Filologiya elmləri doktoru Fəxrəddin Yadigar oğlu Veysəllinin monoqrafiyaları, tərcümələri və dərslikləri
F.Y.Veysəlov(Veysəlli) Alman dilinin fonetikası. Bakı, "Maarif”, 1980, 192 s.
Kitabda alman dilinin fonetik quruluşu və fonoloji sistemi geniş dil materialı əsasında araşdırılır, yeri gəldikcə Azərbaycan dililə müqayisə aparılır.
F.Y.Veysəlov (Veysəlli) və b. Ekperimental fonetika. I cild, Bakı, ADU, 1980, 84 s., II cild, Bakı,1981, 100 s.
Bu ikicildlikdə dilin səslərinin tərkibinin tədqiq etmək üçün istifadə olunan ən müasir metodlardan bəhs olunur, Azərbaycan dilinin fonetik quruluşu çoxsaylı nümunələr əsasında tədqiq edilir.
F.Yadigar (Veysəlli). Dilimiz, qeyrətimiz, qayğılarımız. Bakı, "Maarif”, 1993, 173 s.
Kitabda müəllifin ana dililə bağlı problemlər, xarici dil və ona yiyələnməkdə ana dilinin rolu, bugünkü gəncliyimizin dilimizə münasibəti və s. barədə son illərdə qələmə aldığı publisistik yazıları toplanmışdır.
F.Yadigar (Veysəlli). Fonetika və fonologiya məsələləri. Bakı "Maarif”,1993, 191 s.
Əsərdə dilin fonetik qurumu və fonoloji sistemi müxtəlif dillərin materialı əsasında ardıcıl şəkildə geniş şərh olunur. Müəllif qaldırılan məsələlər barədə prinsipial mövqeyini bildirir, fikir və mülahizələrini sübut etmək üçün öz tədqiqatlarına və ədəbiyyatda mövcud olan elmi dəlillərə əsaslanır. Kitab əsasən filoloqlar üçün nəzərdə tutulsa da ondan dil və ədəbiyyat müəllimləri, aspirant və dissertantlar, filoloji fakültələrin tələbələri, habelə dilçiliklə maraqlananlar da faydalana bilərlər.
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. I Bakı, "Təhsil”, 2005, 342 s. F.Yadigar (Veysəlli). German dilçiliyinə giriş. Bakı, "Təhsil”, 2-ci, yenidən işlənmiş və genişləndirilmiş nəşri. 2003, 408 s.
Bu kitabda german dilçiliyinin sistem və struktur xüsusiyyətləri müasir dilçilik və çağdaş germanistika baxımından şərh edilir. Kitabda müəllif bu sahədə son illərin nəşrlərini təhlil etməklə elmi-ədəbiyyata öz tənqidi münasibətini bildirir, german dillərinin aktual problemlərini qabarıq şəkildə göstərməyə nail olur. Dərslik giriş və səkkiz fəsildən ibarətdir. İlk iki fəsildə fənnin obyekti, predmeti, tədqiqat metodları və onların dilçi kadrların hazırlanmasında əhəmiyyətindən danışılır. Digər altı fəsildə isə german dillərinin sistemlərinin iç xüsusiyyətləri konkret dil materialları əsasında geniş və əhatəli şərh olunur. Səkkizinci fəsildə Azərbaycanda german dillərinin öyrənilməsi tarixinə dair qısa məlumat verilir.
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. I Bakı, "Təhsil”, 2005, 342 s.
Kitabda struktur dilçiliyin yaranması, inkişafı və əsas məziyyətləri geniş açıqlanır, dünya dilçiliyində strukturalizmin mövcüd cərəyanları təqdim olunur, dil, yazı və əlaqələri araşdırılır, çağdaş dilçiliyin yaranıb təşəkkül tapmasında mühüm rol oynayan İ.A.Boduen de Kurtenenin nəzəriyyəsinin əsas qaynaqları və mənbələri açılıb göstərilir, müxtəlif fonoloji məktəblər təhlil edilir son illərin əsas nailiyyəti sayılan generativ fonologiya və onun yaradıcısı N.Xomskiyə kitabda xüsusi bir fəsil ayrılmışdır.
F.Yadigar(Veysəlli). Dil, cəmiyyət və siyasət. Bakı, "Mütərcim”, 2004, 350 s.
Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı yazıları, məqalələri və yol qeydləri toplanmışdır. Burada müəllif dil, cəmiyyət və siyasətlə bağlı fikir və mülahizələrini şərh edir və ətrafda baş verən hadisələrə öz münasibətini bildirir.
F.Y.Veysəlli. Dilçilik ensiklopediyası. I. Bakı, "Mütərcim”, 2006, 513 s., II, Bakı, "Mütərcim”, 2008, 526 s. Bu ikicildlikdə dilçilik terminləri rus əlifbası ilə düzülür, sonra onların alman, ingilis (transkripsiyada) və fransız dillərində ekvivalentləri verilir, yalnız bundan sonra həmin terminlərin Azərbaycan dilində qarşılıqlarının geniş linqvistik təhlili verilir.
F.Y.Veysəlli. Dil. Bakı, 2007, "Təhsil”, 291 s.
Kitabda dilin əsas məziyyətləri şərh olunur, ünsiyyət modelinin komponentləri açıqlanır. Dünyanın dil mənzərəsi və süni dillər haqqında geniş məlumat verilir, dilin işarəviliyi və sistemliliyi əsərdə öz əksini tapır. Bundan başqa əsərdə dil və kibernetika, dil və mədəniyyət, dil və cəmiyyət kimi məsələlərə də aydınlıq gətirilir. Kitabda dilin daxili struktur xüsusiyyətlərinin təhlilinə üç fəsil həsr edilmişdir. Kitabın son iki fəsli presuppozisiya və lüğətçilik məsələlərinə həsr olunmuşdur.
İnanırıq ki, bu kitab dillə maraqlanan geniş oxucu kütləsinin ciddi marağına səbəb olacaqdır.
F.Y.Veyselli. Azerbaycan türkcesi fonetiği. Ankara, 2008, 176 s. Tərcüməsi və ön söz prof.M.Musaoğlunundur.
Kitab 1993-cü ildə Bakıda "Maarif” nəşriyyatında çapdan çıxmış "Fonetika və fonologiya məsələləri” adlı əsərin Türkiyə türkcəsinə tərcüməsidir. Kitaba yazdığı "Girişdə” tərcüməçi, filol.e.d., prof M.Musaoğlu onun türkologiyaya gətirdiyi yenilikləri incələyir və Türkiyə universitetləri üçün dəyərli bir mənbə olacağını xüsusi qeyd edir.
F.Y.Veysəlli. Dil, ədəbiyyat və onların tədrisi metodikasının aktual problemləri. Bakı, 2008, 182 s.
Toplu görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin anadan olmasının 65, elmi-pedoqoji yaradıcılığının 45 illiyinə həsr edilmişdir. Topluda Respublikamızın tanınmış alimlərinin yubilyar haqqında ürək sözləri və müəllifin elmi yaradıcılığına yaxın olan mövzularla bağlı məqalələr çap olunmuşdur.
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. II. Bakı,"Mütərcim”, 2008, 307 s.
Kitabda morfemika və sintaqmatika məsələləri bir neçə dilin materialı əsasında tədqiq olunur, ayrı-ayrı dilçilik məktəblərinin əsas nəzəriyyələri açılıb göstərilir, morfem və sintaktik konstruksiyalar sahəsində son elmi araşdırmalar çoxsaylı nümunələr əsasında izah olunur. Əsərdə dünya dilçiliyinə töhvə vermiş V.fon Humboldt və N.Xomskiyə ayrıca fəsillər həsr edilmişdir.
F.Y.Veysəlli. Seçilmiş əsərlər. I cild. Bakı, "Mütərcim”, 2009, 639 s.
Bu cilddə müəllifin elmi yaradıcılığa başladığı ilk gündən son illərə qədər müxtəlif elmi-nəzəri jurnallarda çap etdirdiyi məqalələri toplanmışdır.
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. III. Bakı, "Mütərcim”, 2009, 266 s.
Kitabda semantika və praqmatikanın nəzəri və praktik problemləri, işarə-referens, propozisiya və presuppozisiya məsələləri habelə, anlam, məna və məzmun anlayışları işıqlandırılır.
F.Yadigar (Veysəlli). Mirzə Şəfi Vazeh və Fridrix fon Bodenştedt: yozmalar və faktlar. Bakı, "Təhsil”, 2010, 156 s.
Kitabda Mirzə Şəfi və Fridrix fon Bodenştedt əlaqələri geniş şərh olunur, indiyə qədər ədəbiyyatşünaslığımıza bəlli olmayan məqamlar alman mənbələri əsasında araşdırılaraq təhlil olunur.
F.Y.Veysəlli. Semiotika. Studia Philologica. İV, "Mütərcim”, 2010, 334 s.
Kitabda işarələrin mahiyyəti, növləri və funksiyaları, işarə nəzəriyyəsi və işarə sistemləri araşdırılır, onların ontogenezi və filogenezi açıqlanır, işarənin fəlsəfi baxımdan izahı verilir. İşarə ilə bağlı çoxsaylı məxəzlər kitabda geniş təhlil olunur.
Kitab dil fəlsəfəsi ilə məşğul olan, dili tədqiqat obyekti seçən mütəxəssisilər (magistr, doktorant və i.a.) üçün maraqlı mənbədir.
F.Y.Veysəlli. Diskurs təhlilinə giriş. Bakı, "Təhsil”, 2010, 155 s.
Bu kitabda diskursun geniş izahı və onun mətndən fərqi verilir, onun növləri sadalanır və konkret dil materialı əsasında diskursiv təhlil aparılır. Burada, həmçinin diskursun intonasiya və prosodiya əlamətləri də təhlil edilir.
"Azərbaycanda Xarici Dillər” jurnalı 2007-ci ildən filol.e.d., prof. F.Y.Veysəllinin şəxsi təşəbbüsü əsasında yaranmışdır. Jurnalın təsisçisi və baş redaktoru prof. F.Y.Veysəllidir. Jurnalda Azərbaycan Respublikasında xarici dillərin təlimi, tədrisi, tətbiqi və tədqiqilə bağlı məsələlər işıqlandırılır. Bundan başqa jurnalda psixoloji, sosioloji, neyroloji, kompyuter və s. dilçiliyin problemlərinə həsr olunmuş məqalələr yer alır. Jurnalın ildə 4 sayı çıxır. Toplu dilçiliyimizdə Avropa dilçiliyinə pəncərə açan ilk dilçi-germanşünas, f.e.d., prof. F.Y.Veysəllinin 60 illik yubileyinə həsr olunmuşdur. Topluda ümumi dilçilik, fonetika, fonologiya, morfologiyaya dair məqalələr, həmçinin nəzəri və tətbiqi dilçiliyin aktual problemlərinə dair biblioqrafiya verilmişdir.
1.K.Uşinski. Ana dili. "Dilimiz, qeyrətimiz və qayğılarımız”. Bakı, "Maarif”, 1993, s.154-170.
Bu əsər böyük rus pedaqoqu K. Uşinskinin ana dili haqqında nadir düşünclərinin qısa şərhidir. Dilə məhəbbətin vətənə məhəbbətdən və, əksinə, vətənə məhəbbətin dildən başladığını açıb göstərən bu əsər rus elmi təfəkküründə şedevr əsərlərdən sayılır.
2. Р.О. Якобсон. Детский язык, афазия и общие звуковые законы. Перевод, «Послесловие» и «Комментарии» проф. Ф.Ядигяра (Вейсялли). Baky, 1993,100 s.
В книге всемирно известного языkоведа- теоретика Р.О.Якобсона излагаются особенности детской речи и афазии. В ней устанавливаются различия, используемые ребенком в первую очередь, забываемые афатиками последними. 3. T.Ştorm. İmmen gölü. "Dünya”almanaxı. Bakı, "Yazıçı”, 3/1988, s. 158-183. F.Y.Veysəllinin məşhur alman yazıçısı T.Ştorm yaradıcılığında öz yeri olan bu novellada iki gəncin məhəbbətinin lirik bir dildə təsvirdir.
N.S.Trubeskoy. Fonologiyanın əsasları. Almancadan tərcüməsi, "Son söz” və "Qeydlər” filol.e.d.prof. F.Yadigarındır (Veysəllinindir). Bakı, 2001, 380 s.
Dünya şöhrətli N.S.Trubeskoyun bu əsərində 200-dən yuxarı dilin fonoloji sistemi tədqiq edilir. N.S. Trubeskoy bu əsərində ilk dəfə olaraq fonoloji qarşılaşmalar tipologiyasını sistemli şəkildə şərh edir.
4. E.Koseriu. Ümumi dilçiliyə giriş. Bakı, "Mütərcim”, 2006, 248 s. Görkəmli alim E.Koseriu "Ümumi dilçiliyə giriş” əsərində müasir dilçiliyin aktual problemlərini, onun fəlsəfə ilə sıx bağlılığını, dünya dilçiliyində hökm sürən cərəyanları təhlil edir və dilin sistem və struktur əlamətlərini açıb göstərir.
5. F.Niçe. Zərdüşt belə söylədi. Bakı, BSU, 2010, 250 s.(həmmüəlliflə). Böyük alman filosofu F.Niçenin bu əsəri fövqəlinsan ideyasını inkişaf etdirir. 6. Nibelunqlar nəğməsi. Bakı, BSU, 2010, 600 s
Bu dastanda alman xalqının o dövürkü həyatı, adət - ənənəsi, habelə mübarizəsi epik şəkildə təsvir edilir.
F.Y.Veysəllov (Vejsälli). Lehrbuch der deutschen Phonetik. Bakı, "Maarif”, 1989, 268 s. Kitabda alman dilinin fonetik biçimi dilçiliyin inkişafı baxımından araşdırılır. İrəli sürülən fikirlər geniş dil və illüstrativ materiallarla əsaslandırılır.
Kitab ali məktəblərin ixtisas fakültələri tələbələri üçün nəzərdə tutulur. Ondan aspirantlar, dissertantlar və, ümumiyyətlə, dilçiliyin fonetika sahəsi ilə maraqlananlar da faydalana bilərlər.
F.Jadigar (Veysälli) və b. Deutsch. Lehrbuch für Fakultäten und pädagogische Hochschulen in Fremdsprachen. Baku, "Maarif”, 2000, 327 S.
Dieses Lehrbuch besteht aus zwei Teilen, insgesamt 35 Lektionen. Jede Lektion enthält reiche Spachmaterialien in der Phonetik, Grammatik und Lexik. Sie ist für Studenten der Fachhochschule vorgesehen.
F.J.Veysälli. Einführung in die Phonologie. I Teil, Baku, "Mütärdshim”, 2004, 169 S.
Dieses Buch setzt sich als Ziel, einen Blick in die Grundlagen der Wissenschaft über die lautliche Seite der Sprache zu werfen, durch Exkurse mögliche Zusammenhänge zwischen den Fächern zu zeigen, wobei jedes von ihnen einen wesentlichen Beitrag zur Entwicklung der Phonologie geleistet hat: das sind vor allem Sprachwissenschaft, Semiotik, Physiologie, Physik. Psychologie und der Strukturalismus, der all den obenerwähnten Disziplinen zugrundeliegt. Im weiteren will sich dieses Buch mit der Frage über die Segmentierbarkeit des Redestroms und den Begriff "Phonem”, womit dann die infolge der Segmentation des Redestroms gewonnenen Segmente bezeichnet werden, beschäftigen. Nicht zuletzt ist festzustellen, dass in diesem Buch die Systemverhältnisse auf der Phonemebene einer bestimmten Einzelsprache aufgrund der angesehenen Forschungsmethoden einer tiefgreifenden Analyse unterzogen werden. Die weiteren Kapitel des Buches enthalten unsere Forschungsergebnisse über die Anordnungsprinzipien der Phoneme, ihre fonotaktischen Regeln und Wechselwirkungen in Silben und Silbenfolgen, so wie auch in Wörtern und Sätzen, indem das alles unter Heranziehung suprasegmenteller Eigenschaften (Prosodie, Akzent, Intonation) dargelegt wird.
Deutsch. VI. Kl. Bakı, "Maarif”, 1998, 192 s;sonuncu nəşr: 2006, 233 s.(Koverfasser)
Deutsch.VII. Kl. Baku, "Maarif”, 2007, 123 s.(Koverfasser)
Azərbaycan Respublikasının orta ümumitəhsil məktəbləri üçün Xarici dillər üzrə proqram. Bakı, "Maarif”, 1993, 24 s.
Ümum dilçilik, Azərbaycan dilçiliyi, Fonologiya ... Bakı, "Mütərcim”, 2002, 15 9 s.
Dilçilik: Problemlər və mülahizələr. Bakı, "Mütərcim”,2003, 192 s.
Azərbaycanda Xarici Dillər jurnalı. Bakı, "Mütərcim”, N: 1-14, 2007-2010.
E-mail: info@fveyselli.com
Şərhlərin sayı: 1 | |
Yazıb: Moonlight #1
- qeydiyyatdan keçin ki səs verə biləsiniz!
Like or Dislike?
oxudugum en gozel meqaledir:) tsk:)
| |
ahmetbr61 2016-Oktyabr-16 | 22:58
|
|