Dünyanın 10 ekoloji cəhənnəmi Dünyanın 10 ekoloji cəhənnəmi
Dünyanın 10 ekoloji cəhənnəmi
6
Dünən google-da təsadüfən rastlaşdığım(əslində ekoloji xəritə axtarırdım) bir səhifəni açdım. Dünyanın ekoloji vəziyyəti kritik olan regionları haqqında qısa məlumat verilirdi. TIME jurnalında çap edilmiş bu məqaləni üzülərək oxuyarkən rastlaşdığım bir məqama isə əvvəlcə inanmadım, bir az araşdırdıqdan sonra isə inanmaq məcburiyyətində qaldım. Hələlik bu "məqam"ın nə olduğunu açıqlamayacağam (məqaləmi oxuyarkən özünüzün də mənim keçirdiyim hissləri keçirəcəyinizi düşündüyüm üçün açıqlamayacağam). TIME jurnalından olan bu məqalə "The World’s Most Polluted Places (Dünyanın Ən Kirli Yerləri)" adlanır və regionlar ABŞ-ın məşhur "The Blacksmith Institute" QHT-si tərəfindən hər il yenidən siyahılanır. İndi yığcam şəkildə bu regionları tanıtmağa çalışacağam. Aşağıda, regionun adını və region haqda qısa məlumat verəcəyəm.


1-Linfen, Çin

Kirlənməyə məruz qalmış insanların sayı: 3,000,000

Kirlənmənin növü: Kömür və partikullar

Kirlənmənin mənbəyi: Avtomobil və sənaye qazları(emissiyaları)

Çinin bu daxili Shanxi əyalətində, atmosfer yanmış kömürün təsiri nəricəsində elə dərəcədə kirlənmişdir ki, yuyulmuş paltarlar qurumadan öncə…qaralır. Çinin Təbiət Mühafizə Agentliyinin illik hesabatlarına görə də bu region Çinin ən kirli regionudur. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Dünya Bankının məlumatlarına əsasən dünyanın ən kirli 20 şəhərindən 16-sı Çindədir.


2-Tianying, Çin

Kirlənməyə məruz qalmış insanların sayı: 140,000

Kirlənmənin növü: Qurğuşun və başqa ağır metallar

Kirlənmənin mənbəyi: Mədən sənayesi və emal

Çinin şimal şərqində yerləşən Tianying yüksək sənayeləşmiş bir şəhər olaraq Çinin qurğuşun istehsalının yarısını təşkil etməkdədir. Artıq çox köhnəlmiş və illərlə tənzimlənməyən istehsal texnologiyası nəticəsində toksiki metal Tianyingin torpağına və suyuna, oradan isə şəhər sakinlərinin qanına keçir. Bu isə, ilkin mərhələdə həmin insanların IQ-sünü aşağı salır. Nümunə olaraq bir faktı göstəmək olar ki, Tianyingdə yetişdirilən taxıl məhsullarındakı qurğuşun səviyyəsi Çin standartlarından(yeyinti məhsullarının tərkibinə dair standartlar-red.) 24 dəfə çoxdur.


3-Sukinda, Hindistan

Kirlənməyə məruz qalmış insanların sayı: 2,600,000

Kirlənmənin növü: Hexavalent xrom və başqa metallar

Kirlənmənin mənbəyi: Xromit mədənləri ve emal

Hexavalent(altı valentli) xromun nə olduğunu öyrənmək istəyirsinizsə Erin Brockovich filmi bu mövzuda işinizə yarayar. Çox iyrənc qoxusu olan bu maddə paslanmaz polad istehsalında və dəri cilalamada istifadə olunur. Bu maddə nəfəsə gedərsə və yaxud udularsa, xərçəng xəstəliyinə tutulmaq ehtimalı çox yüksəkdir. Dünyanın ən zəngin açıq xromit mədənlərinə malik olan Sukindada içməli suyun tərkibində dünya standartlarının iki mislindən daha yükək miqdarda hexavalent xrom mövcuddur. Hindistanda fəaliyyət göstərən səhiyyə təşkilatlarının verdiyi hesabatlara görə dağ-mədən ərazilərində baş verən ölümlərin 84.75 faizi xromit ilə əlaqədar xəstəliklər ucbatındandır. Bu isə həmin mədənlərdə işləyənlərin heç bir qoruyucu ilə təmin edilməməsi və təhlükəsizlik normalarının təmamilə mövcud olmamasıyla əlaqədardır. Çox acınacaqlıdır ki, Sukindada bu günə qədər heç bir təmizləmə və ya yenidənqurma işləri aparılmamışdır.


