Mətbəxdə elə də böyük iddiaları yoxdur. Şəraitə, əhvalına uyğun olaraq, hərdən əlindən gözəl yeməklər çıxır. Amma dediyimiz kimi, hərdən... Konsertdən, televiziya proqramlarından, səsyazma studiyalarından vaxt tapanda onu da əynində döşlüklə qazanlar arasında vurnuxan görmək olar. Çox hallarda mətbəxlə “dialoqu” yaş yarımlıq qızı Burlanın şorbasını, püresini hazırlayanda baş tutur. Bax, bu məsələdə super iddialıdır... Tanınmış müğənni, “W Trio”nun keçmiş solisti Elnarə ilə “Mətbəx”in altını-üstünə çevirdik. Söhbətə qızından başlayıb, qayınanasında, qayınananasının qayınanasında qurtardı. Sonra keçdik bişirdiyi yeməklərə, ərinə, özünü nə dərəcədə ideal ev xanımı saymasına. Bir sözlə, tam bir mətbəx söhbəti... - Çünki təkcə kişilərin yox, elə qadınların ürəyinə də yol mədədən keçir. Mən dadlı, yaxşı yeməyi çox sevirəm. Açığı, həm yemək bişirmək, həm də onu yemək üçün mətbəxə çox az-az girirəm. Çünki evdə çox az tapılıram. Əsas etibarilə yeməyimi bayırda yeyirəm. Yemək bişirməyə uşaq vaxtlarından başlamışam. Çünki məndən 6 yaş kiçik bacım və 8 yaş kiçik qardaşım olub. Onları demək olar ki, mən böyütmüşəm. Yadıma gəlir ki, 3-4-cü sinifdə oxuyanda onların yeməyini özüm bişirərdim. Sadə yeməklər olardı: kartof, yumurta, kotlet, makaron... - Bəs son dəfə mətbəxə nə vaxt girmisiniz? Və nə bişirmisiniz? - Son dəfə... (düşünür) Nə vaxt olardı, ay Allah? Yəqin ki, bir həftə bundan qabaq idi, qızıma şorba bişirirdim. Çox vaxt qayınanam bişirir. Amma bir də görürsən, evim, uşağım, mətbəxim üçün elə darıxıram ki, deyirəm, bu gün yeməyi özüm bişirəcəm. 5 ballıq şkala ilə qiymət verməli olsanız, aşpaz kimi özünüzə neçə verərdiniz? - 3 verərəm özümə. Çünki hər sahədə olduğu kimi, mətbəxdə də huşsuzam və ömrüm boyu bunun altını çəkmişəm. Məsələn, dəm çaynikini qoymuşam, qaynayıb. Hələ evdə olanda atam zarafatla deyərdi ki, dəmin içinə noxud, ət də at, qoy küftə-bozbaş hazırlansın. Elə indi də belə olur. Südü qoyuram qazın üstünə, qaynayır, daşır, iy bürüyür hər tərəfi. Ona görə də yaxşı aşpazlığın ilk düsturu yaxşı yaddaşın olmasıdır. - Əhval-ruhiyyə yeməyin dadına mütləq təsir göstərir. Bunu mən demirəm. NTV kanalında bu barədə hazırlanan sənədli filmlərə baxmışam və bu barədə oxumuşam. Əslində hər şey suyun molekulyar formulası ilə bağlıdır. Su özündə çox böyük miqdarda informasiya ehtiva etmək qabiliyyətindədir. Yəni özünə həm müsbət, həm mənfi informasiyanı götürə bilir. Mən o verilişə qulaq asanda başa düşdüm ki, nəyə görə səfərə gedənin dalınca su atırlar, pis yuxunu suya danışır, qüsulu suyla alırıq və sair. Xristianların da suyla bağlı adətləri var. Məsələn, İsanın dənizin üstündə yeriməsi kimi. Əslində laborator üsulla H2O-nu alanda sübut ediblər ki, bir litr su öz üzərində 900 kq ağırlıq saxlaya bilir. Bu o deməkdir ki, İsa Peyğəmbər suya o qədər güc verib ki, dəniz suyu təmiz H2H-dan ibarət olub, bu, ona suyun üstündə addımlamağa imkan yaradıb. Yəni dediyim odu ki, xörəyin üçdə iki hissəsini su təşkil edir. Ona görə də çaydanı qaynamağa qoyanda onun üzünə gülür, yaxşı sözlər deyirəm. Mətbəxdəki qrafində su qalıbsa, onun yanında söyüş söymək, pis emosiya vermək və sonra onu içmək pisdir, xəstəlik yaradar. - Mətbəxdəki ilk “ÇP”nizi xatırlayırsınız? - Çay qaynatmaq, südü daşırmaq, yeməyin dibini yandırmaq kimi o qədər “ÇP”lərim olub ki. (gülür) Sadalamaqla qurtaran deyil. Yeməklə bağlı verilişlərə evdə olanda çox baxıram. Qayınanamla birgə otururuq ekranın qabağında və hər gördüyümüz yeni yeməklərin reseptini yazırıq. Bir də görürsən, səhər dururam ki, bu gün televiziyada gördüyüm filan yeməyi bişirəcəm. Bəzən alınır, bəzənsə yox... - Alınmayanda nə edirsiz? Bəzi təcrübəli ev xanımları kimi, “qazın üstündən birbaşa zibil yeşiyinə” prinsipi tətbiq olunur? - (gülür) Yox, heç elə şey olar? Dadına baxmasaq, atmağımız mümkün deyil. Bir dəfə baldızımgildə meyvəli keks hazırlamışdım. Onların sobası yaxşı bişirirdi deyə, çox gözəl alınmışdı. Eyni reseptlə keksi evdə hazırladım. Həm sobanın temperaturunu ayarlaya bilmədiyimdən keksin xəmiri qalxmadı, həm də duzunu çox atmışdım deyə zəhər-zəqqum bir şey çıxdı ortaya. Hərəmiz bir qaşıq yeyib, sonra atdıq toyuq-cücəyə. Mənim bu məsələdə kompleksim yoxdu. Alınmır alınmasın, burda nə var ki? Az adam tapılar ki, desin, mətbəxdə idealam, hər işin öhdəsindənsə əla gəlirəm. Mətbəxdə mühafizəkarsınız... Yəni yad ölkələrin yeməklərinə çox kiçik pəncərə açırsınız, düzdü? - Bəli. Bax mühafizəkarlıqdan söz düşmüşkən, deyim ki, biz qayınanamgillə birgə yaşayırıq. Həmişə elə hesab edirəm ki, mətbəxdə bir qadın yerləşməlidir. Əgər qayınanam mətbəxə girib bişirməyə başladısa, mən ona ancaq yardım edə bilərəm. Tutaq ki, hansısa qazanın qapığını gətirə, göyərtini doğraya bilərəm. Eləcə də mətbəxdə mən nəsə hazırlayanda kiminsə mənim başım üstündə dayanmasını istəmirəm. Qoy lap alınmasın, axı bu əl işidir. Dünya dağılmaz ki? Təbii ki, 30 il mətbəx təcrübəsi olan qadınla mənim işim arasında yerlə-göy qədər fərq olmalıdır. İndiyə qədər də mən anamın xörəkləri, əlinin dadı üçün darıxıram. Amma mənim qayınanam da çox dadlı bişirir. O olmasa, biz batarıq. Evə gəlirik, yemək-içməyimiz hazır olur. - Mətbəxinizdə nəyə “yox” deyirsiniz? - Biz hamımız ailəlikcə qurmanıq. Məsələn, qayınanam namaz qılır və donuz əti yemir. Amma mən də, yoldaşım Rövşən də sosiska, sardelka sevirik. Elə qızım da sosiska görəndə elə bil ata-anasını görür. (gülür) Elə yemək yoxdur ki, ona “yox” deyək. Sadəcə, hər yeməyin öz mövsümü var.
Dediyinə görə, mətbəx ona hamıya olduğu qədər yaxındır. Nə bir addım artıq, nə bir addım əskik...
Amma hansısa işə həvəslə yanaşanda, ürəyim istəyəndə, boş olanda qollarımı çırmayıb, çox gözəl tort hazırlaya, dadlı plov süzə, toyuq ləvəngisi bişirə bilərəm. Bu ərəfədə gərək mənə dəyib-dolaşan olmasın. Ərzağımı yığsınlar gözümün qabağına, musiqiyə qulaq asa-asa onu həvəslə bişirim. Nə olmasından asılı olmayaraq, mən bütün işləri sevə-sevə görməyə çalışıram. Ola bilər, bir evi 8 saata yığışdırım. Halbuki orda yarım saatlıq iş yoxdur. Amma elə ürəklə edirəm ki, nəticədən hamı razı qalır.Həvəssiz, əhvalsız bişirdiyiniz yeməklər dadlı alınırmı?
Şərhlərin sayı: 3 | |
Yazıb: Moonlight #3
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
twk
Yazıb: Pis_Oglan #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Yazıb: angelka #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
zeynal4ik maraqlidi eziyete gore sagol ......... duzunu desem bu mugennilerin heyati hemiwe maraqsiz gelir neyniyirler ne biwirirler ......))))))))
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|