Bir müddət əvvəl Buta Palace-da təşkil olunan Milli seçim turunun final konserti başa çatıb. İtv.az xəbər verir ki, münsiflərin qərarı ilə bu il Eurovision-2010 Mahnı müsabiqəsində ölkəmizi Səfurə Əlizadə təmsil edəcək.
İctimai Teleradionun təşkilatı, Gənclər və idman nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan möhtəşəm şou öz gözəlliyi və gözlənilməz nəticə ilə yadda qaldı.
Hər 3 namizədin çıxışlarından sonra münsiflər heyyəti səsvermə üçün zalı tərk etdilər. Onu da qeyd edək ki, əvvəlcədən planlaşdırıldığı 15 dəqiqə yerinə münsiflər 40 dəqiqədən çox öz seçimini edə bilmirdi. Nəhayət, yekun nəticəni və ölkəmizin yarışmada builki təmsilçinin adını açıqlamaq üçün səhnəyə Azərbaycan nümayəndə heyyətinin rəhbəri Adil Kərimli çıxdı. Məhz o Səfurə Əlizadənin qalib olduğunu elan etdi. Onu da qeyd edək ki, zalda "Milk&Kisses” və Məryam Şabanovanın pərəstişkarlarının daha çox olması tamaşaçılar Səfurənin qalib olma xəbərini xüsusi soyuqluqla qarşıladılar.
Xatırladaq ki, gecədə Gürcüstanın Eurovision 2010-dakı təmsilçisi Sofia Nijaradze və Rusiyanın "Fabrika zvezd” layihəsinin iştirakçısı Dakota qonaq qismində çıxış ediblər.
Biz də öz növbəmizdə Səfurəni təbrik edir, ona bu çətin yolda uğurlar arzu edirik!!!
Şərhlərin sayı: 2 | |
Yazıb: Moonlight #2
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Cox qeribedir ki,2il ardicil olaraq potensialli ifacilarin temsil etdiyi olke bu il musabiqeye bele zeif 1 mugenni gonderir.Bele getse hec ilk 10luqda yer ala bilmeyeceyik
Yazıb: Pis_Oglan #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
Yaxsi olar.......
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|