4-Vapi, Hindistan

Kirlənməyə məruz qalmış insanların sayı: 71,000

Kirlənmənin növü: Çoxsaylı kimyəvi preparatlar və ağır metallar

Kirlənmənin mənbəyi: Sənaye zolağı

Qeyd etmək lazımdır ki Hindistan ekoloji cəhətdən Çindən daha təmizdir amma buna səbəb Hindistanın daha yavaş inkişaf etməsidir. Bu fikrin Vapi ilə çox da əlaqəsi yoxdur fikrimcə. Çunki, Hindistanın cənubunda 400 km-lik bir sənaye zolağında yerləşən Vapi "var gücü” ilə inkişaf edir. Vapi sakinləri üçün isə bu inkişafın "mükafatı” heç də ürəkaçan deyil: belə ki, içməli suyun tərkibindəki merkurinin miqdarı DST(Dünya Sağlamlıq Təşkilatı) standartlarının 96 mislidir. The Blacksmith Institute-un illik hesabat mətnində Vapinin vəziyyəti "bu bir bəladır” sözləri ilə yekunlaşır.


5-La Oroya, Peru

Kirlənməyə məruz qalmış insanların sayı: 35,000

Kirlənmənin növü: Qurğuşun, mis, sink və kükürd dioksid

Kirlənmənin mənbəyi: Ağır metal emalatı və dağ-mədən sənayesi

The Blacsmith Institute-un hesabatlarında qurğuşunun toksiki maddə olaraq çox tez-tez qarşımıza çıxmasının səbəbi, bu maddənin xüsusilə azyaşlılara göstərdiyi ölümcül təsiridir. Peru Andlarında yerləşən La Oroyadakı uşaqların 99%-ində, 1922-ci ildən bəri ərazidə fəaliyyət göstərən Amerikan metaləridən qurğuları sayəsində, qan səviyyələri qəbul olunmuş standartlardan çox çox yüksəkdir. Belə ki, DST-nin 1999-cu il hesabatına görə buradakı uşaqların qanında qurğuşunun səviyyəsi normal insan göstəricilərinin 3 qatıdır. 1922-ci ildən günümüzə qədər La Oroyadakı zavodların toksiki tullantılarını bir qədər azaltmasına baxmayaraq, bu ərazinin torpaq və suyunda toksiki maddələrin mövcudluğu hələ bir neçə on illik də davam edəcək. İstehsalatın dayandırılmadığını(və ya yaxın illərdə müasir texnologiyaya keçilməyəcəyini) və La Oroya üçün heç bir "xilas etmə” planı olmadığını nəzərə aldıqda, buranın sakinlərinin atacağı ən ideal addımın La Oroyanı tərk etmək olacağı qənaətinə gəlmək olar. Bu isə, fikrimcə, keçən semestr aldığım bir dərsdə də adından çox tez-tez bəhs ettiyimiz "ilk məcburi təbiət köçkünləri” konseptinin ortaya çıxmasına səbəb olacaqdır.


6-Dzerjinsk (Дзержинск), Rusiya

Kirlənməyə məruz qalmış insanların sayı: 300,000

Kirlənmənin növü: Kimyəvi preparatlar, sarin və VX qazları

Kirlənmənin mənbəyi: Soyuq Müharibə erasında silah istehsalatı

Soyuq Müharibə illərindəki silah sənayesinin izləri keçmiş Sovet İttifaqı ərazisindən tədricən silinib yox olduğu bir dövrdə Dzerjinsk istisna təşkil etməkdədir. Bu şəhərin ekoloji agentliyinin hesablamalarına görə 1930-1998-ci illər arasında 300,000-dən çox toksiki maddə Dzerjinskdə tullantı halında toplanmışdır. Şəhərin suyunda fenol və dioksinin səviyyəsi normal standartlardan 17 milyon dəfə çoxdur. Ginnesin Rekordlar Kitabı-na "planetin kimyəvi tullantı miqdarına görə ən kirli şəhəri” olaraq düşən Dzerjinsk şəhərində ölüm faizi doğum faizindən 260% yüksəkdir.


7-Norilsk (Норильск), Rusiya

Kirlənməyə məruz qalmış insanların sayı: 134,000

Kirlənmənin növü: Havanın çirklənməsi-makrohissəciklər, kükürd dioksid, ağır metallar, fenollar

Kirlənmənin mənbəyi: Əsas nikel və metal emalatı

Norilskin təməli 1935-ci ildə Sibirdə planlaşdırılan sənaye şəhərini qurmaq ideası ilə atılmışdır. Bugün dünyanın ən geniş ağır metal əritmə kompleksinə sahib Norilskdə hər il 4 milyon tondan çox kadmium, mis, qurğuşun, nikel, arsen, selen və sink atmosferə buraxılır. Atmosfer nümunələri göstərir ki, havadakı mis və nikel miqdarı standartlardan dəfələrlə artıqdır. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, buradakı nikel emalı zavodundan bütün istiqamətlərdə 48 km-ə qədər nə bir ağac, nə də bir kol mövcuddur.



8-Çernobl, Ukrayna


Kirlənməyə məruz qalmış insanların sayı: İlkin hesablamalara görə 5,000,000, amma günümüzdə bu rəqəm mübahisəlidir

Kirlənmənin növü: Radiasiya

Kirlənmənin mənbəyi: Nüvə əriməsi

Əgər blogumu təqib edirsinizsə Çernobl haqqında yazdığım məqalədə kifayət qədər məlumat verildiyini bilirsiniz. Amma yenə də qisaca məlumat verəcəyəm. 26 aprel, 1986-cı ildə Çernobl AES-in dördüncü reaktorunda baş vermiş partlayış nəticəsində atmosferə Herosima və Naqasakiyə atılan atom bombasının buraxdığının 100 misli qədər radiasiya buraxııldı. Bugun də mərkəzində stansiyanın yerləşdiyi 30-km radiuslu dairə daxilində məskunlaşma yoxdur (ingiliscə daha vahiməli səslənir: "population zero” territory). 1992-2002 illəri arasında Çernobla yaxın ərazilərdə məskunlaşan 4,000-dən çox insanda tiroid (qalxanvari vəz) xərçənginə rastlanmışdır və bu rəqəm artmaqdadır. Bunlardan əlavə Ukraynaya qonşu olan ölkələrdə də xərçəng xəstələrinin sayı kəskin surətdə artmışdır. Buna misal olaraq Türkiyənin Qara dəniz bölgəsindəki ölüm faizinin ÇAES-dəki partlayışdan sonra artışını göstərmək olar.



9-Sumqayıt, Azərbaycan


Kirlənməyə məruz qalmış insanların sayı: 290,000

Kirlənmənin növü: Kimyəvi maddələr və ağır metallar

Kirlənmənin mənbəyi: Neft kimyəvi tullantıları və ağır sənaye

Yeni salındığında "Gənclik şəhəri” deyirdilər Sumqayıta. Səbəbi isə şəhəri salanların da, ilk sakinlərinin də gənclər olması idi. Kim bilir bu gənclər nə ümidlərlə bu şəhərə gəlmişdilər. Əslində şəhərin adına sadəcə "gənclik şəhəri” deyil, müxtəlif illərdə buraya sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri və s. adlar da qoyulurdu. Amma çox təəssüflər olsun ki, SSRİ-nin "kimyəvi paytaxt”ı olan bu Sumqayıtın əsil adı tək və dəyişməz idi (o zamanlar heç kim bunu ağzına gətirmək istəməsə də ölüm statistikası bunu təsdiqləyir): "Ölüm Şəhəri”. Stalin bir dəfə Sumqayıt şəhəri ilə öyünmüş və "biz bu şəhərlə təbiətin səhvlərini düzəldəcəyik” demişdir. Belə ki, Sumqayıt zavodları var gücüylə işlədiyi dövrdə atmosferi hər il 120,000 ton toksiki maddə ilə çirkləndirirdi. Ən acınacaqlısı budur ki, Nazirlər Sovetinin 18 İyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda bütün növ kimyəvi müəssisələrin tikilməsinin qadağan edilməsinə baxmayaraq burada 1991-ci ildən bəri "Sintezkauçuk” birliyində "EP-300”, "Üzvisintez” birliyində "Polimer-120” və başqa müəssisələr tikilmiş və istifadəyə verilmişdir. Hal hazırda orta hesabla hər il havaya 96,5 min ton toksiki maddələr buraxılır. Sumqayıt haqqında geniş bir entry hazırlamağı planlaşdırıram. Növbəti dəfə Azərbaycana gedəndə fotoapparatımı yanıma alıb Sumqayıta gedəcəyəm.



