam bulaqdan, it də oradakı kasadan doyunca içərək susuzluqlarını yatırdılar... Adam geri gedərək girişdə gözləyən babadan soruşdu:

"Su üçün çox təşəkkür edirəm... Yaxşı bəs bura haradır?"

Baba "Bura cənnətdir" dedi.

Bunu eşidən adam çaşdı:

"Axı necə ola bilər? Bir az əvvəl möhtəşəm bir yerə getdik və oranın da Cənnət olduğunu söylədilər..."

Baba "Rəngarəng çiçəklərlə bəzəkli qızıl qapılı yermi?" -sordu. "Amma ora Cəhənnəmdir!"

Adam çaşmışdı:

"Yaxşı bəs orada sizin adınızdan istifadə edərək insanları aldadırlar deyə heç əsəbiləşmirsiniz?"

Baba gülümsədi:

"Əsəbiləşmirik, çünki onlar öz mənfəəti üçün ən yaxşı yoldaşını yarı yolda buraxanları Cənnətdən uzaqlaşdırırlar."




Yükləyib: Administrator2010-Fevral-20 Çap Etmək
Şərhlərin sayı: 1
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! 1 Like!
Heqiqetende indi ele insanlar var ki,oz menfeeti uchun neinki dostunu hetta ailesini atib gedir
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Bizim yeni dizaynımız sizcə necədir?
  
  

Səs verib: 505-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 3
Qonaq: 3
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar