Etiraz Aksiyası Etiraz Aksiyası
Etiraz Aksiyası
4


Müsəlman tələbələr ibadət azadlıqları təmin edilmədiyi üçün universitet rəhbərliyinə maraqlı şəkildə etirazı davam edir.

Belə ki, artıq 6 həftədir ki, tələbələr Universitet rəhbərliyinə etiraz əlaməti olaraq namazı universitetin bağçasında qılır. 


Telebe.Az-ın Dünya mətbuatına istinadən verdiyi məlumata əsasən, Londonun Siti (City) Universitetinin müsəlman tələbələri universitet tərəfindən onlara namaz qılmaları üçün ayrılan otağın irqçilər tərəfindən hücuma məruz qalması səbəbilə bağlanmasına və sonradan onlara ehtiyaclarını qarşılamayan bir otaq verilməsinə etiraz əlaməti olaraq universitetin bağçasında namaz qılırlar. Müxtəlif etnik və dini nümayəndələrdən ibarət tələbələr qrupu günlərlə ingilis tələbələr və xalqın çaşqın baxışları altında dini öhdəliklərini yerinə yetirirlər.
Universitetin iqtisadiyyat fakültəsinin tələbəsi İmran Nazir (22 yaş) məsələylə bağlı açıqlamasında " 6 həftədir yağışda və küləkdə küçədə namaz qılırıq. Bu bizim dinimizdir və borcumuzu yerinə yetiririk. Noyabr ayında baş vermiş hadisələrlə əlaqədar universitetin bizə otaq ayırmaması həqiqətən üzücüdür və biz ehtiyacımızı ödəyəcək otaq verilməyincə məktəbin önündə namaz qılmağa davam edəcəyik” deyərək, öz fikirlərini bildirib. 


Beynəlxalq Əlaqələr fakültəsinin tələbəsi Rəşid Ansan isə "Universitet hər dinə, inanca açıq olmalıdır. Biz düşüncə və inanclarımızı müzakirə etməliyik və ifadə azadlığımız olmalıdır. Bizim istədiyimiz inancımıza, dinimizə normal münasibət göstərilməsidir”- deyib. 


Londonda fəaliyyət göstərən İslam Dərnəyinin Başçısı Saleh Patel isə "Müsəlman tələbələrə bir otaq verilməməsi və ayrıseçkilik salınmasını böyük haqsızlıq adlandırıb. Bunların hamısı İslamafobiadan qaynaqlanır. Bu qorxu üzündən bizlər haqlarımızı ala bilmirik və haqqımızı alanadək bu etiraz davam edəcək” kimi açıqlama verib.
Universitetin mövqeyindən çıxış edən City Universitetinin Rektor yardımçısı Professor Julius Weinberg, "Noyabrda baş vermiş hadisələr səbəbilə tələbələr üçün ayrılmış otağı təhlükəsizliyi təmin etmək məqsədilə bağlamaq məcburiyyətində qaldıq və tələbələr üçün başqa dinlərə mənsub insanların da istifadə edə biləcəyi bir otaq verdik. Ancaq tələbələr bunu qəbul etmir və başqa dindən olan ibadətçilərlə eyni otağı payla.maq istəmirlər. Bura bir təhsil ocağıdır və bizim əsas məqsədimiz bütün tələbələrə bərabər səviyyədə təhsil verməkdir. Yalnız müsəlman tələbələr üçün xüsusi bir otaq ayırmamız digər tələbələrə qarşı haqsızlıq olar” deyərək, universitetin mövqeyini müdafiə edib.

Aytən Güləliyeva
/Telebe.Az/



Yükləyib: ADMIN2010-Aprel-05 Çap Etmək
Şərhlərin sayı: 4
Yazıb: CHARMING #4 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
super dedin eee
Yazıb: Pis_Oglan #3 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
bizim universitetde de namaz qilmaga otaq ayrilsa yaxsi olar..
Yazıb: iLLeGaL #2 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
He DuZDu YoXDu oLSa eLa oLaRDi...................
Yazıb: Moonlight #1 - qeydiyyatdan keçin ki səs verə biləsiniz! Like or Dislike?
hec bizim univerde de namaz qilmaga serait yoxdu
Əziz Qonağ əgər fikirlərinizi bizimlə bölüşdürmək istəyirsinizsə Login və Şifrənizi sayta daxil ediniz. Əgər qeydiyyatınız yoxdursa lütfən qeydiyyatdan keçin! Sizin şərhləri gözləyirik.
Oxşar xəbər başlıqları
Ani Axtarış

Əgər axtarışınız bir nəticə vermədisə - Geniş axtarışı - yoxlayın!
Bir az Sualımızda...
  
Hansı universitetdə təhsil almaq istərdiniz?
  
  

Səs verib: 1020-nəfər!  
  
Şəxsi Kabinet
Ən son şərhlər və birinci 8-lik

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr61 2016-Oktyabr-16 | 22:58

men tövsiyə edirem https://www.penpaland.com dil mübadilə əsaslı vebsayt
Android:http://app.appsgeyser.com/Penpaland
аватар отсутствует ahmetbr 2016-May-11 | 08:24

аватар отсутствует nurayka 2015-Aprel-06 | 18:18

аватар отсутствует kələ 2013-Noyabr-15 | 21:58

1 Administrator
ADMİN
Cinsi: Kişi

2 ADMIN
ADMİN
Cinsi: Kişi

3 wry_yikda
Active Istifadeci
Cinsi: Kişi

4 KayFAriK
İstifadəçİ
Cinsi: Kişi

5 Fatishka
V.i.P
Cinsi: Qadın

6 Moonlight
Xəbər və Sual-Cavab Admini
Cinsi: Qadın

7 AGILLI_DELI
MoDeR
Cinsi: Kişi

8 Tapdiq
pRoFi
Cinsi: Kişi

Biz Sosial şəbəkələrdə

Statistika və dost saytlar


Saytda cəmi: 1
Qonaq: 1
İstifadəçiər: 0
İstifadəçilər
Qonaqlar