10-Kabwe, Zambiya


Kirlənməyə məruz qalmış insanların sayı: 255,000

Kirlənmənin növü: Qurğuşun və kadmium

Kirlənmənin mənbəyi: Qurğuşun emalı kompleksləri

1902-ci ildə Kabwedə zəngin qurğuşun yataqları kəşf edildiyində Zambiya(o zamanlar adı Şımali Rodeziya idi-red.) İngiltərənin koloniyası idi və bu maddə emal edilərkən yerli əhaliyə göstərə biləcəyi zərərli təsiri nəzərə alınmamışdı. Çox təəssüf ki, o günlərdən bu günə qədər Kabwenin ekoloji vəziyyəti yaxşılaşmamışdır. Düzdür, buradakı qurğuşun fabriki çoxdan bağlanıb, amma torpaqda və suda qurğuşunun miqdarı astronomikdir. Uşaqların orqanizmindəki qurğuşunun səviyyəsi ABŞ səviyyəsinin 10 mislidir. Sonda The Blacksmith İnstitute-un prezidenti Fullerin Kabwe haqqındakı fikrini paylaşmaq yerinə düşərdi: "Biz buradakı uşaqlardan bəzilərində qan testi ettik və məcazi mənada maşınlarımız xarab oldu”.

Sonda bir neçə cümlə demək istəyirəm. Ən əsası bu məqalələr həqiqətdir və bu regionlar həqiqətən mövcuddur. Bəlkə də bu məqaləmi oxuyanların arasında elə bu dəqiqə Sumqayıtda olanlar var. Burada məqsədim pessimist fikirlərlə insanları depressiyaya salmaq deyil. Əgər bir deyil daha çox planetimiz olsaydı daha optimist yazardım. Amma indilik sadəcə təhlükənin fərqinə varmağımız üçün belə yazılara ehtiyacımız olduğunu düşünürəm. Əlimizdən gələni "artıq çox gec” olmadan etməyin ARTIQ vaxtıdır.




Yükləyib: ADMIN2010-Aprel-06 Çap Etmək
Şərhlərin sayı: 5
Yazıb: Tapdiq #5 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
Hindistan əsilli bir amerikalının tədqiqatına görə Bakı şəhəri dünyanın ən çirkli 2-ci şəhəridir.100 % reallığı əks etdirməsədə,hər halda həqiqət var.Neft-qaz quyularının sürətli istismarı,şəhərdə hündürmərtəbəli(navastroyka) binaların çox sayda,yerli-yersiz tikilməsi,yaşıllıqların qırılması və s. buna bariz nümunədir.
P.S. Vallah bu nöyütdən bizə bir şey olmayacağ,bizə qalan bu şor olacağ,şor.Şor deyil e,baldı,bal...
Söylü: Moşu,eqalogiya budu???
Yazıb: Moonlight #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
OF,BELE SHEYLER MENI SARSIDIR:((
Yazıb: Pis_Oglan #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
maraqlidi tesekkurler.... nese etsek demirem amma nese etmeye ceht etmeye cehd etsek yaxsi olar..
Yazıb: angelka #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
tewekurller maraqli idi ama ekologiya cirklene cirlene bizler uje ucuruma gedirik )))))))))
Yazıb: wry_yikda #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
vay ben senin .......
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
SIZ BIZIM UNIVERSITETDƏ TƏHSIL ALMAG ISTƏRDINIZMI?
  
  

Səs verib: 590-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar